Xalq artisti Arif Babayev Cabir Abdullayevə nə tapşırıb? - Vəsiyyət

Xalq artisti Arif Babayev Cabir Abdullayevə nə tapşırıb? - VəsiyyətƏməkdar artist Cabir Abdullayev Xalq artisti Arif Babayevin vəsiyyətini açıqlayıb.

Xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Arif Babayev bir neçə tələbəsinin gələcəyini ona həvalə edib:

"Hamımızın başı sağ olsun. Ailəsində sənətinin davamçısı yox idi. Bir neçə tələbəsi var ki, onları da mənə tapşırıb. Deyib ki, onlara dəstək ol. Nə qədər canımda can var, həmişə onlara dəstək olub, qabağa çəkməyə çalışacağam"

Xanəndə Arif Babayevi Azərbaycan muğam sənətinin sütunu adlandırıb:

"Tək Qarabağ deyil, bütün Azərbaycanın fəxri idi. Sağ olsun, dövlətimiz də son ana kimi ona dəstək verdi. Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm ki, həmişə sənət adamlarının yanındadır. Hazırda qəbiristanlıqdan çıxıb evə gedirəm. Arif müəllim böyük şəxsiyyət idi. Gözəl xanəndə, dost və valideyn... Onun haqqında nə desən, hamısı Arif müəllimə yaraşır, bəlkə də ondan da artığına layiqdir. Heyif ondan... O qədər fikirliyəm ki... Valideynlərimi, qardaşımı itirəndə vəziyyətim necə idisə, bu gün də eyni haldayam. Sanki onları indi dəfn etmişəm. Neçə ildir birlikdə idik, muğamımızın sütununu itirmişik, ağlamayaq neynəyək?! Ən başlıcası, ağsaqqalımız idi. Onun yoxluğuna ürək dözə bilmir, çox çətindir".

Cabir Abdullayev Arif Babayevin mərhum həmkarı Əlibaba Məmmədovun yanında dəfn olunduğunu xatırladıb.

Qeyd edək ki, Xalq artisti Arif Babayev uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Sənətkar 1-ci Fəxri Xiyabanda dəfn olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1369   Tarix: 01 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MOBBİNQ: İş yerində səssiz zorakılığın hüquqi tərəfi - VƏKİLDƏN AÇIQLAMA

İş yerində psixoloji təzyiq, təhqir, təcrid və davamlı təzyiq halları son illər daha çox müzakirə olunan problemlərdəndir. "Mobbinq" adlandırılan bu davranışlar əməkdaşın həm psixoloji vəziyyətinə, həm də iş fəaliyyətinə ciddi təsir göstərə bilər. Bəs iş yerində mobbinqin qarşısını necə alma

15:29 187
.

Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?

Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq

19:00 78
.

Nəqliyyatda böhran, taksidə bahalaşma: Qiymətlər niyə kəskin artırılır? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda nəqliyyat sistemində yaranan problemlər fonunda taksi xidmətlərinin qiymətlərinin əhəmiyyətli dərəcədə artması vətəndaşların xərclərinə əlavə yük yaradır. Xüsusilə ictimai nəqliyyatda yaranan çətinliklər səbəbindən taksidən istifadə edənlərin sayının artması qiymət məsələsini yenidən gündəmə gətirir

14:24 264
.

"Hikmət Hacıyev Azərbaycanın xarici siyasət kursunun əsas fiqurlarından biridir" - MÜŞFİQ CƏFƏROV

"Hikmət Hacıyevin Xankəndiyə səfərinə son dövrdə xarici diplomatların və beynəlxalq nümayəndələrin Qarabağa, xüsusilə Xankəndiyə səfərlərinin bir növ davamıdır. Bu səfərlərdə əsas məqsəd Azərbaycanın suverenliyinin və postmünaqişə reallığının beynəlxalq diplomatik müstəvidə qəbulunun getdikcə dah

13:08 157
.

Bayramov və Mirzoyan Nyu-Yorkda görüşəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan sentyabr ayında Nyu-Yorkda görüşəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Azadlıq Radiosu"nun sualını cavablandırarkən bildirib. "Görü

14:26 149
.

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını

17:11 162
.

Bu rayonlarda güclü duman var

Cəlilabad və Masallı rayonlarının ərazisində güclü duman müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, hazırda Ələt-Astara magistral yolunun bu rayonlardakı ayrı-ayrı hissələrində duman səbəbindən görünüş məsafəsi təxminən 100 metr təşkil edir. Hazırda magistral yolda nəqliyyat vasitələrini

12:21 155
.

Ucuz evin arxasında nə dayanır? - Alıcılar üçün vacib xəbərdarlıq

"Maklerlərin ucuz qiymətə torpaq sahələri alaraq üzərində fərdi yaşayış evləri tikib satışa çıxarması bazarda rast gəlinən praktikadır. Lakin burada əsas məsələ evin ucuz və ya yeni tikilmiş olması deyil, həmin əmlakın hüquqi statusunun və sənədlərinin nə dərəcədə qaydasında olmasıdır". Bun

15:09 163
.

Kafedə dostları ilə qumar oynayan 74 yaşlı kişi CƏRİMƏLƏNDİ

Qusarda qumar oynayan kişi saxlanılıb. -ın xəbərinə görə, hadisə Xuray kəndində baş verib. 74 yaşlı Musa Fərəcov (şərti adla) kənd ərazisindəki kafedə digər 2 tanışı ilə birgə qumar oynayıb. 36 ədəd kart və 11 manat pul isə maddi sübut kimi götürülüb. Faktla əlaqədar araşdırma aparılıb və həmin şəxslə

19:30 3
.