Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİ

Tələbələr bu hallarda təhsillərini dondura bilərlər - RƏSMİAzərbaycanda tələbələr bəzi zəruri hallarda sağlamlıq problemi, hərbi xidmət, ailə və ya sosial çətinliklər səbəbilə təhsillərini müvəqqəti olaraq dondura bilirlər. Bu hüquq onların təhsil hüququnu qorumağa və sonradan davam etdirməyə imkan yaradır. Nə zaman və nə qədər müddətə təhsilin dondurula biləcəyi isə müvafiq qaydalarla tənzimlənir.

BiG.AZ-ın məlumatına görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrində təhsil alan tələbələrə təhsillərini dondurmaq üçün maksimum 2 il müddətinə akademik məzuniyyət verilməsi mümkündür.

Bu, yalnız müəyyən hallarda və qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.

5.1. Tələbəyə (xüsusi təyinatlı ali təhsil müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

5.1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;

5.1.2. ailə vəziyyətinə görə (təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən edilmiş hallar üzrə) - 2 il müddətinədək;

5.1.3. səhhətinə görə – həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışında (və ya qərarında) göstərilən müddətə (2 ildən çox olmamaqla);

5.1.4. sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;

5.1.5. dövlət proqramları və təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrə təhsil almağa getdikdə – bakalavriat proqramlarında təhsil alanlara münasibətdə 1 (bir) ildən, magistratura proqramlarında təhsil alanlara münasibətdə 6 (altı) aydan çox olmamaqla;

5.1.6. xaricdə öz hesabına təhsil aldıqda – 1 (bir) il müddətinədək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1182   Tarix: 05 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

1,8 kilometrdə 200 min insan - Dünyanın ən izdihamlı çimərliyi

Çində yerləşən Dameyşa çimərliyi dünyanın ən izdihamlı çimərliklərindən biri hesab olunur. Bəzi günlər burada insanların sayı o qədər çox olur ki, istirahət edənlər nəinki qum üzərində boş yer tapmaqda, hətta dənizə çatmaqda belə çətinlik çəkirlər. xarici mediaya istinadla xəbər verir ki, Şençjen şəhərind

07.09.2026 189
.

Sahibkarların ən çox etdiyi vergi səhvləri: Hansı yanlışlıqlar cəriməyə səbəb ola bilər?

"Sahibkarlıq fəaliyyətində gəlir əldə etmək qədər vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsi də mühüm əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, bəzi sahibkarlar vergi qanunvericiliyinin tələblərini kifayət qədər bilmədikləri, mühasibat uçotuna lazımi diqqət yetirmədikləri və ya sənədləşm

07.09.2026 238
.

İpoteka, gəlirlər, tikinti xərcləri... Mənzil qiymətlərini nə bahalaşdırır?

"Mənzil qiymətlərinin artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada eyni vaxtda bir neçə fundamental amil fəaliyyət göstərir. Torpaq sahələrinin qiyməti, tikinti xərcləri, əmək və material məsrəfləri, infrastruktur xərcləri, əhalinin gəlirləri, ipoteka və kredit imkanları, həmçini

07.09.2026 169
.

Seda Sayan 7 milyon manat qazanacaq

Türkiyəli müğənni Seda Sayan reklam layihələrindən əldə edəcəyi yüksək qonorarla gündəmə gəlib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 4 fərqli markanın reklamında yer alaraq kamera qarşısına keçəcək. Bildirilib ki, Seda Sayan hər bir reklam layihəsinə görə 50 milyon lirə qonorar alacaq

07.09.2026 157
.

"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib

"AzerGold" QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib. İlk süxur partlayışı təsdiq edilmiş texniki layihə və təhlükəsizlik tələblərin

07.09.2026 223
.

Qubada kanaldan meyit tapıldı

Quba rayonunun Gədikqışlaq kəndi ərazisində kanaldan meyit tapılıb. -ın məlumatına görə, meyiti tapılan şəxsin Xaçmaz rayon sakini 58 yaşlı Marina Bağırova olduğu bildirilir. Hadisənin təfərrüatları araşdırılır./APA

07.09.2026 189
.

Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: ABŞ nümayəndələri Kiyevdən nəticəsiz ayrıldı

Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, hələlik konkret razılaşma əldə olunmayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Rusiya və Ukraynada keçirdikləri görüşlərdən sonra yeni danışıqla

07.09.2026 214
.

Bütün dövrlərin stil ikonası seçildi - Kimləri geridə qoydu? (SİYAHI)

Mərhum Britaniya şahzadəsi Diana yenidən ən nüfuzlu stil ikonlarının reytinqinə başçılıq edir. Ölümündən təxminən 30 il sonra o, Merilin Monro, Odri Hepbern, Beyons və digər əfsanəvi qadınları geridə qoyaraq modaya təsirinin hələ də azalmadığını nümayiş etdirib. Qaynarinfo xəbər verir ki, "Dail

07.09.2026 108
.

Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb - VİDEO

Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın başlayıb. -ın məlumatına görə, yanğının güclü külək səbəbindən genişləndiyi bildirilir. Yanğının ərazidə hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

07.09.2026 148
.