Qadınlar işləməsin deyən Fərhad Pərvizini qadınlar işdən çıxardı
Baker Tilly International iqtisadçı Fərhad Pərvizini şirkətin Azərbaycan filialında (Baker Tilly Azerbaijan) tutduğu Maliyyə və biznes məsləhət xidmətləri üzrə direktor vəzifəsindən azad edib.
Bu barədə Bakupost.az -a jurnalist Tunay Əliyeva bildirib.
Onun sözlərinə görə, bu qərar təkcə korporativ məsuliyyət deyil, həm də cəmiyyətin sağlam gələcəyi üçün atılmış cəsarətli və prinsipial mövqedir.
Tunay Əliyeva şirkətin rəhbəri Francesca Lagerberg başda olmaqla bütün komanda üzvlərinə təşəkkür edib. O, bu mövqenin minlərlə qadın üçün önəmli mesaj olduğunu vurğulayıb.
Məsələ ilə bağlı "Baker Tilly International" şirkəti ilə əlaqə saxladıq. Şirkətin marketinq şöbəsinin əməkdaşı Bakupost.az-a açıqlamasında bildirdi ki, şirkət daxilindəki prosedurların paylaşılmamasına məsul olduqları üçün bu barədə məlumat verə bilməzlər:
"Özünüz görürsüz ki son zamanlar sosial şəbəkələrdə nələr baş verir. Şirkət tərəfindən verilən hər hansı bir məlumat təhrif olunmuş şəkildə paylaşıla bilər deyə biz daxili siyasətimizə əsaslanaraq paylaşmamağa qərara gəldik. Bu müddət ərzində sizdən əlavə şirkətə çox sayda zənglər və sorğular gəlib. Biz qərara gəlmişik ki, heç bir zəngə, heç bir müraciətə cavab verməyək".
Məsələyə aydınlıq gətirmək üçün Fərhad Pərvizi ilə də əlaqə saxladıq. O, Bakupost.az-a açıqlamasında bildirdi ki, sözügedən məsələ ilə bağlı şirkətin rəhbərliyi ilə əlaqə saxlanılmalıdır:
"Bu barədə şirkət rəhbərliyi sizə məlumat verəcək".
Fərhad Pərvizi ilə söhbət zamanı şirkətlə artıq əlaqə saxladığımızı bildirdikdə isə o, belə cavab verdi:
"Yəqin ki, bunun bir səbəbi var, ona görə də məlumat verilmir. Mən də bu məsələ ilə bağlı müqavilə şərtlərimə əsasən, şirkətin xəbəri olmadan açıqlama verə bilmərəm".
Bununla belə Fərhad Pərvizi sosial şəbəkə hesabındakı iş məlumatlarında "Baker Tilly International"dakı işindən ayrıldığını təsdiqləyib.
Qeyd edək ki, bir müddət əvvəl bir qrup feminist qadın "Baker Tilly International"ın rəhbərliyinə müraciət edərək, şirkətin Azərbaycan nümayəndəliyində çalışan Fərhad Pərvizinin Mədəniyyət TV-də qadınlara qarşı səsləndirdiyi ifadələrə görə ciddi ölçü götürülməsini tələb etmişdi. Onlar Fərhad Pərvizinin bu fikirlərinin artıq şəxsi yox, şirkətin nüfuzuna xələl gətirən mövqe olduğunu qeyd etmişdilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1597 Tarix: 06 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643