"Oğluma 100 minlik saat, yarım milyonluq rəsmlər almışdım"

"Oğluma 100 minlik saat, yarım milyonluq rəsmlər almışdım""Qazprom" şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq rəhbəri Akif Həsənovun bağ evini qarət edib, daha sonra yandırmaqda ittiham olunan bağbanın məhkəməsi başa çatıb.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

İstintaq materiallarında yazılıb ki, ötən ilin qışında Akif Həsənovun Şüvəlan qəsəbəsində yerləşən bağ evində yanğın olub. Yanğın söndürüldükdən sonra evə baxış zamanı içində qiymətli əşyaların olduğu seyfin oğurlandığı məlum olub.

Araşdırma nəticəsində evin bağbanı - 29 yaşlı Əkbər Bəşirli şübhəli şəxs kimi tutulub. Onun evi qarət etməsini ört-basdır etmək üçün yanğın törətdiyi qənaətinə gəlinib. Bağban ittihamla qismən razılaşıb. O, evi yandırdığını boynuna almasa da, bəzi qiymətli əşyaları ələ keçirib satdığını etiraf edib.

Keçmiş məmur özü də məhkəmədə ifadə verib. O, hadisə nəticəsində yarım milyonluq qiymətli əşyalarının oğurlandığını deyib. Həmçinin evini də bağbanın yandırdığından əmin olduğunu bildirib: "Bahalı əşyaları, qızılları evdəki seyfdə saxlayırdım. 2022-ci ildə dəyəri 70 min manatdan çox olan "Breguet" və "Audemars Piguet" markalı dəri kəmərli saatlar yoxa çıxdı.

Həmin saatlar sadəcə qiymətinə görə deyil, yubileydə bağışlandığı üçün xatirə kimi mənə çox dəyərli idi. Oğluma 25 illik yubileyinə "Audemars Piguet" markalı (qiyməti 100 min manata yaxın-red) bahalı saat hədiyyə etmişdim. Həmin saatlar artıq istehsaldan çıxarılıb, tapılmır. Ötən ilin yanvarında oğlum Bakıya gəlmişdi. Bir gün oğlum saatının evdə itdiyini dedi. Amma bu barədə polisə xəbər vermədik. Bir müddət sonra da evdə yanğın baş verdi. Yanğın söndürüləndən sonra isə evdəki qızıl-zinət əşyaları və pulun oğurlandığının şahidi olduq. Sonra məlum oldu ki, ev qəsdən yandırılıb. Hər tərəfə benzin səpilibmiş. Sonda bütün olanların arxasından bağban çıxdı".

Zərərçəkmiş onu da əlavə edib ki, məşhur rəssamların əl işlərinin həvəskarı olaraq orijinal rəsm əsərləri alıbmış. Yanğın zamanı onlar da məhv olub. Rəsm əsərlərinin indiki dəyəri elə yarım milyona yaxındır: "Hamısını 15 il əvvəl almışdım. Evdə 4-5 belə rəsm əsəri vardı. Araşdırsaq, elə onların bugünkü bazar qiyməti yarım milyona yaxındır. Sadəcə Əkbərə yazığım gəldiyi üçün bu əsərlərin məhv edilməsini maddi zərər kimi nəzərə almadım".

Hökmə əsasən, Əkbər Bəşirli oğurluqda, əmlakı qəsdən məhv etməkdə, rəsmi sənədləri, möhür və ya ştampları məhv etməkdə təqsirli bilinib. Ona 7 il həbs cəzası verilib. Bağbana qarşı vurduğu ziyana görə 450 min manatlıq mülki iddia da təmin edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1356   Tarix: 07 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib

ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o

10.10.2026 177
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10.10.2026 233
.

Ağdamda sənaye məhsullarının dəyəri ötən il 17 dəfədən çox artıb

2025-ci ildə Ağdam rayonunda 1 milyard 2 milyon 670,3 min manat dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 17,4 dəfə çoxdur. Bunun 973 milyon 26,5 min manat

10.10.2026 164
.

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara

10.10.2026 167
.

Nyu-Dehlidə "Tarakanlar"ın lideri irimiqyaslı etiraz aksiyası ərəfəsində saxlanılıb

Hindistan Seçki Komissiyası rəhbərinin istefası tələbi ilə keçiriləcək aksiya ərəfəsində "Cockroach" ("Tarakan") gənclər hərəkatının lideri Abxicit Dipke Dehli hava limanında saxlanılıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, saxlanılma barədə məlumatı hərəkatı

10.10.2026 176
.

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı

00:21 115
.

NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil

NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır

10.10.2026 185
.

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illik artımı əvvəlki qayda ilə müqayisədə az ola bilər. Təklif olunan dəyişikliklə

10.10.2026 223
.

Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq

Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü

10.10.2026 183
.