İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edibAvqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

BiG.AZ bu barədə President.az-a istinadən xəbər verir.

Qeyd olunur ki, telefon danışığı zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlığa və strateji müttəfiqliyə əsaslanan əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyanatın, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımdan əhəmiyyətinə toxunulub.

Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz əlaqənin yaradılmasına xidmət edəcək nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında normallaşma prosesində Prezident Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin oynadığı rolu yüksək qiymətləndirib və buna görə təşəkkürünü bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə təbriklərini çatdırıb və qeyd edib ki, Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir.

Söhbət zamanı Azərbaycan təbii qazının Türkiyə ərazisindən Suriyaya ixracının başlanması müsbət hadisə kimi qiymətləndirilərək, bunun Suriyanın enerji təhlükəsizliyinə və əhalinin sosial rifahının gücləndirilməsinə töhfə verəcəyi bildirilib.

Telefon danışığı əsnasında Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 882   Tarix: 09 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kim Çen In ordusunu bu ölkəyə yeridir - Müharibədə yeni mərhələ

İndiyədək yalnız Rusiyanın Kursk vilayətindəki döyüşlərdə iştirak edən, itkilər verən və hətta əsir düşən Şimali Koreya hərbçiləri ilk dəfə olaraq bilavasitə Ukrayna ərazisindəki cəbhə xəttinə cəlb oluna bilər. "AzPolitika" xəbər verir ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya müharibəd

20:00 2
.

Elşad Xosenin Psixiatriya xəstəxanasına yerləşdirilməsi iddiasına Səhiyyə Nazirliyindən CAVAB

Xəbər verildiyi kimi, tanınmış rep ifaçısı Elşad Xosenin səhhətində ciddi problemlər yarandığı və bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi iddia olunur. Məlumata görə, ifaçının vəziyyətinin ağır olduğu bildirilir. İddiaların həqiqətə uyğun olub-olmadığın

17:28 129
.

"Qolum işləmir, stresdən yata bilmirəm" - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?

Azərbaycanda bir müddətdir botoks proseduru etdirən şəxslərin kütləvi şəkildə zəhərlənməsi, əzələlərinin iflic olması ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı bir neçə tanınmış bloqer öz sosial media hesabında paylaşımlar edib. İddia olunur ki, son iki ayda ölkəy

15:54 252
.

Günel Zeynalova Mərdəkandakı bağ evinə gedə bilmir

Müğənni Günel Zeynalova Mərdəkanda yerləşən bağ evinə gedib-gəlməkdə çətinlik çəkir. Müğənninin köməkçisi Nəzər Nəzərli Qaynarinfo-ya bildirib ki, buna səbəb bağ evinə aparan yolun yararsız vəziyyətdə olmasıdır:. "Bağ evi Mərdəkanda, Qazmaçılar küçəsində yerləşir. Ora yeni köçmüşük. Ərazidə yolla

14:54 248
.

Trampın Putinə münasibəti dəyişir - WSJ yeni detalları açıqladı

Donald Trampın Rusiya prezidenti Vladimir Putinə münasibəti getdikcə pisləşir. "AzPolitika" xəbər verir ki, bu barədə Amerika liderinə yaxın mənbələr "The Wall Street Journal"a bildiriblər. Tramp əvvəlcə Rusiya ordusunun Ukraynanı döyüş meydanında məğlub edəcəyinə inanırdı. Puti

19:45 1
.

Nəriman Həsənzadənin vəziyyəti yenidən ağırlaşdı

Xalq şairi Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb. Bu barədə -a Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə açıqlama verib. O bildirib ki, atasının vəziyyəti əvvəlcə yaxşılığa doğru getsə də, sonradan qəfil pisləşib. "Yaxşı idi, düzəlirdi. Sonra birdən-birə ağırlaşdı. Yenidən süni tənəffü

11:27 215
.

Tacikistanda hicab və saqqal qadağan edildi

Tacikistan hakimiyyəti ölkədə hicab və ərəb libaslarının geyinilməsinə, eləcə də saqqal saxlanılmasına qanunvericilik səviyyəsində qadağa qoyub. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı yerli mənbələrə istinadən " portalı yayıb. Bildirilib ki, bu cür geyim növləri və xarici görünü

10:51 230
.

Moldovada enerji sahəsində 30 günlük həyəcan vəziyyəti elan edilib

Moldova hökuməti yanacaq təchizatında yaranan problemlər fonunda ölkənin enerji sektorunda 30 gün müddətinə həyəcan vəziyyəti elan olunmasına qərar verib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib. Baş nazir Vasile Tofan bildirib ki, yanacaq bazarınd

14:42 167
.

MTK-lar evi gec təhvil verərsə, vətəndaşın hansı hüquqları var? - VƏKİLDƏN AÇIQLAMA

Mənzil almaq istəyən vətəndaşlar tikinti şirkətləri ilə müqavilə bağlayarkən ən çox mənzilin təhvil veriləcəyi tarixə diqqət yetirirlər. Lakin praktikada bir çox MTK müxtəlif səbəbləri əsas gətirərək müqavilədə göstərilən müddətə əməl etmir və mənzillərin təhvilini aylarla, bəzən isə illərlə gecikdirir

11:42 253
.

TOP MP3