Kişi qadından 20 yaş böyükdürsə... Münasibətlərlə ideal yaş fərqi

Kişi qadından 20 yaş böyükdürsə... Münasibətlərlə ideal yaş fərqiSevgi formalıqlardan və ictimai çərçivələrdən yüksəkdə dayansa da, psixoloji və sosioloji araşdırmalar göstərir ki, həyat yoldaşları arasındakı yaş fərqi münasibətlərin harmoniyası üçün əhəmiyyətli rol oynaya bilər.

İdeal yaş fərqi neçə il olmalıdır?

BiG.AZ-ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislərin fikrincə, müəyyən yaş fərqi cütlüklərin uzunömürlü və sabit ailə həyatı qurmasında mühüm amildir.

Dünya statistikalarının təhlili göstərir ki, əksər cütlüklərdə yaş fərqi 5–6 il civarındadır və adətən kişi qadından böyük olur.

Bu tendensiya daha çox ənənəvi ailə modelindən qaynaqlanır: burada kişi ailənin müdafiəçisi və lideri, qadın isə ailə ocağının qoruyucusu kimi qəbul edilir. Hərçənd müasir dövrdə qadınlar da sosial fəallıq və müstəqillik baxımından özlərini daha çox ifadə edirlər, kişi qadından böyük olan modellər hələ də geniş yayılmış qalır.

Psixoloqlar bildirirlər ki, aralarında 2–3 il yaş fərqi olan partnyorlar adətən oxşar maraqlara, dünyagörüşünə və mədəni təcrübəyə sahib olurlar. Onlar eyni dövrdə böyüyüb, eyni televiziya proqramlarına baxıb, oxşar musiqilər dinlədikləri üçün bu cür cütlüklər arasında emosional yaxınlıq daha güclü olur.

Araşdırmalar göstərir ki, 3–6 il yaş fərqi olan cütlüklər arasında münasibətlər daha sabit olur. Bu cür evliliklərdə münaqişələr və boşanma halları nisbətən daha az müşahidə olunur. Mütəxəssislər bu yaş fərqini optimal sayırlar.

Həyat yoldaşları həmyaşıddırsa...

Eyni yaşda olan insanlar arasında qurulan ailələr adətən gənclik dövründə, məktəb və ya universitet sonrası mərhələdə baş tutur. Bu cür münasibətlərdə tərəflər "eyni dalğadadırlar", bir-birini daha yaxşı başa düşürlər. Lakin maddi sabitliyin olmaması, karyeranın ilkin mərhələsində olma kimi səbəblər bu cür evliliklərdə stres və məişət problemlərini artırır ki, bu da münasibətlərə mənfi təsir göstərə bilər.

10–15 il yaş fərqi: təcrübə və gənclik bir arada

Bu cür münasibətlər əgər qarşılıqlı hörmət və simpatiya üzərində qurulubsa, çox harmonik ola bilər. Yaşca böyük olan kişi adətən daha təcrübəli, özünə güvənən və qayğıkeş olur. Onun gənc partnyoru isə enerjili, ilhamverici və həyatsevər biri kimi münasibətə canlılıq qatır. Əgər bu münasibətdə əsas dəyər sevgi və hörmətdirsə, tərəflər bir-birini tamamlayır və bu cür ailələr uzunömürlü ola bilər.

Əgər kişi qadından 20 ildən çox böyükdürsə...

Bu cür münasibətlərdə də istilik və səmimiyyət mümkündür, lakin çətinlik riski daha yüksəkdir. Çünki partnyorlar fərqli dövrlərdə yetişiblər, həyat temp və maraqları uyğun gəlməyə bilər. Zaman keçdikcə bir tərəf aktiv həyat sürmək istəyərkən, digəri artıq sakitlik və dincəlmək arzusunda ola bilər. Yaş fərqinin bu qədər böyük olması münasibətdə dinamika fərqinə səbəb olur.

Qadın kişidən böyükdürsə...

Qadının kişidən bir neçə yaş böyük olması artıq cəmiyyət üçün təəccüblü deyil və xüsusilə tanınmış simalar arasında bu cür münasibətlərə tez-tez rast gəlinir. Əgər yaş fərqi 3–7 il arasındadırsa, bu, vizual olaraq da nəzərə çarpmır.

Yaşca daha böyük olan qadın kişi üçün təkcə həyat yoldaşı yox, eyni zamanda dəstəkçi, yolgöstərən və ilhamverici fiqur ola bilər. Psixoloqların fikrincə, belə münasibətlər kişilərin potensialını daha tez üzə çıxarmağa, onların həyatda uğur qazanmasına müsbət təsir göstərə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 834   Tarix: 05 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

15.11.2026 170
.

Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub

Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb

15.11.2026 191
.

ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd

15.11.2026 201
.

Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları

15.11.2026 178
.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

15.11.2026 152
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

15.11.2026 200
.

Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd

15.11.2026 195
.

Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi

15.11.2026 148
.

Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır

"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej

15.11.2026 170
.