Kirayə ev bazarında qıtlıq və bahalaşma

Kirayə ev bazarında qıtlıq və bahalaşmaYeni dərs ili ərəfəsində tələbələrin paytaxta axışması qiymət artımına səbəb olub - Rəqəmlər

Avqust ayı gələn kimi Bakıda kirayə mənzil axtarışı sözün əsl mənasında "yarışa" çevrilir. Yeni dərs ili ərəfəsində paytaxta axışan tələbələr, şəhərin müxtəlif ərazilərində ev axtaran vətəndaşlar və söküntülər səbəbilə köçürülən sakinlər kirayə bazarında böyük sıxlıq yaradır. Bu isə həm qiymət artımına, həm də mənzil qıtlığına səbəb olur.

Bu il də əvvəlki illərdən fərqli bir mənzərə müşahidə olunmur. Əksinə, vəziyyət daha da gərginləşib. Kirayə mənzil tapmaq müşkülə çevrilib, qiymətlər isə kəskin artıb. Ekspertlər bu artımı təkcə mövsümlə izah etmirlər - söküntülər, mənzil satış bazarındakı bahalaşma və yeni binaların yüksək icarə qiymətləri bu vəziyyətin başlıca səbəbləri kimi göstərilir.

Əmlak sahəsində fəaliyyət göstərən mütəxəssislərin sözlərinə görə, son illər ərzində Bakıda çoxsaylı köhnə yaşayış evlərinin sökülməsi nəticəsində yüzlərlə ailə kirayə mənzil axtarmağa məcbur qalıb. Sakinlər ya müvəqqəti qohum evinə sığınır, ya da məcburən bazara çıxaraq qiymətlərə uyğun gələn ev axtarır. Bu isə təklifi azaldır, tələbatı isə daha da artırır.

Söküntülərin yerində tikilən yeni binalarda isə qiymətlər fərqli səviyyədədir. Köhnə tikililərlə müqayisədə həmin evlərin kirayə qiymətləri ən azı iki dəfə baha təklif olunur. Bu isə daha çox insanı nisbətən ucuz - amma eyni zamanda köhnə və bəzən qəzalı - binalarda ev axtarmağa məcbur edir. Beləliklə, həmin seqmentdə süni sıxlıq yaranır və bu da qiymətləri "od tutub yandırır".

Satış qiymətlərindəki artım da kirayə bazarına təsirsiz ötüşmür. Mənzil sahibləri evlərini baha qiymətə sata bilmədikdə, həmin məbləğə uyğun olaraq kirayə qiymətlərini də artırmağa çalışırlar. Nəticədə həm alqı-satqı, həm də kirayə bazarı bir-birini qidalandıraraq süni qiymət şişkinliyi yaradır.

Musavat.com əməkdaşı paytaxtın bir neçə fərqli ərazisində qiymətləri yerində öyrənib. Neftçilər metrosu ətrafında 1 otaqlı mənzillər 250-300 manat, 2 otaqlı mənzillər 450-600 manat, 3 otaqlı mənzillər isə 700-1800 manat arasında dəyişir. Sakinlər ötən illə müqayisədə kəskin fərqin olduğunu təsdiqləyirlər.

"Keçən il 300 manata tutduğum evi bu il 500-ə verirlər. Metrodan uzaq binalarda vəziyyət bir az fərqlidir, amma metro yaxınlığında qiymətlər artıq bizim cibimizə uyğun deyil", - deyə Natiq Əmirov adlı sakin bildirir.

Tələbələr üçün isə vəziyyət daha da ağırdır. Universitetə bu il qəbul olunmuş gənclər yaşayış problemi ilə üzləşiblər. "Uzaq kənddən gəlmişik, qiymətlər od tutub yanır. Valideynlərimiz bu məbləği necə ödəsin? Qalmışıq küçələrdə", - deyə adının çəkilməsini istəməyən tələbə deyir.

Qara Qarayev metrosu ətrafında bir otaqlı mənzillərin qiyməti 300-400 manat arasında dəyişir. İki otaqlılar isə 500 manatdan başlayır. Nizami rayonunda orta təmirli 2 otaqlı ev 450 manata təklif olunur. Xətai rayonunda isə təmirsiz 1 otaqlı mənzil üçün qiymət 280 manatdan başlayır. Elmlər Akademiyası metrosuna yaxın ərazidə təmirli 2 otaqlı evin qiyməti 600 manatdır. Yeni Günəşlidə 1 otaqlı mənzili 370 manata tapmaq mümkündür. Yasamalda isə təmirli mənzillərin kirayəsi artıq 800 manata qədər yüksəlib.

Bütün bu faktlar fonunda mövcud mənzərə aydındır: Bakıda kirayə mənzil bazarı mövsümi "şok" yaşayır. Tələbələr, köçkünlər və şəhərə yeni gələnlər münasib ev tapmaqda çətinlik çəkir, bazarda isə vəziyyəti sabitləşdirəcək hər hansı real mexanizm müşahidə olunmur.

Mövzunu şərh edən əmlak eksperti Elnur Fərzəliyev də qiymət artımının səbəblərini sadalayarkən ilk növbədə tələbə axınını və söküntüləri önə çəkir. Onun sözlərinə görə, hər ilin avqust ayından başlayaraq sentyabrın ortasına qədər bazarda həm mənzil qıtlığı, həm də qiymət artımı müşahidə olunur: "Bakıda aparılan söküntülər səbəbindən çox sayda sakin kirayəyə üz tutur və uzunmüddətli kirayədə qalmağa məcbur olurlar. Bu da bazarda mövcud evlərə olan tələbatı artırır".

Ekspert onu da qeyd edir ki, mənzillərin satış qiymətindəki artım da birbaşa kirayə bazarına təsir edir. Satış bahalaşdıqca, kirayə də paralel şəkildə yüksəlir.

Elnur Fərzəliyev yaxın perspektivdə qiymətlərin sabitləşəcəyini gözləmədiyini bildirir. Əksinə, növbəti aylarda da kirayə bazarında gərginliyin davam edəcəyi proqnozlaşdırılır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc qəzetə açıqlamasında deyib ki, avqust və sentyabr aylarında daşınmaz əmlak bazarında qiymət artımları ənənəvi hal alıb: "Hazırda da bu bazarda bahalaşma müşahidə olunur. Bu dəfə artımın əsas səbəblərindən biri daşınma (nəqliyyat) xərclərinin yüksəlməsidir. Eyni zamanda, daşınmaz əmlakın qiymətindəki artım bu sahəyə marağın artdığını, yeni biznes maraqlarının daha qabarıq şəkildə ortaya çıxdığını göstərir.

Banklar hazırda əmanətlərə maksimum 12 faiz civarında gəlir təklif edir. Bunun da 10 faizi vergi ilə tənzimlənir və Dövlət Vergi Xidməti tərəfindən vergiyə cəlb olunur. Lakin daşınmaz əmlak sahəsində belə bir vergi yükü və tənzimləmə yoxdur. Bu isə əmlaka investisiya yatırmaq istəyənlər üçün daha cəlbedici imkanlar yaradır və bazara əlavə təzyiq formalaşdırır.

Əgər bu proses nəzarətsiz davam edərsə və paralel olaraq dövlətin bölgələrə yönəlik təşviq proqramları tətbiq olunmazsa, xüsusilə paytaxtda kirayə mənzillərin qiymətləri ildən-ilə daha da yüksələcək. Bu, tələbələrin, aşağı gəlirli vətəndaşların Bakı şəhərində yaşamaq və təhsil almaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.

Bunun qarşısını almaq üçün böyük tədris və istehsalat müəssisələrinin regionlara köçürülməsi, əhalinin paytaxtdan kənarda yaşamasına dəstək verilməsi, əmlak bazarında vergi ədalətinin bərqərar edilməsi lazımdır". /"Yeni Müsavat"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 09 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Ayaz Əsgərovu vəzifəsindən azad etdi

Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Ayaz Əsgərov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq rəhbəri Arif Əsgərovun qardaşıdır. Bunda

15.09.2026 164
.

"Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin"

Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüş çərçivəsində Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadə ilə söhbətləşib. "Qafqazinfo" xəbər verir ki, onların arasında səmimi dialoq yaşanıb. Həmin dialoqu təqdim edirik:. Şeyxülislam Allahşükür Paşazadə: Mən də siz

15.09.2026 180
.

Merz: Ukrayna müharibəsində həlledici həftələr və aylar qarşıdadır

Almaniya kansleri Fridrix Merz Ukraynada davam edən müharibə ilə bağlı qarşıdakı həftə və ayların Avropanın gələcəyi baxımından həlledici ola biləcəyini bildirib. xəbər verir ki, Merz bu barədə Finlandiyada keçirilən Avropa-Arktika sammitində çıxışı zamanı danışıb. Almaniya hökumətinin başçısının sözlərin

15.09.2026 88
.

Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər

Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini

15.09.2026 163
.

Qlobal yanacaq böhranı başladı: İmkanlar tükənir…

Hörmüz boğazının uzun müddət bağlanması və qlobal yanacaq tədarükünün azalması artıq qlobal yanacaq böhranını reallığa çevirib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. "Amerika neft şirkətləri aylardır ki, Hörmüz boğazının uzun müddət bağlanmasının qaçılmaz olara

15.09.2026 73
.

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını

15.09.2026 204
.

Rusiyanın hərbi gəmisi Danimarka helikopterinə iki raket atıb

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmi Danimarka Hərbi Hava Qüvvələrinin helikopterinə iki siqnal raketi atıb. xəbər verir ki, Kopenhagen hadisəni ciddi insident və regionda artan gərginliyin göstəricisi kimi qiymətləndirib. İnsident 14 sentyabrda Qedser yaxınlığında, beynəlxalq sularda ba

15.09.2026 107
.

ABŞ-da süni intellektlə bağlı gözlənilməz siyasi ittifaq yaranır

Financial Times yazır ki, ABŞ-da süni intellektin sürətli inkişafının yaratdığı risklərlə bağlı narahatlıq artır. Müxtəlif siyasi düşərgələrdən olan şəxslər AI şirkətlərinin yeni modelləri buraxma tempinin müəyyən qədər yavaşladılmasını və daha ciddi qaydaların tətbiqini tələb etməyə başlayıblar. BİG.A

15.09.2026 218
.

"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

"AzerGold" QSC Naxçıvan Muxtar Respublikasının mineral-xammal potensialının öyrənilməsi və perspektivli faydalı qazıntı yataqlarının müəyyənləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin International Resources Holding (IRH) şirkəti ilə əməkdaşlıq edəcək. Bizim.Media xəbər verir ki, əməkdaşlı

15.09.2026 154
.