Vaşinqtonda tarixi görüş: Tramp Əliyev və Paşinyanla sülh danışıqları aparacaq

Vaşinqtonda tarixi görüş: Tramp Əliyev və Paşinyanla sülh danışıqları aparacaqABŞ Prezidenti Donald Tramp 8 avqustda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə "The Washington Post" nəşri iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Bildirilir ki, görüşün əsas məqsədi Ermənistan–Azərbaycan münaqişəsinə son qoymaq və sülh sazişinə nail olmaqdır. Prezident Trampın hər iki liderlə ayrıca görüş keçirməsi də planlaşdırılır. Rəsmilərdən birinin sözlərinə görə, cümə günü keçiriləcək görüşdə sülh razılaşmasının elan olunması da mümkündür.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev görüşün formatını müsbət qiymətləndirib. Onun fikrincə, Trampın liderlərlə ayrı-ayrılıqda görüşməsi Vaşinqtonun məsələni həm həssas, həm də tərəfsiz şəkildə dəyərləndirdiyini göstərir.

"Əslində, iki ölkə arasında sülh sazişinin mətni artıq hazırdır və onun imzalanmasının qarşısında ciddi bir maneə yoxdur", – deyə politoloq bildirib.

Vaşinqtonda tarixi görüş: Tramp Əliyev və Paşinyanla sülh danışıqları aparacaqBununla belə, Rzayev qeyd edib ki, Azərbaycanı narahat edən məsələlər hələ də qalır. Xüsusilə Ermənistan Konstitusiyası və Müstəqillik Bəyannaməsində yer alan ərazi iddialarını əks etdirən müddəalar, həmçinin Zəngəzur dəhlizi ilə bağlı açıq suallar rəsmi Bakının ehtiyatlı mövqe sərgiləməsinə səbəb olur.

"Ermənistanın da daxili çətinlikləri mövcuddur. Bakının sülh müqaviləsinə dair əlavə şərtləri Paşinyanı daxili auditoriya və müxalifət qarşısında çətin vəziyyətə salır", – deyə ekspert qeyd edib.

Buna baxmayaraq, tərəflərin ötən ay Birləşmiş Ərəb Əmirliklərində apardığı danışıqların müsbət atmosferdə keçməsi Vaşinqton görüşünə olan ümidləri artırır.

Turan Rzayev əlavə edib ki, Tramp Ermənistan–Azərbaycan münaqişəsini həlli mümkün olan beynəlxalq məsələlərdən biri kimi görür. Çünki Azərbaycan artıq münaqişənin ən mürəkkəb mərhələsi olan Qarabağ məsələsini həll edib. Bakı həm də sərhəddəki təxribatlara təmkinli yanaşaraq sülhə sadiqliyini göstərir ki, bu da ABŞ üçün müsbət mesajdır.

Ekspert ABŞ-ın maraqlarına da toxunub:
Vaşinqtonda tarixi görüş: Tramp Əliyev və Paşinyanla sülh danışıqları aparacaq"Vaşinqton Ermənistanın, xüsusilə Paşinyanın Qərbə inteqrasiya meyillərindən xəbərdardır. Həmçinin regionun enerji potensialı, Azərbaycanın isə Qərbə enerji nəqlini artırmaq səyləri ABŞ-ı məmnun edir. Təbii ki, bir də Trampın Nobel Sülh Mükafatı almaq istəyi məsələsi var."

Politoloq hesab edir ki, Vaşinqton görüşündə tam sülh sazişi imzalanmasa belə, tərəflər sazişin imzalanma vaxtı və yeri barədə razılığa gələ bilər.

Bununla yanaşı, digər beynəlxalq güclərin, xüsusilə də Rusiyanın rolu da diqqət çəkir. Rzayevin sözlərinə görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Rusiyaya səfəri təsadüfi deyil və bu səfərin məqsədlərindən biri də Ermənistan–Azərbaycan danışıqları ilə bağlı olub.

"Vaşinqton düşünür ki, İrəvan və Bakı ortaq məxrəcə gələ bilər, lakin Kremlin bu prosesə mane ola biləcəyindən ehtiyat edilir. Ermənistanda hələ də Rusiyanın hərbi və siyasi təsiri qalır. ABŞ bu səbəbdən Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışır. Bunun mümkün olub-olmayacağını zaman göstərəcək. Amma bir şey aydındır – Vaşinqtonda tarixi görüş baş tutacaq və əgər hər şey plana uyğun getsə, həm Bakı, həm İrəvan, həm də Vaşinqton istədiyinə nail olacaq."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1273   Tarix: 07 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb

Sumqayıtda avtomobil yanıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini

10.10.2026 199
.

Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. BİG.AZ xəbər verir ki, Azərbaycan Prezidenti və Çeçenistan başçısı "Bakı Ağ Şəhər"də olublar. Səfər zamanı İlham Əliyev və Ramzan Kadırov birg

10.10.2026 165
.

Metro ilə bağlı ŞAD XƏBƏR - Təmir BU TARİXDƏ BAŞA ÇATACAQ

"Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işlərinin son mərhələsi çərçivəsində tavan hissəsində izolyasiya və məhlulvurma işləri aparılır və xüsusi boya maddələri vurulur". "Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən Bizim.Media-nı

00:19 118
.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

00:19 111
.

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı

00:21 115
.

Pensiyaçılara üç aydan bir 30 manat əlavə veriləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirili

00:17 104
.

11 gün İŞ OLMAYACAQ: Tarixlər AÇIQLANDI

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq. BİG.AZ -a istinadla xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Beləliklə, noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq. Nəticədə noyabr ayında beşgünlü

00:15 119
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10.10.2026 233
.

Türkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi

Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək

10.10.2026 161
.