Qida zəhərlənmələrinin əsas səbəbləri açıqlandı

Qida zəhərlənmələrinin əsas səbəbləri açıqlandıSon dövrlərdə ölkəmizdə qida zəhərlənməsi halları artmaqda davam edir. Mütəxəssislər bu cür halların xüsusilə yay aylarında daha da intensivləşəcəyini istisna etmir. Səbəblər arasında yüksək temperatur şəraitində qidaların tez xarab olması, eləcə də saxlanma və hazırlanma zamanı gigiyena qaydalarının pozulması əsas yer tutur.

Qida təhlükəsizliyinin təmin olunması, vətəndaşların sağlamlığının qorunması baxımından həyati əhəmiyyət daşıyır. Bu halların qarşısını almaq üçün ilk növbədə qida məhsullarının düzgün şəraitdə saxlanmasına, xüsusilə soyuducu temperaturunun təmin olunmasına nəzarət gücləndirilməlidir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sağlam qida təbliğatçısı Asim Vəliyev bildirir ki, qida istehsalı və satışı ilə məşğul olan obyektlərdə sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl olunmalı, bu yerlərdə vaxtaşırı yoxlamalar həyata keçirilməlidir.

"İstehlak müddəti keçmiş məhsulların satışına qətiyyən yol verilməməli, bu sahədə məsuliyyət daşıyan şəxslər inzibati qaydada cəzalandırılmalıdır.
Həmçinin kənd təsərrüfatı məhsullarının düzgün emalı və daşınması da müvafiq standartlara uyğun həyata keçirilməlidir", – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, ictimai maarifləndirmə tədbirləri genişləndirilməli, insanlar düzgün qida seçimi və saxlanma qaydaları ilə bağlı daha çox məlumatlandırılmalıdır.
Qida zəhərlənmələrinin əsas səbəbləri açıqlandı"Bu sahədə vətəndaş nəzarəti də az rol oynamır. İnsanlar sanitar şəraiti naməlum olan, açıq hava şəraitində fəaliyyət göstərən yerlərdən qida qəbulundan çəkinməlidir.
Xüsusilə yay aylarında süd və süd məhsulları, ət və ət məhsulları, kremli şirniyyatlar kimi tez xarab olan qidalara qarşı daha diqqətli olmaq, onların saxlanma və istifadə qaydalarına əməl etmək olduqca vacibdir", – deyə Asim Vəliyev əlavə edib.

Qida təhlükəsizliyi yalnız dövlət qurumlarının deyil, həm də hər bir vətəndaşın birgə məsuliyyətidir. Sağlam cəmiyyətin təməli təhlükəsiz və keyfiyyətli qidalanmadan keçir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 882   Tarix: 04 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib"

"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlət başçısı onların bəzilərinin adlarını sadalayara

16:31 145
.

"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

"AzerGold" QSC Naxçıvan Muxtar Respublikasının mineral-xammal potensialının öyrənilməsi və perspektivli faydalı qazıntı yataqlarının müəyyənləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin International Resources Holding (IRH) şirkəti ilə əməkdaşlıq edəcək. Bizim.Media xəbər verir ki, əməkdaşlı

15:02 152
.

"Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz, doğma və dəyərli bir hissəsidir" - millət vəkili Bəhruz Məhərrəmov

"Obyektiv mövqeli və regionla bağlı ciddi araşdırmalar aparmış tarixçilər də təsdiq edər ki, Qafqazın çoxəsrlik tarixi-siyasi mənzərəsi nəzərdən keçirildikdə, Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün xristian irsinin birbaşa Qafqaz Albaniyasının dövlətçilik və mədəniyyət salnaməsinə aid olduğ

18:13 183
.

MOBBİNQ: İş yerində səssiz zorakılığın hüquqi tərəfi - VƏKİLDƏN AÇIQLAMA

İş yerində psixoloji təzyiq, təhqir, təcrid və davamlı təzyiq halları son illər daha çox müzakirə olunan problemlərdəndir. "Mobbinq" adlandırılan bu davranışlar əməkdaşın həm psixoloji vəziyyətinə, həm də iş fəaliyyətinə ciddi təsir göstərə bilər. Bəs iş yerində mobbinqin qarşısını necə alma

15:29 191
.

Kafedə dostları ilə qumar oynayan 74 yaşlı kişi CƏRİMƏLƏNDİ

Qusarda qumar oynayan kişi saxlanılıb. -ın xəbərinə görə, hadisə Xuray kəndində baş verib. 74 yaşlı Musa Fərəcov (şərti adla) kənd ərazisindəki kafedə digər 2 tanışı ilə birgə qumar oynayıb. 36 ədəd kart və 11 manat pul isə maddi sübut kimi götürülüb. Faktla əlaqədar araşdırma aparılıb və həmin şəxslə

19:30 95
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

12:53 273
.

Ursula fon der Lyayen Kanada baş nazirinin çıxışında iştirak edəcək

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilkin qərarını dəyişərək sentyabrın 17-də Kanada Baş naziri Mark Karninin Avropa Parlamentindəki çıxışında iştirak edəcək. xəbər verir ki, "Politico"nun məlumatına görə, əvvəlcə Avropa Komissiyası rəhbərinin mətbuat xidməti fon der Lyayeni

21:00 1
.

Prezident Hakan Fidanı qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə xarici işlər naziri Hakan Fidanı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamların

14:23 153
.

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını

17:11 175
.