İran şok içində

İran şok içindəÖtən gecə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri sülh bəyannaməsi imzalayıblar, həmçinin Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" marşrutu barədə razılıq əldə edilib. Prezident İlham Əliyevin sözləri ilə desək, "dünyanın bir nömrəli paytaxtında" baş verən bu hadisələr İranda ciddi şok və ümidsizlik yaradıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə qeyd olunub.

Qeyd edilib ki, bunu anti-Azərbaycan çıxışları ilə tanınan bir İran saytının məqaləsi aydın şəkildə göstərməkdədir.

"Ağ Evdə gerçəkləşən Bakı-İrəvan razılaşmasını "Vaşinqtonun Moskvaya və şəxsən Putinə içirtdiyi zəhər camı" adlandıran sayt İran barədə bunları yazıb: "Bir vaxtlar Ermənistanı özünün ənənəvi müttəfiqi adlandıran İran indi Şimal-Cənub dəhlizinin məhv olmasının, NATO və İsrailin nəzarətində olan dəhlizlərin meydanı ələ almasının şahidi olmalıdır. Şimalda İsrail Bakının pəncərəsindən daxil olub; qərbdə Türkiyə meydanın fəal oyunçusudur; cənubda ərəb ölkələri "İbrahim sazişi" kartı ilə gələcəklərini satın alırlar. Tehran isə həmişəki kimi öz yerində dayanıb, amma tək-tənha!"

Regionda baş verən proseslərə vaxtı keçmiş meyarlar ilə yanaşan saytın Vaşinqtonda gerçəkləşən tarixi hadisə kontekstində İranın təkləndiyini və tənha qaldığını etiraf etməsi çox mənalıdır, üstəlik, yaşanan şokun dərinliyindən xəbər verir.

Bunu hazırda İran prezident administrasiyasında məsul vəzifə tutan İranın Azərbaycandakı keçmiş səfiri Abbas Musəvinin dövlət televiziyasına müsahibəsindəki bir məqam da nümayiş etdirir. ABŞ prezidentinin Azərbaycan-Ermənistan sülh gündəliyinə və Zəngəzur dəhlizi məsələsinə müdaxilə etməsinin İran üçün "bir qədər maraqlı, eyni zamanda, şübhəli və təhlükəli olduğunu" bildirən diplomat o qədər çaşqınlıq keçirib ki, canlı efirdə ABŞ prezidenti barədə "əziz cənab Tramp" ifadəsini işlədib, bu da mediada və sosial şəbəkələrdə geniş reaksiyalar doğurub".

Ətraflı süjetdə:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 885   Tarix: 09 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Namus məsələsidirsə, qızımı öldürəndən sonra kartı niyə götürüb?"

İyunun 1-də paytaxtın Ramana qəsəbəsində 31 yaşlı Gülüzar Məmmədovanın qayınatası Adıgözəl Məmmədov tərəfindən qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını danışıb. G.Məmmədovanın atası Tapdıq Şükürov "Dialo

11:33 373
.

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

Bakı Media Mərkəzinin istehsalı olan, rejissor Fariz Əhmədovun "Sükut içində addımlar" adlı tammetrajlı sənədli filminin Avropanın ən qədim kino tədbirlərindən biri sayılan 66-cı Krakov Film Festivalının müsabiqəsində dünya premyerası baş tutub. İyunun 2-də keçirilən nümayiş festival iştirakçılar

12:27 154
.

Geomaqnit qasırğası olacaq

Bu gün geomaqnit qasırğası baş verəcək. Axşam.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, Günəş səthində müntəzəm qeydə alınan C (zəif) sinif alışmalarla yanaşı, M (R1-R2-zəif-orta) sinif alışmalar və tac kütl

11:15 155
.

Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağrılıb

Rusiyanın Londondakı səfiri Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, buna səbəb Rusiyanın Ukraynada mülki əhaliyə qarşı hücumları, eləcə də Rumıniya ərazisində yaşayış binasına pilotsuz uçuş aparatının düşməsi olub. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Böyük Britaniy

12:48 141
.

Şəhid atası vəfat etdi

Şəhid Elvin Əhmədovun atası Qələndər Əhmədov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, mərhum Qazax rayonunun Qarapapaq kənd qəbirlistanlığında, şəhid oğlunun yanında torpağa tapşırılıb. Qeyd edək ki, Elvin Əhmədov 2023-cü ilin 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror tədbirlər

03.06.2026 269
.

Etimadsızlıq amili: İran ABŞ-ın təklifinə niyə tələsmir?

İran ABŞ ilə anlaşma memorandumunun layihəsini nəzərdən keçirir və hələlik Vaşinqtona cavab verməyib. xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb. Tehran ABŞ-ın keçmişdə öhdəliklərini yerinə yetirməməsi, eləcə də uzun müddətdir davam edən qarşılıqlı inamsızlıq səbəbindən Vaşinqtonu

11:05 145
.

Financial Times: "Macarıstan Ukraynanın Avropa Birliyinə qoyduğu vetonu aradan qaldırıb"

Macarıstan 17 ay davam edən vetonu ləğv edərək Ukrayna və Moldova ilə Avropa İttifaqı arasında üzvlük danışıqlarının başlanmasına razılıq verib. Financial Times nəşrinin məlumatına görə, bu qərar Ukrayna və Moldovanın Aİ-yə üzvlüklə bağlı rəsmi danışıqlara iyunun 15-dən başlamasına imkan yaradacaq. Bildirili

12:20 153
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə BİG.AZ-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 06:30-da qeydə alınan zəlzələnin maqnitudası 3,9 olub. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib

10:11 138
.

Ermənistanın Avropa yolu kilsə mübahisəsinə görə bağlana bilər

Avropa İttifaqı (Aİ) Ermənistanı Moskva ilə kilsə əlaqələrini dayandırmağa çağırıb, əks halda ölkənin təşkilata üzvlüyünün sual altına düşə biləcəyi iddia olunur. xəbər verir ki, bu barədə "Tsargrad" qəzeti Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) məlumatlarına istinadən yazıb. Nəşrin məlumatın

12:08 140
.

TOP MP3