Özbəkistanda Eminə qarşı yazıların arxasında Kreml durur?
Özbəkistanda "Sea Breeze" layihəsinin Çarvak bölgəsində həyata keçirilməsi ölkə ictimaiyyəti və iqtisadi ekspertlər arasında ciddi suallar doğurub.
BiG.AZ Musavat.com-a istinadən xəbər verir ki, layihəyə etirazların ictimaiyyətə çatdırılmasında iqtisadçı Otabek Bakirovun çıxışları və yarımmüxalif Anhor.uz platformasının yayımladığı videolar mühüm rol oynayıb.
İddialara görə, layihənin reallaşması üçün Emin Ağalarova 5 milyard dollar dəyərində kredit verilməsi, 577 hektar torpaq sahəsinin ayrılması, yolların, körpülərin və digər infrastrukturun isə dövlət büdcəsi hesabına tikilməsi nəzərdə tutulub. Ən çox tənqidə səbəb olan məqam isə odur ki, gəlir müəyyən faizlə Ağalarovlara çatacaq, ancaq mümkün risk və zərərlərin yükünü Özbəkistan dövləti daşıyacaq. Özbəkistandakı bir sıra ictimai xadimlər və media təmsilçiləri bu müqavilə modelini ədalətsiz hesab edirlər.
Sayt yazır ki, bu cür iddiaların qaldırılması və yönləndirilməsi ədalətsizdir. Böyük ehtimalla, bu ajiotajın arxasında Rusiya dayanır. Çünki hazırda Kreml Azərbaycanla qarşıdurma mərhələsində ölkəmizə yaxın hər kəsi hədəfə götürüb. Həmçinin "Crocus" şirkətlərinin sahibləri Ağalarovlar da ciddi şəkildə hədəfdədirlər.
Bu şirkətə qarşı həyata keçirilən qanlı terrorun məhkəməsindən istifadə edib, Araz Ağalarova təzyiq rıçağı yaradırlar.
Eminin bu tip irimiqyaslı layihələri həyata keçirməkdə böyük təcrübəsi olduğu danılmaz faktdır. O, artıq Azərbaycanın Abşeron yarımadasında, Nardaran kəndi ərazisində 1500 hektardan çox sahədə yerləşən "Sea Breeze" istirahət kompleksi layihəsini uğurla icra etməkdədir. Bu zona Bakı üçün yalnız turizm deyil, həm də urbanizasiya və sosial infrastruktur baxımından mühüm bir cazibə mərkəzinə çevrilib.
Ağalarovların brendi artıq təkcə Azərbaycanla məhdudlaşmır – Özbəkistandakı layihənin ardınca Türkiyənin Bodrum şəhərində də analoji turizm və yaşayış kompleksi layihələndirmə mərhələsinə qədəm qoyub. Bu fakt Ağalarovun artıq beynəlxalq miqyasda tanınan və tətbiq edilə bilən bir layihə modelinə sahib olduğunu göstərir.
Bu baxımdan, Emin Ağalarovun Özbəkistandakı "Sea Breeze" layihəsinin öhdəsindən gələcəyi qənaəti reallığa uyğundur. Çünki bu iş adamı artıq Azərbaycan təcrübəsində sübut edib ki, turizm infrastrukturu qurmaq, əraziləri cazibədar məkana çevirmək və böyük layihələri sıfırdan inşa edib uğurla idarə etmək bacarığına malikdir.
Gözləntilər ondan ibarətdir ki, Özbəkistan hökuməti bu layihə ilə bağlı şəffaflığı təmin edəcək, həm ictimaiyyəti, həm də investisiya mühitini razı salacaq balanslı model təqdim edəcək.
Eyni zamanda, Özbəkistan mediası da kənar təsirlərdən çıxaraq, Azərbaycan əsilli iş adamına və Abşeron markası olan "Sea Breeze" layihəsinə obyektiv yanaşacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1446 Tarix: 07 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi
15.11.2026 148 Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
15.11.2026 207 Qazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
15.11.2026 205 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
15.11.2026 154 Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
15.11.2026 184 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları
15.11.2026 152 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
15.11.2026 182 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
15.11.2026 396 "Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı
ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu
15.11.2026 172