Papuaşvili: İsveçin eynicinslilərin nikahının leqallaşdırılmasını Gürcüstanın Aİ-yə üzvlük şərti kimi irəli sürməsi narahatlıq doğurur
İsveç Baş nazirinin eynicinslilərin nikahının leqallaşdırılmasını Gürcüstanın Avropa İttifaqına üzvlük şərti kimi irəli sürməsi narahatlıq doğurur.
"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İsveçin Baş naziri Ulf Kristenssonun eynicinsli nikahların qanuniləşdirilməsini Avropa İttifaqına (Aİ) üzvlük üçün ilkin şərt kimi təqdim etməsini "narahatedici açıqlama" adlandırıb.
O, bu barədə sosial şəbəkədəki paylaşımında bildirib.
Spikerin sözlərinə görə, İsveç hökumətinin bu yanaşması Aİ-yə üzv ölkələr üçün nəzərdə tutulmuş rəsmi tələblərlə ziddiyyət təşkil edir:
"İsveç Baş nazirinin eynicinsli nikahların qanuniləşdirilməsini Aİ-yə üzvlüyün ilkin şərti kimi qeyd etməsi ciddi narahatlıq doğurur və Avropa İttifaqına üzvlük prosesində nəzərdə tutulan formal tələblərlə uyğun gəlmir".
Papuaşvili vurğulayıb ki, Aİ-yə üzvlük prosesində istənilən üzv ölkənin namizəd ölkənin inteqrasiya prosesini bloklamaq hüququ var:
"Bu kontekstdə İsveçin Tbilisidəki səfirliyinin məsələ ilə bağlı rəsmi izahat verməsi vacibdir. Xüsusilə də İsveç Baş nazirinin bu bəyanatı ölkəsinin namizəd dövlətlərlə bağlı rəsmi mövqeyinin bir hissəsi olub-olmaması, həmçinin qərarların qəbulunda nəzərə alınma dərəcəsi aydınlaşdırılmalıdır".
Parlament sədri qeyd edib ki, Gürcüstan cəmiyyəti üçün bu məsələ prinsipial əhəmiyyət daşıyır və İsveç hökumətindən məsələyə aydınlıq gətirilməsi istənilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 795 Tarix: 02 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni intellekt kiberdələduzlarla mübarizədə nə qədər uğurludur?
"Bir çox insanı maraqlandıran suallardan biri də budur: "Kiberdələduzları avtomatik aşkarlayan proqram varmı?" Bu sualın cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur və artıq geniş şəkildə istifadə olunur. Banklar, mobil operatorlar və kibertəhlükəsizlik mərkəzləri süni intellek
12:19 153 Ev almaq niyə hər keçən il çətinləşir?
"Daşınmaz əmlak bazarında qiymət artımına təsir edən bir sıra əsas amillər mövcuddur. İlk növbədə, tələb təklifi ciddi şəkildə üstələyir. Alıcıların sayı artsa da, satışa çıxarılan mənzillərin, torpaq sahələrinin və qeyri-yaşayış obyektlərinin həcmi bu tələbi tam qarşılaya bilmir. Eyni zamanda
14:17 185 "Dünyanın ən zəngin pişiyi" mirasını ala bilmədi
Moda dünyasının ikonası Karl Lagerfeldin 2019-cu ildə vəfatından sonra 1,7 milyon avroluq mirasla "dünyanın ən zəngin pişiyi" kimi tanınan Choupettein əslində bu mirasdan bir qəpik belə ala bilmədiyi məlum olub. Lagerfeldin vəsiyyətinin yerinə yetirilməsi üçün bahalı vəkillər tutduğunu bildirə
19:45 1 Ebolanın cənginə aldığı şəhərə BASQIN: 30 dinc sakin öldürüldü
Konqoda Ebola virusunun yayıldığı əsas bölgələrdən biri olan Beni şəhəri ətrafında silahlıların hücumları nəticəsində 30-dan çox insan ölüb. xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb. Məlumata görə, çərşənbə günü səhər tezdən Beni ətrafındakı üç kəndə edilən basqınlar zaman
18:30 69 Referendum keçiriləcək? - AÇIQLAMA
"Referendumun keçiriləcəyi, parlament üzvlərinin sayının artırılması ilə bağlı gedən müzakirələr barəsində nə eşitmişəm, nə də məlumatım var". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ilin sonuna kimi referendumun keçiriləcəyi, deputat sayının artırılacağı ilə bağl
21:45 1 Velosiped sürməyin ürək üçün gözlənilməz faydaları açıqlandı
Kardioloqlar hesab edir ki, hər gün 15-20 dəqiqə velosiped sürmək ürəyi qorumağa və infarkt riskini azaltmağa kömək edir. xəbər verir ki, müntəzəm qısa məşqlər nadir hallarda edilən uzunmüddətli velosiped yürüşlərindən daha faydalıdır. Mütəxəssislər qeyd edir ki, qaçışla müqayisədə velosiped sürmək oynaqlar
22:30 1 "Rusiya meylli və revanşist qüvvələrin tam şəkildə hakimiyyətə gəlməsi hazırkı mərhələdə daha aşağı ehtimal kimi görünür" - BƏHRUZ QULİYEV
"Ermənistanda keçiriləcək seçkilər təkcə bu ölkənin daxili siyasi gələcəyini deyil, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik və əməkdaşlıq gündəliyini müəyyənləşdirəcək mühüm siyasi hadisədir. Hazırkı siyasi mənzərə və müxtəlif sorğular göstərir ki, Ermənistanda hakimiyyət uğrunda əsas mübariz
11:44 184 Pişiklər kişilər və qadınlarla fərqli "danışır" - ARAŞDIRMA
Alimlər müəyyən ediblər ki, ev pişikləri kişilərlə ünsiyyət zamanı qadınlarla müqayisədə daha çox miyoldayır və səs siqnallarından daha fəal istifadə edir. xarici mediaya istinadən xəbər verir ki, alimlərinin apardığı araşdırmanın nəticələrinə görə, pişiklər məhz kişilərlə qarşılıqlı əlaqə zamanı dah
19:15 1 Tarixdə ilk trilyonçu ola bilər
"SpaceX" tarixdə ən böyük ilkin kütləvi səhm təklifi (IPO) üçün hazırlıqlara başlayıb. Şirkətin planlaşdırdığı 75 milyard dollarlıq IPO uğurla baş tutarsa, "SpaceX"in dəyəri 1,7 trilyon dolları keçə və təsisçisi İlon Maskın sərvəti 1 trilyon dollar həddini aşa bilər. "Qafqazinfo"
23:15 1