"Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının mənəvi borcudur" - DEPUTAT

"Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının mənəvi borcudur" - DEPUTATAzərbaycan xalqının tarixində ana dilinin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi tətbiqi daim mühüm məsələ olmuşdur. Müstəqillik dövründə bu məsələ daha da aktuallaşmış, dilimizin hüquqi statusu və ictimai nüfuzu gücləndirilmişdir. Azərbaycan dilinin dövlət dili statusu alması və onun cəmiyyətin bütün sahələrində geniş tətbiqi ümummilli maraqlara xidmət edən böyük tarixi prosesdir. Bu baxımdan 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü təkcə bir təqvim bayramı deyil, eyni zamanda milli kimliyimizin, mənəvi varlığımızın rəmzi olan dilimizə göstərilən yüksək ehtiramın təcəssümüdür.

Sovet dövründə, xüsusilə də 1970-ci illərin ortalarından başlayaraq, milli dillərin sıxışdırılması siyasəti daha açıq şəkildə həyata keçirilirdi. SSRİ Konstitusiyasının qəbulundan sonra bu tendensiya daha da gücləndi. Belə bir şəraitdə ana dilinin müdafiəsi ilə çıxış etmək cəsarət və siyasi iradə tələb edirdi. Milli dillərin tənqid olunması, onların geridə qalmışlıq əlaməti kimi təqdim edilməsi, rus dilinin isə "beynəlmiləl ünsiyyət vasitəsi" kimi təbliği əslində milli identikliyin tədricən məhv edilməsi planının bir hissəsi idi. Hətta milli respublikaların rəhbərləri belə bu məsələni açıq şəkildə gündəmə gətirməkdən çəkinirdilər. 1930-cu illərdə dil məsələsini qabardan ziyalıların repressiyaya məruz qaldığı faktları bu qorxunun səbəblərini izah edir.

Belə bir mürəkkəb tarixi və siyasi şəraitdə Ümummilli Lider Heydər Əliyevin ana dili məsələsində sərgilədiyi prinsipial mövqe, onun milli dəyərlərə sadiqliyinin və xalqına olan sevgisinin bariz nümunəsi idi. O, SSRİ rəhbərliyinin bütün təzyiqlərinə baxmayaraq, Azərbaycan dilinin hüquqlarını qorumağa, bu dili dövlət idarəçiliyində və təhsil sistemində daha geniş tətbiq etdirməyə nail oldu. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Konstitusiyasının qəbuluna dair sessiyada Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və təkidilə 73-cü maddəyə "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" ifadəsi daxil edildi. Bu, həmin dövr üçün olduqca cəsarətli və strateji bir qərar idi.

Azərbaycan xalqının böyük əksəriyyətinin tələbi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında 21-ci maddə ilə Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu müddəa yalnız hüquqi akt deyil, həm də milli suverenliyin əsas sütunlarından biri kimi qəbul edilməlidir.
Müstəqil dövlətin dil siyasəti məhz bu hüquqi və siyasi bazis üzərində quruldu. Ümummilli Lider Heydər Əliyev 2001-ci il 18 iyun tarixində imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanla Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin kompleks şəkildə həyata keçirilməsini təmin etdi. Həmin Fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.
Ümummilli Lider Heydər Əliyev öz nitqlərində Azərbaycan dilini "şeir dili", "xalqın ruhunun ifadəsi", "milli kimliyin əsası" kimi xarakterizə etmişdir. Onun "Dil bir millətin milliliyini təsdiq edən ilk faktordur" fikri milli ideologiyanın əsas istiqamətini müəyyənləşdirir.

Ümummilli Lider Heydər Əliyevin ana dilinə bağlılığı təkcə ritorik deyil, həm də hüquqi və praktiki qərarlarla təsdiq olunurdu. O, 30-dan artıq çıxışında Azərbaycan dilinin zənginliyi, onun qorunmasının vacibliyi, gənc nəslin dilə bağlılığının artırılması və tədris sistemində ana dilinin üstünlüyü barədə çıxışlar etmişdir. Onun fikrincə: "Milli-mənəvi dəyərlərimiz – bizim ana dilimiz, dinimiz, adət-ənənələrimiz – bunların hamısı ilə biz fəxr etməliyik."
2001-ci il 9 avqust tarixində imzalanan digər bir əhəmiyyətli Fərmanla hər il 1 Avqust tarixi "Azərbaycan əlifbası və Azərbaycan dili günü" kimi təsis edildi. Bu qərar dilimizin təkcə dövlət dili kimi hüquqi statusunu deyil, həm də onun milli-mədəni əhəmiyyətini bir daha vurğulayırdı. Latın qrafikasına keçidlə bağlı aparılan islahatlar da ana dilimizin qloballaşma şəraitində rəqabətə davamlı və müasir ünsiyyət vasitəsi kimi inkişafını təmin etdi.
Azərbaycan dilinin dövlət dili kimi hüquqi əsaslarını daha da möhkəmləndirən digər bir mühüm sənəd 2002-ci il 30 sentyabr tarixində qəbul olunmuş "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun olmuşdur. Bu Qanunda Azərbaycan dili yalnız idarəetmə və təhsil dili kimi deyil, həm də milli özünüdərk və mədəni irs faktoru kimi təqdim olunur. Qanun Azərbaycan diasporunun da bu dildən istifadə imkanlarının genişləndirilməsinə, ana dilində təhsil və informasiya resurslarının artırılmasına zəmin yaratmışdır.

Ümummilli Liderin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncam, eləcə də Azərbaycan Milli Ensiklopediyasının nəşri, dünya ədəbiyyatının görkəmli nümunələrinin Azərbaycan dilinə tərcüməsi və çapı ilə bağlı imzalanmış sərəncamlar bu istiqamətdə mühüm addımlar idi.

2013-cü ildə qəbul olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" milli-mənəvi irsimizin əsas sütunlarından olan dilimizin saflığının qorunmasına yönəlmiş strateji sənəd kimi qiymətləndirilir.

Prezident İlham Əliyev Azərbaycan dilini təkcə dövlətin rəsmi dili kimi deyil, həm də milli varlığın əsası, soy-kökün daşıyıcısı və diasporu birləşdirən əsas vasitə kimi dəyərləndirir. Onun "Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir" fikri dilimizin sərhədləri aşan milli dəyər olduğunu göstərir.
Eyni zamanda o, dilimizin saflığının qorunmasının vacibliyini önə çəkərək vurğulayır ki, Azərbaycan dili xarici təsirlərdən qorunmalı, öz orijinallığını saxlamalı, gənc nəslin təfəkküründə əsas ünsiyyət vasitəsi kimi möhkəmləndirilməlidir. Prezident İlham Əliyevin bu sahədəki siyasəti dilin yalnız hüquqi və inzibati deyil, həm də mədəni və elmi əsaslarının inkişafına yönəlmişdir.

Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil, xalqımızın tarixi yaddaşı, milli kimliyimizin ifadəsi, mənəvi diriliyimizin sütunudur. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü bu zəngin irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ümummilli Lider Heydər Əliyevin ana dilimizin müdafiəsində göstərdiyi fədakarlıq və strateji baxış, Prezident İlham Əliyevin bu siyasəti ardıcıl və müasir yanaşmalarla davam etdirməsi Azərbaycan dilinin gələcəyinin etibarlı əllərdə olduğunu təsdiq edir. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının mənəvi borcudur.

Şahin Seyidzadə
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 631   Tarix: 01 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polşada helikopter qəzaya uğradı, pilot öldü

Polşanın cənubunda "Robinson R44 Raven" helikopteri qəzaya uğrayıb. xəbər verir ki, hadisə nəticəsində 30 yaşlı pilot həyatını itirib. "Axtarış qrupu helikopterin qalıqlarını sıx meşəlik ərazidə tapıb. Təəssüf ki, 30 yaşlı pilot həlak olub", - deyə polisdən verilən məlumatda bildirilib

04.06.2026 1
.

Tramp bu halda yenidən müharibəyə başlayacaq

ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə qeyri-rəsmi şəkildə bildirib ki, İranla qüvvədə olan atəşkəsi qorumaq niyyətindədir. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. "Yalnız İranın hücumları nəticəsində ABŞ hərbçiləri həlak olacağı təqdirdə genişmiqyaslı hərb

04.06.2026 1
.

"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"

Aparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı yas məclislərində söz-söhbət yaradan şəxsləri qınayıb. "Yas məclisində yas sahibindən küsənlərlə əlaqəni tamam kəsmək lazımdir" deyə, Xoşqədəm bildirib. Xatırladaq ki, bir müddət əvvəl müğənn

04.06.2026 1
.

"Namus məsələsidirsə, qızımı öldürəndən sonra kartı niyə götürüb?"

İyunun 1-də paytaxtın Ramana qəsəbəsində 31 yaşlı Gülüzar Məmmədovanın qayınatası Adıgözəl Məmmədov tərəfindən qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını danışıb. G.Məmmədovanın atası Tapdıq Şükürov "Dialo

04.06.2026 439
.

Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb

Fransa xarici kəşfiyyat xidmətinin iki əməkdaşını Tbilisidən geri çağırıb. Bu barədə kəşfiyyat və diplomatik münasibətlər üzrə ixtisaslaşmış Fransanın "Intelligence Online" nəşri məlumat yayıb. Məlumata görə, onlar may ayında geri çağırılıb. Buna səbəb kimi, "Kartu Bank"ın keçmi

04.06.2026 1
.

Yankoviç "Qarabağ"da qalır - Özü açıqladı

Monteneqro millisinin yarımmüdafiəçisi Marko Yankoviç "Qarabağ"dakı gələcəyi barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, "Vijesti.me" portalına açıqlama verən təcrübəli futbolçu bunları deyib:. "Klubdakı gələcəyimlə bağlı hələlik heç nə dəyişməyib. Müqaviləmin bitməsin

04.06.2026 134
.

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini vəfat edib. APA-ya istinadən xəbər verir ki, 1890-cı il təvəllüdlü Lənkəran sakini Tamam Əli qızı Əzizova bu gün müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. 136 yaşlı Tamam Əzizova xəstəxananın Reanimasiya şöbəsində müalicə olunurmuş

04.06.2026 281
.

"Rusiya meylli və revanşist qüvvələrin tam şəkildə hakimiyyətə gəlməsi hazırkı mərhələdə daha aşağı ehtimal kimi görünür" - BƏHRUZ QULİYEV

"Ermənistanda keçiriləcək seçkilər təkcə bu ölkənin daxili siyasi gələcəyini deyil, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik və əməkdaşlıq gündəliyini müəyyənləşdirəcək mühüm siyasi hadisədir. Hazırkı siyasi mənzərə və müxtəlif sorğular göstərir ki, Ermənistanda hakimiyyət uğrunda əsas mübariz

04.06.2026 184
.

Ermənistanda seçkilərin taleyini hansı amillər müəyyən edəcək?

"Ermənistanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qalıb. Bu prosesin həm Ermənistanın daxili siyasəti, həm də bütövlükdə region üçün mühüm əhəmiyyət daşıdığını demək olar. Seçkilərin nəticələri Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyinə, Türkiyə-Ermənistan normallaşma prosesinə

04.06.2026 186
.

TOP MP3