Xaçmazda qiyməti 10 qəpiyə düşən pomidor sahələrdə qalıb, fermerlər ciddi zərərlə üzləşiblər
Xaçmaz rayonunda yetişdirilən tonlarla pomidor alıcı olmadığına görə sahələrdə qalıb.
"Report"un Şimal bürosunun məlumatına görə, hər il Xaçmazda hektarlarla açıq sahədə pomidor əkilib becərilir.
Fermerlər təsərrüfatın bu növü ilə ötən illərdə müəyyən gəlir əldə etsələr də, bu il durum xeyli fərqlidir. Pomidorun qiymətinin kəskin aşağı düşməsi səbəbindən təsərrüfat sahibləri ciddi maddi ziyana uğrayıblar.
Rayonun Hülövlü kəndində yerləşən bazarda aparılan müşahidə də vəziyyətin ürəkaçan olmadığını göstərib. Hər il bu vaxt həmin bazarda böyük canlanma yaşansa da, indi o ticarət məkanında durğunluq hökm sürür.
Bazarın kasadlığından gileylənən təsərrüfat sahibləri bildiriblər ki, keçən illə müqayisədə pomidor çox ucuzlaşıb. Başqa sözlə, ötən il bir yeşiyi (25-30 kq) 15 manata satılan pomidorun hazırkı qiyməti 4-5 manat arasında dəyişir. Pərakəndə satışda isə pomidorun bir kiloqramının qiyməti təqribən 10 qəpikdir. Bəzi fermerlər qiymətin kəskin azalması üzündən yetişdirdikləri məhsulu dəyər-dəyməzinə birbaşa konserv zavodlarına satmağa üstünlük verirlər.
Onların fikrincə, qiymətlərin kəskin azalmasının səbəbi pomidorun xarici bazarlara göndərilməsində yaranan çətinliklər, həmçinin builki məhsul bolluğudur.
Fermerlər bu vəziyyətin onları ciddi zərərə məruz qoyduğunu bildiriblər. Təsərrüfat sahiblərinin sözlərinə görə, bir hektar ərazidə pomidor becərmək üçün 5 min manatdan çox pul xərclənir. Yetişən məhsulun yığılmasına cəlb olunan hər fəhləyə isə gündəlik 30 manat ödənilir. Mövcud satış qiyməti isə gəlir götürmək bir yana, heç maya dəyərini çıxarmağa da imkan vermir.
Məsələ ilə əlaqədar Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) "Report"un yerli bürosuna bildirilib ki, rayon ərazisində ümumilikdə 3 min 363 hektar sahədə tərəvəz əkilib. Onun da 2 min 19 hektarını pomidor sahələri təşkil edib. Bu il ötən illərlə müqayisədə məhsul bolluğu qeydə alınıb. Sahibkarlar bazar seçimində və pomidorun satış qiymətini müəyyənləşdirməkdə sərbəstdirlər. Təsərrüfat sahibləri yetişdirdikləri məhsulu daxili bazarlara çıxarmaqla yanaşı, rayonda fəaliyyət göstərən meyvə-tərəvəz emalı zavoduna da təhvil verə bilərlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 846 Tarix: 03 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAncelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?
Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini
19:45 79 "Hikmət Hacıyev Azərbaycanın xarici siyasət kursunun əsas fiqurlarından biridir" - MÜŞFİQ CƏFƏROV
"Hikmət Hacıyevin Xankəndiyə səfərinə son dövrdə xarici diplomatların və beynəlxalq nümayəndələrin Qarabağa, xüsusilə Xankəndiyə səfərlərinin bir növ davamıdır. Bu səfərlərdə əsas məqsəd Azərbaycanın suverenliyinin və postmünaqişə reallığının beynəlxalq diplomatik müstəvidə qəbulunun getdikcə dah
13:08 158 İnsanlığımızı öldürdünüz!
Xatırlayanınız varmı, bundan bir neçə həftə əvvəl "O dövrlər bitdi" deyə bir yazı yazmışdım… O yazının başlığını necə sevdiyimi təsəvvür belə edə bilməzsiniz. Mənasına görə çox şey ifadə etdiyi kimi, mənə də çox sevimli gələn bir başlıq olmuşdu. Əslində bir dönüş nöqtəsi, bir başlanğıcdır
14:34 168 Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər
Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini
18:15 127 İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. "Qafqazinfo" -a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub. Videoda qız şagirdin uzun, manikurlu dırnaqları da diqqə
17:55 367 Daşlara yazılan tarix: Gəncəsərdə Qarabağın irsinə müdaxilə necə aparılıb?
"Qarabağın tarixi abidələri yalnız dini tikililər deyil, həm də Azərbaycan ərazisinin çoxəsrlik tarixini əks etdirən mühüm mədəni irs nümunələridir. Bu baxımdan Kəlbəcər rayonunda yerləşən Gəncəsər məbədi xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında tarixçi Azər Ələkbərov bildirib
17:49 153 Xərçəng riskini 50 faizə qədər azaltmaq mümkündür
Bəzi gündəlik vərdişlər illər ərzində xərçəng riskini artıra bilər. Halbuki sağlamlıqla bağlı ilk problemlər yaranmazdan xeyli əvvəl həmin vərdişləri dəyişmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, onkoloji xəstəliklərin əhəmiyyətli hissəsinin həyat tərzini dəyişdirməklə və məlum risk faktorların
20:00 66 Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
19:15 107 165 saylı uşaq bağçasında Bilik Günü qeyd edildi - FOTO - VİDEO
Bakıda yerləşən 165 saylı uşaq bağçasında yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub. Tədbir zamanı uşaqlara yeni tədris ilinin başlanması ilə bağlı xoş arzular çatdırılıb, onların məktəbəqədər təhsil mərhələsində yeni bilik və bacarıqlar qazanmalarının əhəmiyyəti vurğulanıb. Bayra
13:45 241