Xəstə birini görmək belə sizi xəstələndirə bilər

Xəstə birini görmək belə sizi xəstələndirə bilərYeni elmi araşdırmaya görə, bir insanın sadəcə xəstə birini uzaqdan görməsi belə beyin və immun sistemini hərəkətə keçirə bilər.

BAKU.WS xəbər verir ki, virtual reallıq eynəkləri vasitəsilə aparılan təcrübələr beynimizin xəstəlik əlamətlərinə qarşı nə qədər həssas olduğunu ortaya qoyub.

Belə ki, iştirakçılar virtual aləmdə qızdırmalı və səpkili (aşkar xəstəlik simptomlu) bir avatarı gördükdə, onların beynində təhlükə siqnalı işə düşüb, immun sistemləri isə "siqnal vəziyyətinə" keçib. Eyni avatar sağlam və ya neytral göründükdə isə bu reaksiya müşahidə olunmayıb – nə beyində dəyişiklik, nə də qanda immun hüceyrələrində artım qeydə alınıb.

Araşdırmada doğuşdan gələn lenfoid hüceyrələr (ILC) xüsusilə diqqətə alınıb. Normalda bu hüceyrələr ancaq orqanizm birbaşa infeksiyaya məruz qaldıqda artır. Ancaq təcrübə göstərib ki, xəstə avatarla vizual kontakt belə bu hüceyrələrin sayını artırır.

İsveçrənin Lozanna Universitetindən immunoloq Sara Trabanelli və komandası bildiriblər ki, bu nəticələr ILC hüceyrələrinin yalnız fiziki infeksiyaya deyil, mümkün təhlükə kimi qəbul edilən hallara da reaksiya verdiyini sübut edir.

Makine öyrənməsi ilə aparılan analizlərdən məlum olub ki, beyində yaranan təhlükə siqnalları immun sistemindəki reaksiyanı izah edir. Ən maraqlısı isə budur ki, vizual olaraq ən uzaqda yerləşən xəstə avatarlar beyində ən güclü təsiri yaradıb.

Bu təsirlərin baş verdiyi beyin sahələri, qrip peyvəndindən sonra da aktiv olan bölgələrlə üst-üstə düşür. Bu isə beynin mümkün xəstəliklərə qarşı erkən xəbərdarlıq sistemi kimi işlədiyini göstərir.

248 sağlam insanın qatıldığı təcrübələrin birində iştirakçılardan üzlərinə toxunulduqda düyməyə basmaları istənilib. Xəstə birini gördüklərində onların bu reaksiyaları daha da sürətlənib. Alimlər bunu beynin xəstəlik riskini dərk edib "qaç və ya savaş" refleksini işə salması ilə izah edirlər.

Mütəxəssislər bu araşdırmanın nəticələrinin fiziki təmas olmadan da sinir və immun sistemlərinin birgə reaksiya verə biləcəyini sübut etdiyini bildiriblər.

Araşdırmanın nəticələri "Nature Neuroscience" elmi jurnalında dərc olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 947   Tarix: 04 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

60 km-lik "ölüm yolu": Niyə hələ də turistləri cəlb edir?

Boliviyanın Yunqas yolu, daha çox "Ölüm yolu" kimi tanınan marşrut, onilliklərdir dünyanın ən təhlükəli avtomobil yollarından biri hesab olunur. Təxminən 37 mil (təxminən 60 kilometr) uzunluğunda olan bu yol dar dağ yamacları boyunca uzanır və sürücünün ən kiçik səhvi belə dərin uçuruma düşməkl

20.07.2026 307
.

Yəməndəki Husilər Səudiyyə Ərəbistanının gəmiçiliyinə dəniz blokadası elan ediblər

Yəməndəki İran tərəfindən dəstəklənən Husi qruplaşması, Səudiyyə Ərəbistanı gəmiçiliyinə qarşı dəniz blokadası elan edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu eskalasiya daha bir sönmüş regional münaqişəni yenidən alovlandıra və qlobal neft tədarükünü təhdid edə bilər. Reuters-in videosunda Yəməndək

10:58 155
.

Kəngərlidə avtoqəzada ölənlərin sayı ikiyə çatıb

İki gün öncə Kəngərlidə baş verən qəzada xəsarət alan şəxslərdən biri ölüb. Qaynarinfo xəbər verir ki, Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qız

14:02 87
.

İnsanlar ünsiyyət zamanı niyə göz təmasından yayınır?

Həmsöhbətimizə söhbət zamanı necə baxmağımız davranışımız, mimikalarımız və danışıq tərzimiz qədər haqqımızda məlumat verə bilər. Bununla belə, bir çox insan baxışlarının şübhə, narahatlıq və ya gizli hissləri ifadə edə biləcəyinin fərqində olmur. Qaynarinfo xəbər verir ki, "Verywell Mind"

20.07.2026 294
.

Təkbaşına qəhvə içməyi sevən insanlara xas 9 xüsusiyyət

Məhsuldarlığın demək olar ki, həyat tərzinə çevrildiyi müasir dünyada bir fincan qəhvə ilə qısa fasilə vermək bəzən vaxt itkisi kimi görünə bilər. Lakin "Your Tango" nəşrinin yazdığına görə, psixoloqlar hesab edirlər ki, heç nə etmədən bir neçə dəqiqə dincəlmək psixi sağlamlığın qorunmasını

20.07.2026 308
.

DÇ-2026-nın finalında qırmızı vərəqə alan Paredeslə bağlı gözlənilməz qərar - VİDEO

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Argentina millisinin futbolçusu Leandro Paredesin DÇ-2026-nın İspaniya ilə final matçındakı davaya görə aldığı qırmızı vərəqəni ləğv edib. xəbər verir ki, bu barədə "BBC Sport"un jurnalisti Deyl Conson sosial şəbəkə hesabında məlumat yayıb

14:28 57
.

Rusiya türk gəmisini vurdu - Ölənlər var

Rusiya ordusu iyulun 19-da Qvineya-Bisau bayrağı altında üzən, Türkiyəyə məxsus "Golden Leo" mülki yük gəmisinə üç raket zərbəsi endirib. Bu barədə Odessa Vilayət Prokurorluğu məlumat yayıb. Məlumata görə, hücum zamanı gəmidə olan doqquz xarici heyət üzvü və bir ukraynalı losman olmaqla ümumilikd

20.07.2026 334
.

Vasif Məhərrəmli: "Ədalət Şükürovun çox tünd xasiyyəti var"

Vasif Məhərrəmli həmkarı Ədalət Şükürovun xarakteri ilə bağlı danışıb. "Yeni Sabah" xəbər verir ki, o,"Efirdən kənar" verilişində müğənni Ədalət Şükürov və Ceyhun Əliyevlə dostluğundan söz açıb. Əməkdar artist bildirib ki, münasibətləri bu gün də davam etsə də, Ədalət Şükürov kifayə

20.07.2026 337
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20.07.2026 316
.

TOP MP3