Alparslan Bayraktar: "Suriyaya ixrac edilən Azərbaycan qazı 5 milyon evin elektrik təminatını qarşılayacaq"

Alparslan Bayraktar: "Suriyaya ixrac edilən Azərbaycan qazı 5 milyon evin elektrik təminatını qarşılayacaq"Bu gün start verilən Suriyaya Azərbaycan qazının ixracı layihəsi əslində bir elektrik enerjisi layihəsidir.

"Report"un məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar avqustun 2-də Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanması ilə bağlı tədbir çərçivəsində "Haber Global"a açıqlamasında deyib.

Nazir bildirib ki, Türkiyə-Suriya Qaz Boru Xətti ilə nəql edilən təbii qaz Hələbdəki elektrik stansiyalarında enerjiyə çevriləcək: "Bu qazla Hələbdə yerləşən elektrik stansiyalarında təxminən 5 milyon evin enerji ehtiyacını qarşılayacaq qədər elektrik enerjisi istehsal ediləcək. Bu səbəbdən bu mühüm enerji təminatı layihəsidir. Onu çox qısa müddətdə həyata keçirdik".

A.Bayraktar əlavə edib ki, bu boru xətti Suriyada həyatın normallaşması üçün olduqca vacib rol oynayır.

Nazir vurğulayıb ki, layihənin bu mərhələyə çatmasında Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi xüsusi rol oynayıb:
"Xüsusilə Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın Xankəndi şəhərində keçirdiyi görüşdən sonra bu layihə tamam fərqli mərhələyə keçdi. Biz texniki infrastrukturun hazırlanmasını təmin etdik və hazırda Azərbaycandan gələn təbii qaz bu xətt vasitəsilə Hələbə çatdırılır. Bu, Suriyada həyatın normallaşması baxımından strateji əhəmiyyət daşıyır".

A. Bayraktar əlavə edib ki, bu gün hamımız tarixi bir anın şahidiyik:

"Suriyada 14 ildir davam edən vətəndaş müharibəsi bütün infrastrukturu məhv edib. Ölkənin ciddi enerji ehtiyacı var. Bu ehtiyacları müəyyənləşdirmək məqsədilə dekabr ayında ilk texniki heyətimizi Suriyaya göndərdik. Yerində araşdırmalar apararaq orta və uzunmüddətli planlamalar hazırladıq. Bu planların ən mühüm istiqamətlərindən biri də Suriyanın elektrik enerjisi təchizatının artırılmasıdır".

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 849   Tarix: 02 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ancelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?

Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini

19:45 79
.

"Hikmət Hacıyev Azərbaycanın xarici siyasət kursunun əsas fiqurlarından biridir" - MÜŞFİQ CƏFƏROV

"Hikmət Hacıyevin Xankəndiyə səfərinə son dövrdə xarici diplomatların və beynəlxalq nümayəndələrin Qarabağa, xüsusilə Xankəndiyə səfərlərinin bir növ davamıdır. Bu səfərlərdə əsas məqsəd Azərbaycanın suverenliyinin və postmünaqişə reallığının beynəlxalq diplomatik müstəvidə qəbulunun getdikcə dah

13:08 158
.

İnsanlığımızı öldürdünüz!

Xatırlayanınız varmı, bundan bir neçə həftə əvvəl "O dövrlər bitdi" deyə bir yazı yazmışdım… O yazının başlığını necə sevdiyimi təsəvvür belə edə bilməzsiniz. Mənasına görə çox şey ifadə etdiyi kimi, mənə də çox sevimli gələn bir başlıq olmuşdu. Əslində bir dönüş nöqtəsi, bir başlanğıcdır

14:34 168
.

Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər

Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini

18:15 127
.

İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. "Qafqazinfo" -a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub. Videoda qız şagirdin uzun, manikurlu dırnaqları da diqqə

17:55 367
.

Daşlara yazılan tarix: Gəncəsərdə Qarabağın irsinə müdaxilə necə aparılıb?

"Qarabağın tarixi abidələri yalnız dini tikililər deyil, həm də Azərbaycan ərazisinin çoxəsrlik tarixini əks etdirən mühüm mədəni irs nümunələridir. Bu baxımdan Kəlbəcər rayonunda yerləşən Gəncəsər məbədi xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında tarixçi Azər Ələkbərov bildirib

17:49 153
.

Xərçəng riskini 50 faizə qədər azaltmaq mümkündür

Bəzi gündəlik vərdişlər illər ərzində xərçəng riskini artıra bilər. Halbuki sağlamlıqla bağlı ilk problemlər yaranmazdan xeyli əvvəl həmin vərdişləri dəyişmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, onkoloji xəstəliklərin əhəmiyyətli hissəsinin həyat tərzini dəyişdirməklə və məlum risk faktorların

20:00 66
.

Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə

19:15 107
.

165 saylı uşaq bağçasında Bilik Günü qeyd edildi - FOTO - VİDEO

Bakıda yerləşən 165 saylı uşaq bağçasında yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub. Tədbir zamanı uşaqlara yeni tədris ilinin başlanması ilə bağlı xoş arzular çatdırılıb, onların məktəbəqədər təhsil mərhələsində yeni bilik və bacarıqlar qazanmalarının əhəmiyyəti vurğulanıb. Bayra

13:45 241
.