Göyçayda istirahət mərkəzində müştəri kababı bəyənmədi: Ofisiantı DÖYDÜ
Göyçay rayonunda istirahət mərkəzində mübahisə dava ilə nəticələnib.
BiG.AZ Demokrat.az-a istinadən xəbər verir ki, hadisə rayonunun Kürdşaban kəndində yerləşən "Murad" istirahət mərkəzində baş verib.
Ucar rayon sakini, 1987-ci il təvəllüdlü Nuran xuliqanlıq niyyəti ilə ictimai qaydalara etinasızlıq göstərib. O, heç bir səbəb olmadan istirahət mərkəzinin işçisi Tacəddinin ünvanına söyüş söyüb, eləcə də əli ilə sifət nahiyəsindən qəsdən vurub və ona qarşı zor tətbiq edib.
Hadisəni törədən Nuranın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Nuran ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ucar rayonunun Bağman kəndində yaşayır:
"Anar və qaynım Faxrət ilə yaşadığımiz kəndə görüşdük və birlikdə idarə etdiyim avtomobillə Göyçay rayonunun Kürdşaban kəndində "Murad" ailəvi istrahət mərkəzinə getdik. Orada hər üçümüz spirtli içki qəbul etdik. Sonuncu sifarişlərimiz 1 şiş böyrək kababı oldu. Lakin kabab gətiriləndə şişdə 3 ədəd piy içərisində böyrək, 2 ədəd də ciyər qoyulduğunu gördük. Mən buna narazı oldum, kafenin mətbəxinə gedərək kababçı işləyən şəxsə niyə istədiyim formada kabab göndərməməsini dedim. Aramızda sadəcə söhbət oldu. Sonra gəlib öz yerimə əyləşdim. Həmin vaxt heç bir dava-dalaş olmadı. Bir qədər sonra hesabı vermək üçün ofisianta yaxınlaşdım. Anar və Faxrət isə avtomobilə doğru getdilər. Mən hesabı ödədim. Orada kababın yaxşı olmadığını və ofisiant işləyən Tacəddinə də son gətirilən kababı xoşlamadığımı bildirdim. Tacəddin isə dedi ki, yesən də, yeməsən də budur. Tacəddin bu sözü dedikdən sonra aramızda mübahisə başladı. Mübahisə zamanı səs-küy oldu və bir-birimizi vurduq. Bundan sonra orada olan şəxslər bizi araladılar".
Bu cinayət işinə Zərdab Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə müttəhim 2 500 manat miqdarında cərimə olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1034 Tarix: 06 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
"AzerGold" QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib. İlk süxur partlayışı təsdiq edilmiş texniki layihə və təhlükəsizlik tələblərin
13:27 140 Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs
10:20 257 Sahibkarların ən çox etdiyi vergi səhvləri: Hansı yanlışlıqlar cəriməyə səbəb ola bilər?
"Sahibkarlıq fəaliyyətində gəlir əldə etmək qədər vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsi də mühüm əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, bəzi sahibkarlar vergi qanunvericiliyinin tələblərini kifayət qədər bilmədikləri, mühasibat uçotuna lazımi diqqət yetirmədikləri və ya sənədləşm
12:47 153 KİV: Hakerlər Almaniya hökumətinin rabitə kanalları barədə məlumatları yayıblar
Berlin Senatının şəbəkəsini sındıran hakerlər şəhər administrasiyasının girov ödəməkdən imtina etməsindən sonra Almaniya hökumətinin fövqəladə hallar üçün nəzərdə tutulmuş rabitə kanalları barədə məlumatları açıq şəkildə yayıblar. xəbər verir ki, bu barədə "Bild" nəşrinə alman araşdırmaçı jurnalis
06.09.2026 231 Prezident Əziz Səncəri təltif etdi
Kimya üzrə Nobel mükafatçısı Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə gör
14:54 89 Nyu-Yorkda məktəblilərə süni intellekt qadağası
ABŞ-nin Nyu-York şəhərində məktəblilər üçün süni intellektdən istifadə ilə bağlı yeni qaydalar tətbiq olunub. Axşam.az xəbər veirr ki, şəhərin dövlət məktəblərində 8-ci sinfə qədər şagirdlərin dərslər zamanı generativ süni intellekt alətlərindən istifadəsinə bir il müddətinə qadağa qoyulub. Qərar 2026-2027-c
06.09.2026 233 Rusiya ilə Ermənistan arasında gərginlik dərinləşir - Ekspertdən Paşinyanla bağlı açıqlama
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksandr Kamkin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün əlindən gələni etdiyini bildirib. xəbər verir ki, -ya açıqlama verən Kamkin Rusiya-Ermənistan münasibətlərini
13:32 110 Almaniya PUA və kiberhücumlara qarşı mübarizə planı hazırlayıb
Almaniyanın Daxili İşlər Nazirliyi naməlum pilotsuz uçuş aparatlarına (PUA) və kiberhücumlara qarşı mübarizə tədbirləri üzrə plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Plana əsasən, federal polisin dronlarla mübarizə üzrə mobil bölmələrinin stratej
06.09.2026 224 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb
Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn
06.09.2026 228