Azərbaycan Yaxın Şərqdə yenidən quruculuq işlərində yaxından rol oynayır - RƏY
Azərbaycan Yaxın Şərqdə nizamlanma prosesində, sabitlik və inkişafa nail olunmasında, həmçinin yenidən quruculuq işlərində yaxından rol oynayır.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, Azərbaycan və Suriya arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub:
"Ötən dövrlərdə Antaliyada keçirilən forum zamanı ölkə başçıları görüşüb və bu görüş ikitərəfli münasibətlərin möhkəmlənməsinə zəmin yaradıb. Suriyada hakimiyyət dəyişikliyindən sonra iki ölkə arasında təmaslar yenidən qurulmuş və Azərbaycan Suriyaya dəstəyini bəyan edən ilk dövlətlərdən biri olub".
O xatırladıb ki, Azərbaycan Suriyaya humanitar yardım göndərən ilk ölkələrdən biri olub:
"Bu dəstək Azərbaycanın Yaxın Şərq regionunda fəal və etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirir. Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Suriyanın münaqişədən sonrakı bərpa və quruculuq prosesinə töhfə verməyə hazır olduğunu bəyan edib. Türkiyə ilə birgə bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan, Suriyanın inkişafına dəstək olmaq məqsədilə konkret addımlar atır. Prezidentin tapşırığı ilə nümayəndə heyəti Suriyada səfərdə olub və bu ölkənin bərpa prosesinə Azərbaycanın hansı töhfələr verə biləcəyini araşdırıb".
Deputat vurğulayıb ki, Azərbaycan-Suriya əlaqələri Azərbaycanın Yaxın Şərq siyasətinin mühüm tərkib hissəsidir:
"Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan Avropa və Mərkəzi Asiya ilə yanaşı, Yaxın Şərqdə də fəal və etibarlı tərəfdaş kimi tanınır. Ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycan qlobal xarici siyasət konsepsiyasına keçərək müxtəlif istiqamətlərdə fəal siyasət yürütməyə başlayıb".
Deputat bəyan edib ki, Prezidentin şəxsi nüfuzu Azərbaycana yeni tərəfdaşlıq modelləri və imkanlar qazandırıb.
"Azərbaycanın Suriya ilə bağlı sülh proseslərindəki rolu da diqqət çəkir. Azərbaycan Suriya ilə İsrail, eləcə də Türkiyə ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında vasitəçilik edərək, bir platforma kimi mühüm rol oynamışdır. Bu, Azərbaycanın regionda sülh və sabitliyə verdiyi dəyəri bir daha göstərir", - P.Vəliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan-Suriya əlaqələrinin yeni istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır:
"Azərbaycan bu günə qədər 12 ölkəyə təbii qaz ixrac edir, əsasən Avropa bazarına. Lakin Yaxın Şərq regionu Azərbaycan qazı üçün yeni coğrafiya kimi formalaşır. Suriya prezidentinin Bakıya səfəri çərçivəsində Türkiyə üzərindən təbii qazın Suriyaya ixracı məsələsi müzakirə olundu. Suriya həm özü Azərbaycan qazını idxal edə bilər, həm də tranzit ölkə rolunu oynaya bilər. Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib, Suriyanı İordaniya ilə birləşdirən kəmərin bərpası isə Azərbaycan qazının Misirə qədər çatdırılması perspektivini açır. Bundan əlavə, Azərbaycanın elektrik enerjisi istehsalı sahəsində də Yaxın Şərqə ixrac potensialı mövcuddur. Bu, Azərbaycanın enerji diplomatiyasını daha da gücləndirərək regionda iqtisadi təsirini artırır. Azərbaycan qazının ixrac istiqamətlərinin diversifikasiyası ölkəmizin enerji bazarında rəqabət qabiliyyətini daha da möhkəmləndirir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 807 Tarix: 02 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMOBBİNQ: İş yerində səssiz zorakılığın hüquqi tərəfi - VƏKİLDƏN AÇIQLAMA
İş yerində psixoloji təzyiq, təhqir, təcrid və davamlı təzyiq halları son illər daha çox müzakirə olunan problemlərdəndir. "Mobbinq" adlandırılan bu davranışlar əməkdaşın həm psixoloji vəziyyətinə, həm də iş fəaliyyətinə ciddi təsir göstərə bilər. Bəs iş yerində mobbinqin qarşısını necə alma
15:29 187 Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?
Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq
19:00 78 Nəqliyyatda böhran, taksidə bahalaşma: Qiymətlər niyə kəskin artırılır? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda nəqliyyat sistemində yaranan problemlər fonunda taksi xidmətlərinin qiymətlərinin əhəmiyyətli dərəcədə artması vətəndaşların xərclərinə əlavə yük yaradır. Xüsusilə ictimai nəqliyyatda yaranan çətinliklər səbəbindən taksidən istifadə edənlərin sayının artması qiymət məsələsini yenidən gündəmə gətirir
14:24 264 "Hikmət Hacıyev Azərbaycanın xarici siyasət kursunun əsas fiqurlarından biridir" - MÜŞFİQ CƏFƏROV
"Hikmət Hacıyevin Xankəndiyə səfərinə son dövrdə xarici diplomatların və beynəlxalq nümayəndələrin Qarabağa, xüsusilə Xankəndiyə səfərlərinin bir növ davamıdır. Bu səfərlərdə əsas məqsəd Azərbaycanın suverenliyinin və postmünaqişə reallığının beynəlxalq diplomatik müstəvidə qəbulunun getdikcə dah
13:08 157 Bayramov və Mirzoyan Nyu-Yorkda görüşəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan sentyabr ayında Nyu-Yorkda görüşəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Azadlıq Radiosu"nun sualını cavablandırarkən bildirib. "Görü
14:26 149 Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
17:11 162 Bu rayonlarda güclü duman var
Cəlilabad və Masallı rayonlarının ərazisində güclü duman müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, hazırda Ələt-Astara magistral yolunun bu rayonlardakı ayrı-ayrı hissələrində duman səbəbindən görünüş məsafəsi təxminən 100 metr təşkil edir. Hazırda magistral yolda nəqliyyat vasitələrini
12:21 155 Ucuz evin arxasında nə dayanır? - Alıcılar üçün vacib xəbərdarlıq
"Maklerlərin ucuz qiymətə torpaq sahələri alaraq üzərində fərdi yaşayış evləri tikib satışa çıxarması bazarda rast gəlinən praktikadır. Lakin burada əsas məsələ evin ucuz və ya yeni tikilmiş olması deyil, həmin əmlakın hüquqi statusunun və sənədlərinin nə dərəcədə qaydasında olmasıdır". Bun
15:09 163 Kafedə dostları ilə qumar oynayan 74 yaşlı kişi CƏRİMƏLƏNDİ
Qusarda qumar oynayan kişi saxlanılıb. -ın xəbərinə görə, hadisə Xuray kəndində baş verib. 74 yaşlı Musa Fərəcov (şərti adla) kənd ərazisindəki kafedə digər 2 tanışı ilə birgə qumar oynayıb. 36 ədəd kart və 11 manat pul isə maddi sübut kimi götürülüb. Faktla əlaqədar araşdırma aparılıb və həmin şəxslə
19:30 3