Sosial media fenomeni qətlə yetirildi
Tayvanın paytaxtı Taypeydə 23 yaşlı sosial media fenomeni İrene Gu vəhşicəsinə qətlə yetirilib.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, onun sosial şəbəkələrdə 30 mindən çox izləyicisi var idi.
Cinayətdən bir neçə gün əvvəl İrene sosial mediada izlənildiyini və təhdid edildiyini yazaraq kömək istəmiş, lakin müraciətinə ciddi reaksiya verilməmişdi.
Hadisənin təfərrüatları
"The Sun" nəşrinin məlumatına görə, qətl hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. İrene avtomobilini park yerindən çıxarmağa çalışarkən yolu kəsilib, daha sonra zorla bir pilləkən boşluğuna aparılıb və orada boğazı kəsilərək amansızcasına öldürülüb.
Cinayəti törədən şəxs İrenenin həm keçmiş sevgilisi, həm də iş yoldaşı olan Liu adlı şəxsdir. Onlar eyni gecə klubunda çalışırmış - İrene PR mütəxəssisi, Liu isə təhlükəsizlik işçisi kimi. İrene əvvəllər bank sektorunda işləyib, lakin sevgilisi ilə daha uyğun həyat sürmək üçün işini dəyişmişdi. Münasibətləri isə tezliklə zorakı xarakter almışdı.
Zorakılıq siqnalları vaxtında dəyərləndirilmədi
May ayında İrene polisdə Liu tərəfindən döyüldüyü barədə şikayət etmiş və məhkəmədən qoruma tələbi irəli sürmüşdü. Lakin Liu dəfələrlə çağırılmasına baxmayaraq məhkəmə prosesinə qatılmayıb.
Qətlə yetirilməzdən bir neçə gün əvvəl İrene sosial mediada yazmışdı:
"Biri soruşdu: niyə onu bloklamırsan? - Bloklamıram, çünki məni hər yerdə tapır. İş yerimə gəlib soruşur: burada işləyir?"
Bu paylaşım bir çox izləyici tərəfindən "gələcək faciənin xəbərçisi" kimi qiymətləndirilib.
Cinayətkarın etirafı
Saxlanıldıqdan sonra Liu keçmiş sevgilisinə 10 min funt-sterlinq borc verdiyini və pulu geri istəyəndə aralarında mübahisə düşdüyünü, nəticədə qətl törətdiyini etiraf edib. Cinayətdən sonra babasının evinə qaçsa da, ertəsi gün xüsusi təyinatlı polis tərəfindən saxlanılıb.
İctimai reaksiya
Bu faciəli hadisə Tayvanda böyük rezonans doğurub. Qadın hüquqları müdafiəçiləri məhkəmə və hüquqi müdafiə sistemlərinin zəifliyini tənqid edərək təcili islahatlara çağırıblar. Hadisə ilə bağlı çoxistiqamətli istintaq davam edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 883 Tarix: 02 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEv almaq niyə hər keçən il çətinləşir?
"Daşınmaz əmlak bazarında qiymət artımına təsir edən bir sıra əsas amillər mövcuddur. İlk növbədə, tələb təklifi ciddi şəkildə üstələyir. Alıcıların sayı artsa da, satışa çıxarılan mənzillərin, torpaq sahələrinin və qeyri-yaşayış obyektlərinin həcmi bu tələbi tam qarşılaya bilmir. Eyni zamanda
14:17 185 Referendum keçiriləcək? - AÇIQLAMA
"Referendumun keçiriləcəyi, parlament üzvlərinin sayının artırılması ilə bağlı gedən müzakirələr barəsində nə eşitmişəm, nə də məlumatım var". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ilin sonuna kimi referendumun keçiriləcəyi, deputat sayının artırılacağı ilə bağl
21:45 1 "Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)
Bakı Media Mərkəzinin istehsalı olan, rejissor Fariz Əhmədovun "Sükut içində addımlar" adlı tammetrajlı sənədli filminin Avropanın ən qədim kino tədbirlərindən biri sayılan 66-cı Krakov Film Festivalının müsabiqəsində dünya premyerası baş tutub. İyunun 2-də keçirilən nümayiş festival iştirakçılar
12:27 172 İşlədiyi istixanada cərəyan vurdu, vəziyyəti ağırdır
Salyan rayonunda istixanaların birində bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, iyunun 3-ü saat 13 radələrində Qəbələ rayon sakini 1975-ci il təvəllüdlü Şahnəzər Şahverən oğlu Hafizovu işlədiyi Qaraçala qəsəbəsinin ərazisindəki istixanada elektrik cərəyanı vurub. Xəstəxanaya yerləşdirilmi
12:16 194 Tehran ABŞ hərbi qüvvələrinə zərbələr endirir
Tehran Küveytdə yerləşən Əli əs-Salem hərbi bazasındakı ABŞ qüvvələrinə zərbələr endirir. xarici mediaya istinadən xəbər verir ki, Küveytin Əs-Sara şəhərinin cənubunda da partlayış səsləri eşidilib. Bu arada ölkənin Baş Qərargahı raket və pilotsuz uçuş aparatları ilə bağlı təhdidlərə cavab verildiyin
11:18 184 Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağrılıb
Rusiyanın Londondakı səfiri Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, buna səbəb Rusiyanın Ukraynada mülki əhaliyə qarşı hücumları, eləcə də Rumıniya ərazisində yaşayış binasına pilotsuz uçuş aparatının düşməsi olub. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Böyük Britaniy
12:48 163 "Rusiya meylli və revanşist qüvvələrin tam şəkildə hakimiyyətə gəlməsi hazırkı mərhələdə daha aşağı ehtimal kimi görünür" - BƏHRUZ QULİYEV
"Ermənistanda keçiriləcək seçkilər təkcə bu ölkənin daxili siyasi gələcəyini deyil, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik və əməkdaşlıq gündəliyini müəyyənləşdirəcək mühüm siyasi hadisədir. Hazırkı siyasi mənzərə və müxtəlif sorğular göstərir ki, Ermənistanda hakimiyyət uğrunda əsas mübariz
11:44 184 Konsulluğumuz Zeynəb Cavadlı məsələsini - Nəzarətə götürdü
Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı eks-gimnast Zeynəb Cavadlı ilə bağlı məsələ nəzarətə götürülüb. "Qaqazinfo" xəbər verir ki, bu barədə -a Baş Konsulluqdan bildirilib. Məlumata görə, diplomatik nümayəndəlik Zeynəb Cavadlı ilə bağl
14:55 232 Tramp bu halda yenidən müharibəyə başlayacaq
ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə qeyri-rəsmi şəkildə bildirib ki, İranla qüvvədə olan atəşkəsi qorumaq niyyətindədir. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. "Yalnız İranın hücumları nəticəsində ABŞ hərbçiləri həlak olacağı təqdirdə genişmiqyaslı hərb
21:15 1