Sənədsiz evi olanların NƏZƏRİNƏ: hara müraciət edilmədir?

Sənədsiz evi olanların NƏZƏRİNƏ: hara müraciət edilmədir?Sənədsiz evlərin qeydiyyatı və hüquqi statusunun müəyyənləşdirilməsi uzun illərdir aktual problemlərdən biri olaraq qalır. Bir çox ailələr əmlakları üzərində tam hüquqa malik deyillər. Bu isə satış, qeydiyyat, miras və digər hüquqi məsələlərdə ciddi çətinliklər yaradır. Tez-tez müzakirəyə çıxarılan bu məsələ ilə bağlı ötən həftə açıqlanan məlumatlar sənədsiz ev problemi ilə üz-üzə qalan bir çox vətəndaşı həyəcanlandırıb.

Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin idarə heyətinin sədri Nigar Alimova deyib ki, Azərbaycanda əmlak hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı imzalanan yeni fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq: "Bu sənəd əslində amnistiya xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır".

Amnistiya hansı evlərə şamil olunacaq?

Mətbuatda tez-tez təkcə paytaxt ərazisində 500 mindən çox sənədsiz evin olduğu yazılır. Mütəxəssislər, dövlət rəsmiləri bu statistikanı təsdiqləyirlər. Maraqlıdır, əgər bu statistika düzgündürsə, amnistiya hansı evlərə şamil ediləcək?

Nigar Alimova bildirib ki, keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin əmrləri ilə vətəndaşlara verilmiş torpaq sahələri hüquqi qeydiyyata alınacaq. Həmçinin texniki pasportu olan tikililərin qeydiyyatı da sadələşdirilir. Yeni qaydalara əsasən, xüsusilə 2001-ci il yanvarın 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texniki pasport (texpasport) sənədləri olan vətəndaşlar torpaq sahələrinin ölçüsü göstərilibsə, həmin sənədlərlə müraciət edərək həm torpaq sahəsi, həm də tikili üzərində hüquqları əldə edə biləcəklər.

"Bu, amnistiya deyil"

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, bu, amnistiya deyil: "Əgər bu, sənədsiz tikililərin bütövlükdə sənədləşdirilməsi problemini həll etsəydi, o zaman amnistiya adlandırmaq olardı. Əslində bu, cənab Prezidentin 2015-ci ildə imzaladığı 439 saylı Fərmanın icrası istiqamətində qəbul edilmiş əlavə və dəyişikliklərdən biridir. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qəbul olunana qədər -yəni 2004-cü ildən əvvəl qüvvədə olan sənədlərin hüquqi qüvvəsi tanınır. Həmin dövrdə fəaliyyət göstərən inventar bürolar (2001-ci ildə bağlanmışdı) və keçmiş icraiyyə komitələri, xalq deputatları sovetləri kimi qurumlar tərəfindən verilmiş torpaqayırma sənədləri, qərarlar artıq ilkin hüquq müəyyənedici sənəd kimi tanınacaq".

"Qeyd olunan 500 min rəqəmi də real deyil"

Əmlak eksperti "100 min evə sənəd veriləcək" fikri ilə də razı deyil: "Dəqiq statistika yoxdur. Bu gün səsləndirilən rəqəmlər sadəcə təxminlərdir. Hətta bəzən qeyd olunan 500 min rəqəmi də real deyil. 2008-2009-cu illərdə deyilmişdi ki, ölkədə 400 minə qədər sənədsiz tikili var. O vaxtdan bəri vəziyyət dəyişib. Təkcə Bakı və Abşeron ərazisində hər il 20-30 min arası yeni qeyri-qanuni tikili meydana çıxır".

"Vətəndaşın gözləntisi başqadır"

Həmsöhbətimiz sonda vurğuladı ki, əgər hər hansı qərar nəticəsində ölkədə təkcə 100 min deyil, hətta 10 nəfər vətəndaşın əmlakının qeydiyyatı təmin olunursa, bu, təqdirəlayiq haldır: "Lakin cəmiyyət uzun müddətdir ki, genişmiqyaslı əmlak amnistiyasını gözləyir. Aidiyyəti qurum ötən il bu məsələ ilə bağlı açıqlama vermişdi və vətəndaşlar da həmin istiqamətdə konkret addımlar atılmasını ümidlə gözləyirlər".

Hansı torpaqlara çıxarış verilməyəcək?

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, 2004-cü ilə qədər verilmiş torpaq sahələri var ki, onları verən müəssisələr artıq fəaliyyət göstərmirlər. Belə torpaqlara sadələşdirilmiş qeydiyyat prosesi tətbiq olunacaq və tələb olunan sənədlər toplusu azaldılacaq: "Vaxtilə kolxoz və sovxozlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələri fərdi yaşayış üçün ayrılıb və üzərində böyük yaşayış massivləri formalaşıb. Bu kənd təsərrüfatı təyinatlı torpaqların da təyinatı dəyişdiriləcək. Burada kənd və rayonlarda yerləşən torpaq sahələri də nəzərdə tutulur. Gələcəkdə isə digər torpaq sahələrinin də bu prosesə daxil ediləcəyi gözlənilir".

Bəzi torpaqlara isə heç bir halda çıxarış verilməyəcək: "Söhbət qadağan olunmuş ərazilərdə tikilən evlərdən gedir. Məsələn, üzərindən yüksək gərginlikli elektrik naqilləri, kommunikasiya xətləri keçən, neft zonalarına düşən ərazilərə çıxarış verilmir".

"Qanunsuz tikililərin sökülmə prosesi intensivləşəcək"

Artıq qadağan olunan ərazilərdə tikilən evlərin söküntüsü də başlayıb. Həmsöhbətimiz bildirir ki, bu sökülmə prosesi bir az da intensivləşəcək: "Bakı şəhərinin 2023-cü ilin dekabrında təsdiqlənmiş Baş planı var və 2040-cı ilə qədər şəhər həmin plana uyğun inkişaf edəcək. 2030-cu ilə qədər söküntülərin hamısı tam şəkildə başa çatmalıdır".

Vətəndaşlar hara müraciət etməlidirlər?

Vətəndaşın sənəd almaq üçün hara müraciət etməsinə gəldikdə isə, mütəxəssislər qeyd edirlər ki, ilk növbədə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 8-ci maddəsinə edilən son dəyişiklikləri əhatə edən sənədlərin siyahısı ilə tanış olmaq lazımdır. Əgər bu siyahıda qeyd olunan sənədlərdən biri və ya bir neçəsi vətəndaşın əlində varsa, yaşadığı ərazi üzrə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə müraciət etməlidir. /musavat.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7843   Tarix: 03 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib"

"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlət başçısı onların bəzilərinin adlarını sadalayara

16:31 145
.

"AzerGold" Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

"AzerGold" QSC Naxçıvan Muxtar Respublikasının mineral-xammal potensialının öyrənilməsi və perspektivli faydalı qazıntı yataqlarının müəyyənləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin International Resources Holding (IRH) şirkəti ilə əməkdaşlıq edəcək. Bizim.Media xəbər verir ki, əməkdaşlı

15:02 152
.

"Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz, doğma və dəyərli bir hissəsidir" - millət vəkili Bəhruz Məhərrəmov

"Obyektiv mövqeli və regionla bağlı ciddi araşdırmalar aparmış tarixçilər də təsdiq edər ki, Qafqazın çoxəsrlik tarixi-siyasi mənzərəsi nəzərdən keçirildikdə, Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün xristian irsinin birbaşa Qafqaz Albaniyasının dövlətçilik və mədəniyyət salnaməsinə aid olduğ

18:13 183
.

MOBBİNQ: İş yerində səssiz zorakılığın hüquqi tərəfi - VƏKİLDƏN AÇIQLAMA

İş yerində psixoloji təzyiq, təhqir, təcrid və davamlı təzyiq halları son illər daha çox müzakirə olunan problemlərdəndir. "Mobbinq" adlandırılan bu davranışlar əməkdaşın həm psixoloji vəziyyətinə, həm də iş fəaliyyətinə ciddi təsir göstərə bilər. Bəs iş yerində mobbinqin qarşısını necə alma

15:29 191
.

Kafedə dostları ilə qumar oynayan 74 yaşlı kişi CƏRİMƏLƏNDİ

Qusarda qumar oynayan kişi saxlanılıb. -ın xəbərinə görə, hadisə Xuray kəndində baş verib. 74 yaşlı Musa Fərəcov (şərti adla) kənd ərazisindəki kafedə digər 2 tanışı ilə birgə qumar oynayıb. 36 ədəd kart və 11 manat pul isə maddi sübut kimi götürülüb. Faktla əlaqədar araşdırma aparılıb və həmin şəxslə

19:30 95
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

12:53 273
.

Ursula fon der Lyayen Kanada baş nazirinin çıxışında iştirak edəcək

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilkin qərarını dəyişərək sentyabrın 17-də Kanada Baş naziri Mark Karninin Avropa Parlamentindəki çıxışında iştirak edəcək. xəbər verir ki, "Politico"nun məlumatına görə, əvvəlcə Avropa Komissiyası rəhbərinin mətbuat xidməti fon der Lyayeni

21:00 1
.

Prezident Hakan Fidanı qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə xarici işlər naziri Hakan Fidanı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamların

14:23 153
.

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını

17:11 175
.