Qiymət özbaşınalığı: Bazarda 2 manat 50 qəpik, dükanda isə 5 manat...
Son illər Azərbaycanda bir sıra məhsulların qiymətində davamlı artım müşahidə olunur. Xüsusilə ərzaq və gündəlik tələbat mallarının bahalaşması əhalinin sosial rifahına birbaşa təsir göstərir. Cəmiyyət arasında isə bu artımların süni şəkildə həyata keçirildiyinə dair fikirlər geniş yayılıb. Lakin məsələ göründüyündən daha mürəkkəbdir. Qiymət artımını yalnız pərakəndə satış məntəqələrinin fəaliyyəti ilə əlaqələndirmək əsas səbəbləri kölgədə qoyur.
Əksər vaxtlarda kiçik ərzaq və tərəvəz dükanları qiymət baxımından iri supermarketlərin qarşısında "at oynadır". Məsələn, "Qara Qarayev" metrostansiyasının yaxınlığındakı bazardakı qiymətlə o əraziyə yaxın dükanda tərəvəzlərin qiymətləri arasında xeyli fərq var. Qara Qarayev bazarında moruğun qiyməti 2,50 manat qəpikdirsə, tərəvəz dükanlarında bu rəqəm 4-5 manatdır. Eyni halı soyuq içkilər haqqında da demək olar. İri marketlərdə 1 litrlik "Coca-Cola" 1 manat 40 qəpikdirsə, kiçik dükanlarda 1 manat 80 qəpiyə satılır.
Bəs dükanların süni qiymət artımına qarşı konkret olaraq nə kimi inzibati cəzalar nəzərdə tutulur?
İqtisadçı-ekspert Natiq Cəfərli bu barədə Musavat.com-açıqlamasında bildirib ki, hazırda ölkədə süni qiymət artımı anlayışından danışmaq doğru deyil.
Onun sözlərinə görə, qiymətlər dövlət tərəfindən tənzimlənmədiyi üçün bu sahədə qiymətləri müəyyən edən əsas faktorlar bazardakı rəqabət mühiti və inhisarçılıqdır:
"Əslində, bizdə qiymətə dövlət müdaxilə etmir. Qiymətlər bazar iqtisadiyyatının prinsiplərinə əsasən formalaşır. Problem ondadır ki, bazarda rəqabət yoxdur və bəzi hallarda inhisarçı yanaşma müşahidə olunur. Bu da qiymətlərin artmasına səbəb olur".
Natiq Cəfərlinin fikrincə, qiymət artımı ilə bağlı pərakəndə satış məntəqələrində deyil, əsasən topdansatış şirkətləriylə bağlı araşdırmalar aparılmalıdır:
"Çünki pərakəndə satış subyekti istədiyi qiymətə məhsul sata bilər. Onun əsas öhdəliyi dövlətdən vergidən yayınmamaq və zərərli məhsulların satışına imkan verməməkdir. Qiymət formalaşdırmaq onun hüququdur. Əsas diqqət topdansatış seqmentinə yönəlməlidir. Ölkəyə mal gətirən şirkətlərə ciddi nəzarət olunmalıdır, çünki biz idxaldan çox asılıyıq. Məhz bu şirkətlər qiymət diktəsi həyata keçirməyə cəhd göstərirlər".
Ekspert hesab edir ki, bu sahədə effektiv nəzarət mexanizmləri qurulmasa, qiymətlərin artması davam edəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1528 Tarix: 10 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Ayaz Əsgərovu vəzifəsindən azad etdi
Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Ayaz Əsgərov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq rəhbəri Arif Əsgərovun qardaşıdır. Bunda
15.09.2026 164 "Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin"
Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüş çərçivəsində Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadə ilə söhbətləşib. "Qafqazinfo" xəbər verir ki, onların arasında səmimi dialoq yaşanıb. Həmin dialoqu təqdim edirik:. Şeyxülislam Allahşükür Paşazadə: Mən də siz
15.09.2026 180 Merz: Ukrayna müharibəsində həlledici həftələr və aylar qarşıdadır
Almaniya kansleri Fridrix Merz Ukraynada davam edən müharibə ilə bağlı qarşıdakı həftə və ayların Avropanın gələcəyi baxımından həlledici ola biləcəyini bildirib. xəbər verir ki, Merz bu barədə Finlandiyada keçirilən Avropa-Arktika sammitində çıxışı zamanı danışıb. Almaniya hökumətinin başçısının sözlərin
15.09.2026 88 Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər
Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini
15.09.2026 163 Qlobal yanacaq böhranı başladı: İmkanlar tükənir…
Hörmüz boğazının uzun müddət bağlanması və qlobal yanacaq tədarükünün azalması artıq qlobal yanacaq böhranını reallığa çevirib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. "Amerika neft şirkətləri aylardır ki, Hörmüz boğazının uzun müddət bağlanmasının qaçılmaz olara
15.09.2026 73 Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15.09.2026 204 Rusiyanın hərbi gəmisi Danimarka helikopterinə iki raket atıb
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi Danimarka Hərbi Hava Qüvvələrinin helikopterinə iki siqnal raketi atıb. xəbər verir ki, Kopenhagen hadisəni ciddi insident və regionda artan gərginliyin göstəricisi kimi qiymətləndirib. İnsident 14 sentyabrda Qedser yaxınlığında, beynəlxalq sularda ba
15.09.2026 107 ABŞ-da süni intellektlə bağlı gözlənilməz siyasi ittifaq yaranır
Financial Times yazır ki, ABŞ-da süni intellektin sürətli inkişafının yaratdığı risklərlə bağlı narahatlıq artır. Müxtəlif siyasi düşərgələrdən olan şəxslər AI şirkətlərinin yeni modelləri buraxma tempinin müəyyən qədər yavaşladılmasını və daha ciddi qaydaların tətbiqini tələb etməyə başlayıblar. BİG.A
15.09.2026 218 "AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
"AzerGold" QSC Naxçıvan Muxtar Respublikasının mineral-xammal potensialının öyrənilməsi və perspektivli faydalı qazıntı yataqlarının müəyyənləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin International Resources Holding (IRH) şirkəti ilə əməkdaşlıq edəcək. Bizim.Media xəbər verir ki, əməkdaşlı
15.09.2026 154