Yataq xəstəsi 11 gündür həkim yolu gözləyir, TƏBİB isə 4 gündür "araşdırma" aparır
Abşeron rayonu Qobu qəsəbəsinin sakini Rauf Mirzəyev Qobu Ailə Sağlamlıq Mərkəzindən şikayətçidir.
O, Qaynarinfo-ya bildirib ki, anası Nəzakət Əliyeva uzun illərdir yataq xəstəsidir. Hazırda vəziyyəti ağırlaşıb. Sahə həkiminə müraciət edilsə də, o, xəstəyə baxmaq istəmir.
"Sahə həkimi Qobu Ailə Sağlamlıq Mərkəzində işləyir. Dəfələrlər müraciət etmişik ki, gəlib xəstəyə baxsın. Son bir neçə gündə 7 dəfə çağırış vermişik. Amma nəticə yoxdur", deyə Rauf Mirzəyev bildirib.
Şikayətçinin sözlərinə görə, Qobu Ailə Sağlamlıq Mərkəzinin tabe olduğu Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxovanın qəbulunda olub: "Səkinə xanım tapşırıq verib ki, xəstə nəzarətdə saxlanılsın. Lakin sahə həkimi tapşırığa məhələ qoymur. Hətta TƏBİB-də qəbulda olmuşam. Onlar da deyib ki, xəstə həkim nəzarətində olmalıdır. Tapşırırlar, amma həkim gəlmir".
Şikayətçinin iddiaları ilə bağlı əməkdaşımız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mövqeyini öyrənməyə çalışıb. Qurumdan məsələ ilə bağlı rəsmi sorğu göndərilməsi istənilib.
Artıq sorğunun üzərindən 4 gün ötsə də, TƏBİB-dən hələ də cavab almaq mümkün olmayıb. Ümumilikdə, xəstə 11 gündür həkimin yolunu gözləyir, TƏBİB isə 4 gündür apaşdırma aparıb çıxış yolu tapa bilmir.
Xatırladaq ki, TƏBİB-in icraçı direktoru hələ də Vüqar Qurbanovdur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1460 Tarix: 11 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988