Polşa Belarusla sərhəddə elektron baryerin tikintisini başa çatdırıb
Polşanın Lyublin voyevodalığında Belarus ilə sərhədin su hissəsində elektron baryerin tikintisi başa çatıb.
"Report"un məlumatına görə, bu barədə Polşanın Daxili İşlər və İdarəetmə naziri Marçin Kervinski bildirib.
"Bir il yarım intensiv işdən sonra biz Buq çayı boyunca 280 milyon zloti (təxminən 75 milyon dollar - red.) dəyərində elektron baryeri quraşdırdıq", - nazirliyin mətbuat xidməti Polşa DİN rəhbərinin sözlərini sitat gətirib.
Kervinski əlavə edib ki, ümumilikdə Belarus ilə sərhəddə elektron baryerə və fiziki maneənin gücləndirilməsinə artıq 160 milyon dollardan çox vəsait xərclənib və investisiyalar davam etdiriləcək.
Nazirin sözlərinə görə, nəticədə sərhədi qanunsuz keçmə cəhdlərinin aşkarlanması səmərəliliyi 30%-dən demək olar ki, 98%-ə qədər artıb. Xatırladaq ki, 2022-ci ildə Polşa çaylardan keçən hissələr istisna olmaqla, Belarus ilə sərhədin bütün uzunluğu boyunca 186 km uzunluğunda və 5,5 m hündürlüyündə tikanlı məftilli polad hasar tikib. Daha sonra bu baryer gücləndirilmişdi. 2023-cü ilin yayında Polşa-Belarus sərhədinin quru hissəsində elektron baryerin quraşdırılması başa çatıb. Bura gecə görüntüsü kameraları, istilik görüntüsü kameraları, onlarla kilometr aşkarlama kabelləri daxil olmaqla elektron nəzarət sistemləri daxildir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 800 Tarix: 03 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq
15.11.2026 270 "Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:. "Bir sayl
15.11.2026 231 Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır
"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej
15.11.2026 170 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları
15.11.2026 152 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
15.11.2026 195 Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:
15.11.2026 170 Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək
15.11.2026 304 Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
15.11.2026 191 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il
15.11.2026 169