Azərbaycan Suriyaya qaz ixracına başlayır – Yeni mərhələ, yeni strateji hədəflər

Azərbaycan Suriyaya qaz ixracına başlayır – Yeni mərhələ, yeni strateji hədəflərAzərbaycan "swap" mexanizmi vasitəsilə Türkiyə üzərindən Suriyaya təbii qaz ixracına başlayacaq. Bu addım Azərbaycan ilə Suriya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və rəsmi Bakının Yaxın Şərqdə fəaliyyətini intensivləşdirməyə yönəlmiş strategiyasının tərkib hissəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmişdi. Forum çərçivəsində Prezident Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşərək, iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Görüş zamanı Prezident Əliyev Azərbaycanın Suriyanın sabitliyinin bərpasında iştirak etməyə hazır olduğunu bildirmişdi. Bu isə Azərbaycanın enerji siyasətində Suriyanın aktiv tərəfdaş ola biləcəyinə işarə idi.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev qeyd edib ki, bu əməkdaşlıq Azərbaycanın yalnız enerji ixracatçısı kimi deyil, həm də bölgədə sülh və sabitliyin təşviqində əsas oyunçu kimi rolunu möhkəmləndirir:

"Azərbaycan Suriyanın enerji ehtiyatlarında pay sahibi olmaqla yanaşı, həmin ehtiyatların Avropa bazarına çıxarılmasında da əsas tranzit ölkə rolunu oynaya bilər. Bakı qaz həcmini artırmaq üçün yeni tərəfdaş axtarır. Bu baxımdan Suriya ilə əməkdaşlıq Azərbaycanın Avropadakı enerji mövqeyini gücləndirəcək."

Onun sözlərinə görə, İraq Kürdüstanı ilə aparılan danışıqlar, TANAP və TAP layihələrinin Suriya sərhədinə yaxınlığı da inteqrasiya üçün əlavə fürsətlər yaradır.
Azərbaycan Suriyaya qaz ixracına başlayır – Yeni mərhələ, yeni strateji hədəflərEkspert qeyd edib ki, bu əməkdaşlıq Suriya üçün də iqtisadi baxımdan əhəmiyyətlidir:

"Uzun illər sanksiyalar altında qalan və siyasi təcrid yaşayan Suriya üçün bu əməkdaşlıq həm maliyyə, həm də infrastruktur baxımından ciddi töhfə verə bilər. Yeni hökumət sabitlik üçün addımlar atır. Bu proses SOCAR kimi təcrübəli tərəfdaşın dəstəyi ilə daha effektiv həyata keçirilə bilər."

Eyni zamanda, Əhməd Əl Şaraanın türkmən mənşəli general Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionları üzrə komandan təyin etməsi SOCAR-ın təhlükəsiz fəaliyyətinə zəmanət verən önəmli addım kimi dəyərləndirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Prezident Əl Şaraan 12 iyulda Bakıya rəsmi səfər edib. Səfər çərçivəsində keçirilən görüşlərdə enerji sahəsində əməkdaşlıq əsas mövzulardan biri olub. SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalanaraq, bu ölkənin enerji sektorunun bərpasında Azərbaycanın iştirakı rəsmiləşdirilib.

Eyni zamanda, Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti və Xarici İşlər Nazirliyinin nümayəndələri Suriyada səfərdə olaraq əməkdaşlıq imkanlarını qiymətləndiriblər.

Rzayev qeyd edir ki, bu proses Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin başlanğıcıdır:

"Yaxın Şərqə qaz ixracı Azərbaycan üçün təkcə iqtisadi deyil, həm də geosiyasi addımdır. Bakı bu əməkdaşlığa qarşılıqlı fayda və hörmət prinsipi ilə yanaşır. Bu, regionun sabitliyi və iqtisadi inteqrasiyası baxımından mühüm töhfədir."

Politoloqun sözlərinə görə, bu proses yalnız texniki əməliyyat deyil, regional sabitlik, enerji təhlükəsizliyi və diplomatik əməkdaşlıq üçün strateji başlanğıcdır. Azərbaycanın rolu isə Cənubi Qafqazla Şərqi Aralıq dənizi arasında körpü yaratmaq baxımından getdikcə güclənir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 818   Tarix: 04 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər

Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini

18:15 127
.

"Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi"

"Həqiqətən də sizin gördüyünüz işlər, atdığınız addımlar məni dünənə də aparır, bu günə də gətirir". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarının Prezident İlha

16:46 142
.

Göylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar

Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"

15:52 216
.

Əraqçi Pekinə gedəcək

İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü rəsmi səfərlə Pekinə gedəcək. APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Əraqçi bu səfər çərçivəsində çinli həmkarı ilə görüşəcək. Bəqaini

20:30 1
.

"Fermadan süfrəyə": Heyvan mənşəli məhsullar necə izlənməlidir?

"Heyvan mənşəli məhsulların bütün mərhələlər üzrə izlənməsi qida təhlükəsizliyinin ən vacib elementlərindən biridir. Burada əsas məqsəd məhsulun haradan gəldiyini, hansı şəraitdə istehsal və emal edildiyini və son olaraq hansı satış nöqtəsinə çatdığını müəyyən etməkdir". Bunu BİG.AZ-a açıqlamasınd

14:04 141
.

"Hikmət Hacıyev Azərbaycanın xarici siyasət kursunun əsas fiqurlarından biridir" - MÜŞFİQ CƏFƏROV

"Hikmət Hacıyevin Xankəndiyə səfərinə son dövrdə xarici diplomatların və beynəlxalq nümayəndələrin Qarabağa, xüsusilə Xankəndiyə səfərlərinin bir növ davamıdır. Bu səfərlərdə əsas məqsəd Azərbaycanın suverenliyinin və postmünaqişə reallığının beynəlxalq diplomatik müstəvidə qəbulunun getdikcə dah

13:08 158
.

"Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır"

"Azərbaycanla Türkiyə arasındakı əlaqələr bənzəri olmayan münasibətlərdir". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, türkiyəli həmkarının bugünkü səfər

14:43 146
.

Əhalinin borclanması: Problem nə vaxt başlayır?

"Sovet dövründə insanların banklara kütləvi şəkildə borclanması indiki kimi geniş yayılmış deyildi. Çünki həmin dövrdə bank sistemi və kredit münasibətləri tamamilə fərqli idi. Bu gün isə kredit iqtisadiyyatın normal maliyyə alətlərindən biridir. Burada əsas məsələ borcun mövcudluğu deyil, onu

14:18 159
.

Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəy

15:22 227
.