Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir? - Video
Son zamanlarda paytaxtın bəzi ərazilərində yayılan kəskin və xoşagəlməz qoxu şəhər sakinlərinin ciddi narahatlığına səbəb olub.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı AzTV süjet hazırlayıb.
Sakinlərin sözlərinə görə, bu qoxu günün müxtəlif saatlarında aydın hiss olunur: "Müşfiqabad qəsəbəsində pis qoxular gəlir, rahat gəzə bilmirik".
Mütəxəssislər isə bildirib ki, problemin əsas səbəbi Bakıda mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasıdır. Bununla yanaşı, uzun illərdir ki, Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşüb. Bu səbəbdən illərlə dənizə axıdılan çirkab suların qalıqları üzə çıxmağa başlayıb.
Ekoloq Sadiq Həsənov isə məsələni belə şərh edib: "Günəşin sürətli təsiri ilə ultrabənövşəyi şüalar parçalanır və maddələr yaranır. Bu zaman ətrafa xoşagəlməz qoxu yayılır. Xüsusilə Bakının bir çox kəndlərində, məsələn, Türkan, Zirə, Mərdəkan və bir sıra yerlərində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bu da birbaşa dənizə axıdılır. İnsana təmas edəndə isə bir sıra xəstəliklər yaradır. Üzvü maddələrin parçalanmasından əmələ gələn bu qazlar zəhərlidir. İnsanın həm göz nahiyəsinə, həm nəfəs borusuna, həm də digər orqanlarına müəyyən qədər zəhərli təsirini göstərə bilər".
Paytaxtda mövcud kanalizasiya sisteminin əhalinin tullantı yükünü daşıması ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd edilib ki, tullantı su şəbəkələri qurularkən ərazinin relyefi orada yaşayan abonentlərin sayı nəzərə alınaraq şəbəkənin layihəsi tərtib olunur: "Sovet dövründə tikilmiş kanalizasiya şəbəkələri o dövrün əhalisinə uyğun planlaşdırılıb. Lakin hazırda bir çox ərazilərdə əhali sayının və yeni tikililərin artması sistemə əlavə yük olur. Bu səbəbdən köhnə şəbəkələrdə bəzən daşmalar, qoxular və ya xəttin tıxanması kimi problemlər özünü büruzə verir. Bundan əlavə bu gün şəbəkələrdə qeyri-qanuni qoşulmalar var. Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə müvafiq layihə sənədləri hazırlanıb.Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır".
Daha ətraflı videomaterialda:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1160 Tarix: 05 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏn sakit itlər hansılardır? Demək olar ki, hürmürlər
Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini
18:15 127 MİRSADİQ MUXTAROV: "Paxıllıq hissini mənfi emosiya kimi qiymətləndirməkdənsə, onun bizə nə deməyə çalışdığını anlamaq daha faydalıdır"
Paxıllıq insan münasibətlərinə mənfi təsir edən, bəzən isə insanın öz psixoloji və fiziki sağlamlığına zərər vuran hisslərdən biridir. Bəs paxıllıq haradan yaranır və insanın həyatına necə təsir edir? . Xəzər Universiteti Psixologiya Departamentinin əməkdaşı, "Xəzər Psixoloji Xidmət Mərkəzi"-ni
18:24 123 Kanada ilə ABŞ arasında gərginlik artır: Ticarət müharibəsi dərinləşir - POLİTOLOQDAN AÇIQLAMA
Kanada ilə ABŞ arasında uzun illər yaxın tərəfdaşlıq üzərində qurulan münasibətlər yeni sınaqla üz-üzədir. Donald Tramp administrasiyasının Kanada mallarına tətbiq etdiyi yüksək tariflər və Ottavanın buna cavab olaraq ABŞ məhsullarına qarşı rüsumları artırması iki ölkə arasında ticarət gərginliyini dah
15:02 223 Kafedə dostları ilə qumar oynayan 74 yaşlı kişi CƏRİMƏLƏNDİ
Qusarda qumar oynayan kişi saxlanılıb. -ın xəbərinə görə, hadisə Xuray kəndində baş verib. 74 yaşlı Musa Fərəcov (şərti adla) kənd ərazisindəki kafedə digər 2 tanışı ilə birgə qumar oynayıb. 36 ədəd kart və 11 manat pul isə maddi sübut kimi götürülüb. Faktla əlaqədar araşdırma aparılıb və həmin şəxslə
19:30 95 Nəqliyyatda böhran, taksidə bahalaşma: Qiymətlər niyə kəskin artırılır? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda nəqliyyat sistemində yaranan problemlər fonunda taksi xidmətlərinin qiymətlərinin əhəmiyyətli dərəcədə artması vətəndaşların xərclərinə əlavə yük yaradır. Xüsusilə ictimai nəqliyyatda yaranan çətinliklər səbəbindən taksidən istifadə edənlərin sayının artması qiymət məsələsini yenidən gündəmə gətirir
14:24 265 Rusiya-Ukrayna müharibəsində yeni gərginlik: enerji obyektlərinə zərbələr davam edir
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Rusiyanın enerji infrastrukturuna zərbələri dayandıracağı təqdirdə Ukraynanın da Rusiya ərazisindəki enerji obyektlərinə hücumları dayandırmağa hazırdır. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, lakin Zelenski bunun üçün Moskvanın konkret öhdəli
17:02 169 "Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin"
Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüş çərçivəsində Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadə ilə söhbətləşib. "Qafqazinfo" xəbər verir ki, onların arasında səmimi dialoq yaşanıb. Həmin dialoqu təqdim edirik:. Şeyxülislam Allahşükür Paşazadə: Mən də siz
17:01 157 "Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq"
"Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi". "Qafqazinfo" xəbə
17:08 135 Qida təhlükəsizliyində yeni mərhələ: İstehlakçını hansı yeniliklər gözləyir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda qida təhlükəsizliyi sahəsində yeni mərhələyə start verilir. Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə 2027-2032-ci illər üçün Qida Təhlükəsizliyi Dövlət Proqramı təsdiqlənib. Sənəddə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliy
14:45 186