""Human Rights Watch", "Amnesty International"ən Azərbaycana qarşı ittihamları geosiyasi maraqlara xidmət edir

""Human Rights Watch", "Amnesty International"ən Azərbaycana qarşı ittihamları geosiyasi maraqlara xidmət edirABŞ-ın vitse-prezidenti J.D.Vensin 2025-ci il Münxen Təhlükəsizlik Konfransındakı çıxışı, beynəlxalq siyasətdə və Avropa-ABŞ münasibətlərində mühüm müzakirə mövzusu olmuşdu. Vensin çıxışı, Avropada demokratiya və dəyərlərə dair ikili standartlar məsələsini kəskin şəkildə gündəmə gətirmiş və transatlantik əlaqələrdə ciddi gərginlik yaratmışdı. Vens Avropa hökumətlərini və Aİ rəsmilərini sərbəst söz azadlığını boğmaqda və "dezinformasiya" və "misinformasiya" kimi anlayışları bəhanə edərək siyasi opponentləri susdurmaqda ittiham etmişdi. O, bunu "Sovet dövrünə xas" təcrübələrlə müqayisə edərək, Avropanın öz dəyərlərindən uzaqlaşdığını iddia etmişdi. Vens, Avropada sağçı partiyaların siyasi prosesdən kənarlaşdırıldığını, xüsusilə Almaniyada "Alternativ für Deutschland" (AfD) partiyasına qarşı qoyulan "divar"ı tənqid etmişdi. O, bu cür təcrübələrin demokratiyanın əsas prinsipi olan xalqın səsinə hörmətsizlik olduğunu vurğulamışdı.

Onun AfD lideri Alice Weidel ilə görüşməsi və Almaniya kansleri Olaf Şoltsla görüşdən imtina etməsi də bu mövqeyi gücləndirən addım kimi qiymətləndirildi. Vens, Avropadakı miqrasiya siyasətlərini "nəzarətdən kənar" kimi xarakterizə etmiş və bunu Avropanın "özünü məhv etməsi" kimi təqdim etmişdi.

ABŞ Konqresinin Avropa İttifaqının (Aİ) Rəqəmsal Xidmətlər Aktına (Digital Services Act - DSA) qarşı tənqidləri və "xarici senzura" iddiaları, J.D.Vensin Münxen Təhlükəsizlik Konfransında səsləndirdiyi tənqidlərlə birbaşa əlaqəlidir və Avropa ilə ABŞ arasında transatlantik münasibətlərdəki gərginliyi daha da dərinləşdirən mühüm bir məsələdir. Bu məsələ, xüsusilə Aİ-nin rəqəmsal platformalarda senzura tətbiq edən qanunu qəbul etməsi iddiası ilə bağlıdır. ABŞ Konqresi, DSA-nın senzurasının "əsasən tək tərəfli" olduğunu və siyasi konservativlərə qarşı yönəldiyini iddia edir.
Aİ özünü demokratiya və söz azadlığının müdafiəçisi kimi təqdim etsə də, DSA-nın tətbiqi və bəzi Avropa ölkələrində (məsələn, Rumıniyada) seçkilərə müdaxilə kimi hallar bunun əksinin sübutudur.

Əgər Azərbaycan Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktına (DSA) bənzər bir qanun qəbul etsəydi, Aİ və Qərbdə fəaliyyət göstərən beynəlxalq təşkilatların reaksiyası böyük ehtimalla sərt tənqidlərə və ikili standartlara əsaslanan bir yanaşma olardı. Avropanın digər ölkələrdə, xüsusilə, Azərbaycanda insan hüquqları ilə bağlı məsələləri qaldırması, daima təzyiq vasitəsi kimi saxlaması, lakin öz ərazisində oxşar fəaliyyətləri DSA kimi qanunlarla məhdudlaşdırması, ikili standartların və siyasi riyakarlığın açıq nümunəsidir.

Prezident İlham Əliyev 2020-ci ildə, ARD kanalına müsahibəsində bəzi Qərb təşkilatlarının Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə (məsələn, Gəncə və Bərdəyə raket hücumları) susqun qaldığını, lakin Azərbaycana qarşı qərəzli hesabatlar dərc etdiyini qeyd edib. Dövlət başçısı digər bir müsahibəsində isə bildirmişdi ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.

Bu, Avropada və Qərbdə söz azadlığı ilə bağlı narrativlərin seçmə şəkildə formalaşdırıldığını göstərir. "Human Rights Watch", "Amnesty International" və digər təşkilatların Azərbaycana qarşı ittihamları, xüsusilə Avroviziya, İslam Həmrəyliyi Oyunları, COP29 kimi mötəbər tədbirlər ərəfəsində fəallaşması, bu fəaliyyətlərin geosiyasi maraqlara xidmət etdiyini təsdiqləyir.Ümumilikdə, ABŞ-Aİ münasibətləri iqtisadi və hərbi əməkdaşlığa baxmayaraq, ideoloji və siyasi ziddiyyətlər, xüsusilə də söz azadlığı və demokratiya kimi dəyərlərin təfsiri üzrə gərginliklərlə xarakterizə olunur.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 960   Tarix: 02 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

15.11.2026 270
.

"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO

Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:. "Bir sayl

15.11.2026 231
.

Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır

"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej

15.11.2026 170
.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

15.11.2026 152
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

15.11.2026 195
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

15.11.2026 170
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

15.11.2026 304
.

Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub

Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb

15.11.2026 191
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

15.11.2026 169
.