Suriyalı ekspert: "Azərbaycan tarix səhnəsində yerini gücləndirir"

Suriyalı ekspert: "Azərbaycan tarix səhnəsində yerini gücləndirir""Cənubi Qafqaz onilliklər boyu davam edən qarşıdurma və qeyri-sabitlikdən sonra, 2020-ci ildəki 44 günlük İkinci Qarabağ müharibəsi ilə yeni bir siyasi mərhələyə qədəm qoydu. 10 noyabr 2020-ci il tarixli atəşkəs sazişi təkcə silahların susmasına səbəb olmadı, eyni zamanda, bölgədə güc balansının yenidən qurulması prosesini başladan tarixi dönüş nöqtəsinə çevrildi. Bu müddətdə Azərbaycan həm hərbi üstünlüyünü, həm də sülh vizyonunu diplomatik müstəviyə daşıyaraq Cənubi Qafqazın ən vacib aktoru olduğunu sübuta yetirdi".

Bunu Oxu.Az-a açıqlamasında Suriya-Azərbaycan Dostluq Dərnəyinin sədri Dr.Muxtar Fatih Beydili deyib.

O bildirib ki, 2021-ci ilin noyabrında Ermənistan tərəfinə rəsmi sülh təklifi təqdim edən Bakı, 2022-ci ilin fevralında beş əsas prinsipdən ibarət saziş layihəsini qarşı tərəfə çatdırdı:

"Bu təşəbbüs Moskvadan Brüsselə, Vaşinqtondan bölgə paytaxtlarına qədər uzanan çoxşaxəli diplomatiya marafonunun başlanğıcı oldu. Son olaraq ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar tərəflərin yazılı sülh mətnində razılığa gəldiyi ən kritik mərhələlərdən birini ifadə edir. Müharibədən sonra ilk mərhələdə Rusiyanın təşəbbüsü ilə başlayan danışıqlar Ukrayna müharibəsi və dəyişən geosiyasi balanslar səbəbindən zəifləmişdi. Avropa İttifaqı prosesə qoşulsa da, Fransanın açıq şəkildə Ermənistan tərəfini müdafiə edən mövqeyi tərəfsizlik amilini zədələdi və Parisin masadakı çəkisini xeyli azaltdı. Bu boşluq isə Vaşinqtonun ön plana çıxmasına zəmin yaratdı. ABŞ paytaxtında keçirilən son görüşdə tərəflər razılığa gəldilər. Lakin sazişin davamlı olması Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən maddələrin dəyişdirilməsinə bağlıdır".

"Vaşinqtondakı müzakirələrin mərkəzində Zəngəzur dəhlizi dayanırdı. Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək bu xətt, yalnız iki ölkə münasibətlərini normallaşdıracaq bir nəqliyyat layihəsi deyil, həm də Türkiyə üzərindən Orta Asiyaya uzanacaq yeni ticarət və logistika şəbəkəsinin strateji halqasıdır. Bakı bu dəhlizdə tam maneəsiz və təhlükəsiz keçid prinsipi ilə, İrəvan isə suverenlik arqumentləri ilə nəzarət səlahiyyətini əlində saxlamaq istəyir. Bəyannamədə dəhlizin Ermənistandan keçən hissəsinə Amerika şirkətinin cəlb edilməsi də yer alıb. Türkiyə isə prosesin əvvəlindən etibarən Azərbaycanın yanında olub. Eyni zamanda, Ermənistanla normallaşma addımlarını sülh danışıqları ilə paralel diplomatik xətt üzrə aparıb. Ankaranın strateji məqsədi yalnız Bakı ilə İrəvan arasında davamlı sülhü təmin etmək deyil, həm də Qafqazda nəqliyyat şəbəkələrini gücləndirərək iqtisadi inteqrasiyanı sürətləndirməkdir. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması Ankara-Bakı xəttini Orta Asiyaya uzanan regional inteqrasiyanın onurğa sütununa çevirəcək.

İran Cənubi Qafqazda geosiyasi dəyişikliklər istəmədiyi səbəbi ilə Zəngəzur dəhlizi layihəsinə qarşı çıxır. Tehran dəhlizin Ermənistanın quru əlaqələrini məhdudlaşdıra biləcəyindən narahatdır. 2024-cü ilin sentyabrında İran xarici işlər naziri Abbas Əraqçı sərhəd dəyişikliklərinin İran üçün "qırmızı xətt" olduğunu və layihənin qəbuledilməzliliyini bəyan edib", - deyə müsahibimiz əlavə edib.

M.F.Beydili onu da diqqətə çatdırıb ki, Azərbaycan bu gün yalnız Qarabağdakı hərbi qələbəsi ilə deyil, enerji diplomatiyasındakı fəallığı və çoxyönlü xarici siyasət manevrləri ilə də seçilir:

"Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin kəsişməsində yerləşən coğrafi mövqeyi Bakıya təbii bir logistika və enerji mərkəzi olma potensialı qazandırır. Zəngəzur dəhlizinin işə düşməsi yalnız Azərbaycan-Ermənistan münasibətlərini dəyişdirməyəcək, eyni zamanda, türk dünyasındakı inteqrasiyanı da dərinləşdirəcək. ABŞ-dəki bu son görüş Azərbaycanın diplomatik və geosiyasi çəkisini artırdığı bir dövrə təsadüf edir. Qarabağdakı hərbi qələbəsini diplomatik uğurlarla möhkəmləndirən Bakı, sülh prosesinin memarlarından biri kimi tarix səhnəsində yerini gücləndirir.

Sazişin imzalanması fonunda Zəngəzur dəhlizinin açılması isə Cənubi Qafqazda üç əsas dəyişikliyə yol aça bilər. Regional inteqrasiyanın sürətlənməsi - Azərbaycan, Ermənistan, Gürcüstan və qonşu ölkələr arasında ticarət və nəqliyyat şəbəkələrinin genişlənməsi. Enerji və nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi - TANAP və TAP kimi mövcud layihələrlə yanaşı yeni enerji və logistika xətlərinin işə salınması və regional güc balansının yenidən müəyyənləşməsi - Rusiya, Türkiyə, İran və Qərb arasında nüfuz rəqabətində yeni tarazlıq.

Bununla belə, prosesin kövrək təbiəti nəzərdən qaçırılmamalıdır. Ermənistanın daxili siyasətindəki millətçi reaksiyalar, sərhədin müəyyənləşməsi prosesindəki texniki çətinliklər və qlobal güclər arasındakı rəqabət sülhün davamlılığını çətinləşdirə bilər. Lakin ABŞ-də aparılan Azərbaycan-Ermənistan sülh danışıqları, iki ölkə münasibətlərindən daha geniş mənada, Cənubi Qafqazın gələcəyini formalaşdıracaq prosesin bir hissəsidir. Azərbaycan qazandığı hərbi qələbəni diplomatiya masasında strateji nailiyyətlərə çevirərək regional güc kimliyini möhkəmləndirir".

"ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə keçirilən tarixi görüş Qafqazda uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsində yeni bir mərhələnin qapısını açdı. Bu gün keçirilən danışıqlar nəticəsində iki ölkə müharibəni bitirən sənədi imzaladı. Görüş zamanı Tramp ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan ikitərəfli görüşdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın da qatıldığı mühüm üçtərəfli müzakirə keçirildi. Bu danışıqların sonunda bölgədə sülhə dair mühüm bir bəyannamə imzalanaraq prosesə rəsmi xarakter verdi. Xüsusilə Əliyevin sülh prosesindəki fəal və təsirli rolu diqqət çəkdi. Hətta İlham Əliyev Trampın bu rolunu yüksək qiymətləndirərək onun Nobel Sülh Mükafatına layiq olduğunu dedi. Çünki bu bəyannamə Qafqazda illərdir davam edən gərginliyi azaltmaq və regional əməkdaşlığı gücləndirmək baxımından mühüm addım kimi qiymətləndirilir. Əliyevin qətiyyətli mövqeyi və Trampın vasitəçiliyi sülhün təmin edilməsində əsas amillər kimi ön plana çıxdı. Yaxın gələcəkdə tərəflərin əməkdaşlığı necə dərinləşdirəcəyi və bu sənədin praktikada necə həyata keçiriləcəyi diqqətlə izlənəcək", - deyə ekspert fikrini yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 796   Tarix: 09 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Hakan Fidanı qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə xarici işlər naziri Hakan Fidanı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamların

14:23 157
.

Daşlara yazılan tarix: Gəncəsərdə Qarabağın irsinə müdaxilə necə aparılıb?

"Qarabağın tarixi abidələri yalnız dini tikililər deyil, həm də Azərbaycan ərazisinin çoxəsrlik tarixini əks etdirən mühüm mədəni irs nümunələridir. Bu baxımdan Kəlbəcər rayonunda yerləşən Gəncəsər məbədi xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında tarixçi Azər Ələkbərov bildirib

17:49 177
.

"Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq"

"Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi". "Qafqazinfo" xəbə

17:08 156
.

Ursula fon der Lyayen Kanada baş nazirinin çıxışında iştirak edəcək

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilkin qərarını dəyişərək sentyabrın 17-də Kanada Baş naziri Mark Karninin Avropa Parlamentindəki çıxışında iştirak edəcək. xəbər verir ki, "Politico"nun məlumatına görə, əvvəlcə Avropa Komissiyası rəhbərinin mətbuat xidməti fon der Lyayeni

21:00 116
.

Qızıl və gümüş almaq istəyənlərin nəzərinə

Əmtəə birjalarında qızıl və gümüşün qiyməti geriləyib. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 1 troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,15% azalaraq 4 345,5 ABŞ dollarına düşüb. Gümüşün 1 unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərini

20:15 136
.

İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmas

18:55 181
.

"Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz, doğma və dəyərli bir hissəsidir" - millət vəkili Bəhruz Məhərrəmov

"Obyektiv mövqeli və regionla bağlı ciddi araşdırmalar aparmış tarixçilər də təsdiq edər ki, Qafqazın çoxəsrlik tarixi-siyasi mənzərəsi nəzərdən keçirildikdə, Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün xristian irsinin birbaşa Qafqaz Albaniyasının dövlətçilik və mədəniyyət salnaməsinə aid olduğ

18:13 227
.

ABŞ-da süni intellektlə bağlı gözlənilməz siyasi ittifaq yaranır

Financial Times yazır ki, ABŞ-da süni intellektin sürətli inkişafının yaratdığı risklərlə bağlı narahatlıq artır. Müxtəlif siyasi düşərgələrdən olan şəxslər AI şirkətlərinin yeni modelləri buraxma tempinin müəyyən qədər yavaşladılmasını və daha ciddi qaydaların tətbiqini tələb etməyə başlayıblar. BİG.A

17:24 218
.

Plastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?

Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy

18:30 169
.