Bu şəhərdə ölmək qadağan edildi - Qəbiristanlıqlarda yer yoxdur
İspaniyanın Qranada vilayətində yerləşən Lanxaron şəhərində artıq 25 ildən çoxdur ki, qeyri-adi bir qanun qüvvədədir - ölmək qadağandır. Əvvəlcə zarafat kimi səslənsə də, bu qərarın arxasında ciddi və real bir səbəb dayanır - qəbiristanlıqda yer çatışmazlığı.
Lent.az xarici mediaya istinadən bu qərarın kökü barədə məlumat verir.
1999-cu ildə o dövrün meri Xose Rubi, Lanxaronun yeganə qəbiristanlığında yer qalmadığı üçün rəsmi olaraq ölümün qadağan edildiyini bildirən simvolik bir qərar imzaladı. Həmin sənəddə vətəndaşlardan "yeni qəbiristanlıq yaradılana qədər öz sağlamlıqlarına maksimum dərəcədə diqqət yetirmələri və ölməmələri" xahiş olunurdu.
Mer bu addımı problemi ictimailəşdirmək və diqqəti cəlb etmək məqsədilə atmışdı. Hökumətin dərhal tədbir görmədiyi şəraitdə, bu absurd görünsə də, effektli simvolik qərar ictimaiyyətdə geniş rezonans doğurdu.
Bu qeyri-adi qadağa haqqında xəbər beynəlxalq mediada geniş yayılaraq, kiçik və sakit Lanxaron şəhərini jurnalistlərin və turistlərin maraq dairəsinə çevirdi. Qanun rəsmi hüquqi qüvvəyə malik olmasa da, Lanxaronun rəmzi və tanıdıcı simvoluna çevrilib.
Problemin son vəziyyəti və turist marağı
Aradan 25 ildən çox zaman keçsə də, Lanxaron hələ də eyni qəbiristanlıqdan istifadə edir və yeni qəbir sahəsinin yaradılması ilə bağlı rəsmi məlumat hələ də yoxdur.
Hazırda Lanxaron təxminən 4 min nəfərlik əhalisi olan, sakit və rahatlığı ilə seçilən turistik bir yaşayış məntəqəsidir. Mineral su mənbələri ilə məşhur olan şəhər, səs-küylü Barselona və Mayorka kimi kurortlara alternativ olaraq seçilir.
Ölümə qadağa qoyulan tək şəhər deyil
Maraqlıdır ki, dünyada ölümə simvolik və ya praktiki qadağa qoyulan tək yer Lanxaron deyil. Məsələn, Norveçin Şpisbergen adasında yerləşən Lonqyerbyen şəhərində də 1950-ci illərdən bəri dəfn məhdudiyyətləri tətbiq olunur. Burada əbədi donuşluq şəraiti səbəbindən meyitlər çürümür. Bu isə sanitariya problemləri yarada biləcəyindən, ağır xəstə insanlar adadan əvvəlcədən köçməyə təşviq edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1120 Tarix: 01 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərində
12:38 142 Daşlara yazılan tarix: Gəncəsərdə Qarabağın irsinə müdaxilə necə aparılıb?
"Qarabağın tarixi abidələri yalnız dini tikililər deyil, həm də Azərbaycan ərazisinin çoxəsrlik tarixini əks etdirən mühüm mədəni irs nümunələridir. Bu baxımdan Kəlbəcər rayonunda yerləşən Gəncəsər məbədi xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında tarixçi Azər Ələkbərov bildirib
17:49 128 Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
17:11 162 İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. "Qafqazinfo" -a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub. Videoda qız şagirdin uzun, manikurlu dırnaqları da diqqə
17:55 338 "Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır"
"Azərbaycanla Türkiyə arasındakı əlaqələr bənzəri olmayan münasibətlərdir". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, türkiyəli həmkarının bugünkü səfər
14:43 145 Əhalinin borclanması: Problem nə vaxt başlayır?
"Sovet dövründə insanların banklara kütləvi şəkildə borclanması indiki kimi geniş yayılmış deyildi. Çünki həmin dövrdə bank sistemi və kredit münasibətləri tamamilə fərqli idi. Bu gün isə kredit iqtisadiyyatın normal maliyyə alətlərindən biridir. Burada əsas məsələ borcun mövcudluğu deyil, onu
14:18 157 Ucuz evin arxasında nə dayanır? - Alıcılar üçün vacib xəbərdarlıq
"Maklerlərin ucuz qiymətə torpaq sahələri alaraq üzərində fərdi yaşayış evləri tikib satışa çıxarması bazarda rast gəlinən praktikadır. Lakin burada əsas məsələ evin ucuz və ya yeni tikilmiş olması deyil, həmin əmlakın hüquqi statusunun və sənədlərinin nə dərəcədə qaydasında olmasıdır". Bun
15:09 163 Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə
19:15 41 Yeməyi sevən aşpaz olmaq istəyir, dişi ağrıyan isə diş həkimi... - Video - Fotolar
Bu gün Azərbaycanda Bilik Günü ilə əlaqədar paytaxtın müxtəlif yerlərində çantası özlərindən böyük, ağ bantlı birincilərə rast gəlmək mümkündür. Sinif otağına daxil olmamışdan əvvəl xoşbəxt görünən balacalar valideynlərinin onlarla dərsə girməyəcəyini biləndə hönkür-hönkür ağlayırlar. Hətta ağlamaq onları
11:23 220