Yay tətili: Azərbaycan təhsil sistemində itirilmiş fürsət

Yay tətili: Azərbaycan təhsil sistemində itirilmiş fürsətYay tətilinin uşaqlar üçün təkcə dərsdən azad vaxt deyil, həm də onların sosial, psixoloji və yaradıcı inkişafı üçün strateji əhəmiyyət daşıyan bir mərhələ olduğunu anlayan ölkələr uzun illərdir bu dövrü sistemli şəkildə təşkil edir, planlaşdırır və tənzimləyirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda təhsilə ayrılan diqqət və qayğı heç vaxt olmadığı qədər artmış, xüsusilə də məktəbəqədər və ibtidai təhsil səviyyəsində yeni məktəblərin açılması, müəllim hazırlığı, infrastruktura investisiyalar və sosial rifah paketləri göstərir ki, ölkənin siyasi rəhbərliyi təhsili prioritet sahə olaraq görür. Prezidentin təşəbbüsü ilə həyata keçirilən "Təhsilə dəstək" layihələri, təhsildə rəqəmsallaşma proqramları və xüsusilə pandemiya dövründə şagirdlərin təhsil imkanlarını bərpa etmək üçün reallaşdırılan tədbirlər bu qayğının real nəticələridir.

Lakin bu qayğının tətil dövrlərində – xüsusilə yay aylarında – şagirdlərin həyatına necə əks olunduğu sual doğurur. Təəssüf ki, yay tətilinin Azərbaycan təhsil sistemində heç bir strateji yanaşmaya əsaslanmaması uşaq inkişafını təhdid edən ciddi boşluq yaradır. Hal-hazırda yay tətili sadəcə dərs ilinin sonu ilə yeni dərs ili arasında boşluq kimi qəbul olunur. Elm və Təhsil Nazirliyinin bu sahədə nə konkret proqramı, nə də valideyn və müəllimlər üçün tövsiyələri var. Nazirliyin tətil müddətində uşaqların vaxtını necə keçirməli olduğu ilə bağlı nə maarifləndirmə mexanizmləri mövcuddur, nə də psixoloji və sosial inkişaf yönümlü fəaliyyətlər planı hazırlanıb. Valideynlər övladlarını ya tam boşluğa buraxır, ya da onları dərsliklərlə zorakı şəkildə məşğul etməyə çalışır.

Bəzi valideynlər yay tətilini "bilik itkisinin qarşısını almaq" adı ilə övladlarına dərs təkrarı məcburiyyəti şəklində təqdim edir. Lakin bu yanaşma, pedaqoji və psixoloji baxımdan zərərlidir. 2021-ci ildə ABŞ-ın Northwest Evaluation Association (NWEA) tərəfindən aparılan genişmiqyaslı araşdırmaya görə, yay tətilində şagirdlər təxminən 17-34% riyaziyyat, 20-25% isə oxu üzrə bilik itkisinə məruz qalır. Lakin tədqiqatçılar bu itkinin qarşısının məcburi təkrar deyil, maraq əsasında aparılan təhsil fəaliyyəti, mütaliə, oyun və sosial bacarıq inkişafı ilə alındığını vurğulayırlar. Dərsliklər əsasında təzyiq şəklində edilən təkrar, əksinə, uşaqlarda öyrənməyə qarşı mənfi münasibət yaradır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 15.3-cü maddəsində qeyd olunur ki, təhsil alanların intellektual və mənəvi inkişafı üçün onların maraqları və yaş xüsusiyyətləri nəzərə alınmalı, təlim və tərbiyə prosesinin təşkili balanslaşdırılmış şəkildə həyata keçirilməlidir. Təəssüf ki, yay tətilində bu balans pozulur. Məsələn, ibtidai sinif şagirdlərinin bir çoxu yay boyunca repetitor yanına göndərilir, valideynlərin özləri də evdə məcburi şəkildə dərs təkrarı etdirirlər. Bu isə uşaqların təkcə psixoloji rifahını deyil, eyni zamanda valideynlə münasibətlərini də gərginləşdirir:
Yay tətili: Azərbaycan təhsil sistemində itirilmiş fürsət"Dünya təcrübəsində yay tətili məktəbdənkənar bacarıqların inkişafı üçün imkan dövrü kimi qəbul olunur. Finlandiyada şagirdlər yayda təbiətlə daha çox təmasda olur, bədən tərbiyəsi, könüllülük və ailə ilə zaman keçirmə əsas prioritet hesab olunur. Estoniyada isə yay tətili dövründə məktəblər könüllü əsasda yay düşərgələri təşkil edir və burada əsas məqsəd rəsmi tədris yox, tənqidi düşüncə, ünsiyyət, əmək bacarıqlarının formalaşmasıdır. Bu ölkələrdə uşaqlara "tətil boyu gündə bir saat dərs oxumaq" təzyiqi yox, "öyrənməyə maraq yaratmaq" prinsipi aşılanır. Çünki əsl təhsil yalnız sinif otaqlarında yox, həyatın içində baş verir.

Yay tətili dövründə səmərəli alternativlər mövcuddur. Uşaq kitabxanaları üçün xüsusi yay oxu proqramları, muzeylərlə əməkdaşlıqda yaradıcı atelyelər, idman məktəblərində yay sessiyaları, STEAM və texnologiya üzrə yay düşərgələri, kənd və şəhər mühitində eko-təhsil proqramları qurula bilər. Bu istiqamətdə təşəbbüs göstərmək, təşkilatçılığı üzərinə götürmək isə Elm və Təhsil Nazirliyinin əsas vəzifələrindəndir. Lakin bu günə qədər nazirliyin yay tətilləri ilə bağlı heç bir strateji proqramı açıqlanmayıb. Əhalinin əksəriyyəti hələ də valideyn təcrübəsinə və təsadüfi sosial media məsləhətlərinə əsaslanaraq uşaqlarını yönləndirir. Bu isə sistemsiz və effektiz yanaşma deməkdir.

Əgər bu sahədə dövlət səviyyəsində strategiya qəbul olunsa, tətil müddətində uşaqlar həm öyrənər, həm də dincələr, sosial bacarıqlarını inkişaf etdirər, real həyatla əlaqə quraraq daha məqsədli fərdlərə çevrilərlər. Uşaqların dərs yükündən azad olduğu, lakin inkişafdan geri qalmadığı, maraqlı və mənalı yay tətilləri təkcə bir pedaqoji layihə yox, cəmiyyətin gələcəyinə qoyulan sərmayədir. Mövcud yanaşma isə nə inkişaf etdirir, nə də istirahət etdirir – sadəcə stress yaradır. Bu isə dəyişməlidir. Çünki uşaqların yaddaşında yay mövsümü imtahan kabusu ilə deyil, həyat sevinci ilə qalmalıdır. Dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğının bu sahədə də hiss olunması üçün Elm və Təhsil Nazirliyi nəhayət məsuliyyətli addımlar atmalı, planlı və nəticəyönümlü fəaliyyətə başlamalıdır. Tətil təkcə məktəbin yox, həm də siyasətin tərkib hissəsi olmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1131   Tarix: 01 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bank VTB Azərbaycan"ın xalis mənfəəti azalıb

"Bank VTB Azərbaycan" ASC cari ilin birinci yarısına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bankın xalis mənfəətində ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azalma müşahidə olunub. "Yeni Sabah" xəbər verir ki, yanvar-iyun aylarının nəticələrinə görə, ban

19:00 149
.

Yeni Zelandiyada güclü zəlzələ: Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edildi

Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlardan sonra ölkənin bəzi sahilyanı bölgələrində sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub. Məlumata görə, zəlzələnin episentri Te Anau şəhərindən təxminən 40 kilometr şimalda yerləşib. BİG.AZ Sky News-a istinadən xəbər veri

15:52 183
.

Xankəndidə güclü yanğın başladı

Xankəndi şəhərində güclü yanğın baş verib. "Qafqazinfo"nun əldə etdiyi xəbərə görə, hadisə şəhər ərazisində yerləşən, əvvəllər taxta emalı müəssisəsi kimi fəaliyyət göstərən binada qeydə alınıb. İlkin məlumata əsasən, yanğın qısa müddətdə geniş əraziyə yayılaraq yaxınlıqdakı binaya da keçib

21:51 1
.

Katz, Hegseth ilə İran müharibəsi barədə danışdığını təsdiqlədi: "İsraili hər bir təhdiddən qorumağa sadiqdir"

İsrailin Müdafiə naziri İsrael Katz cümə axşamı günü verdiyi açıqlamada ABŞ Müdafiə naziri Pit Heqset ilə gecə vaxtı danışdığını təsdiqləyib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Hegseth Katza ABŞ-ın İrandakı hərbi əməliyyatları barədə məlumat verib və hər iki tərəf mümkün hadisələr

13:05 196
.

Sıla Gəncoğlu və İlyas Yalçıntaş saxlanıldı

Türkiyənin tanınmış ifaçıları Sıla Gəncoğlu və İlyas Yalçıntaş narkotiklərlə bağlı istintaq çərçivəsində saxlanılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakırköy Respublika Prokurorluğu sənətçilər, aktyorlar, iş adamları və sahibkarların da daxil olduğu 25 şübhəli şəxs barəsində əməliyyat keçirib

20:00 142
.

Bakıdakı dünya çempionatında 600-dən çox idmançı çıxış edəcək

Bu gün cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və təşkilati məsələlərə həsr olunmuş mətbuat konfransı keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, Gənclə

13:03 191
.

Sabah 35 dərəcə isti olacaq

İyulun 17-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-35 isti olacaq. Atmosfer təzyiq

12:42 172
.

Rusiyada neft emalı zavodlarının 40%-i işləmir - Reuters

Ukraynanın zərbələri Rusiyanın neft emalı zavodlarının əhəmiyyətli hissəsini sıradan çıxardıqdan sonra ölkənin ən iri enerji şirkətləri əlavə benzin tədarükü üçün Hindistanın neft emalı zavodlarına (NEZ) müraciət ediblər. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi yayıb. Qey

22:00 1
.

İsrail ordusu HƏMAS terror təşkilatının dörd silah anbarına zərbə endirib

İsrail ordusu çərşənbə axşamı günü Qəzzanın mərkəzində HƏMAS terror təşkilatının dörd silah anbarını dəqiq zərbələrlə dağıtdığını bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, anbarlarda Kalaşnikov tüfəngləri, RPG-lər, qumbaralar, partlayıc

14:24 172
.

TOP MP3