Bayden prezidentlikdən sonra necə yaşayır?

Bayden prezidentlikdən sonra necə yaşayır?ABŞ-ın keçmiş prezidenti Co Bayden prezidentlikdən sonra sadə həyat tərzi sürür, dəbdəbədən uzaq durur və kommersiya reyslərindən istifadə edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" nəşri məlumatlı mənbələrə istinadla xəbər verib.

Nəşrin məlumatına görə, hazırda onun ixtiyarında iki nəfərdən çox olmayan köməkçi heyəti və ABŞ Gizli Xidmətinin kiçik bir mühafizə qrupu var.

Məqalədə qeyd olunur ki, o, lüksə və keçmiş dövlət başçıları ilə tez-tez əlaqələndirilən imtiyazlı şəraitə üstünlük vermədən kommersiya reysləri ilə səyahət edir.

Bu ilin may ayında "Əsli günah: prezident Baydenin zəifləməsi, onun gizlədilməsi və yenidən namizəd olmaq barədə fəlakətli qərar" adlı kitab nəşr olunub. Kitabın müəllifləri jurnalistlər Ceyk Təpper və Aleks Tompsondur.

Onlar əvvəlki administrasiyada Ağ evdə çalışan mənbələrə istinad edərək iddia ediblər ki, Bayden 2024-cü ilə qədər fövqəladə vəziyyətlərdə öz vəzifələrini yerinə yetirmək qabiliyyətini itirib və hətta kabinetin qapalı iclaslarında belə qeyd kağızlarından istifadə edib.

İyulun 20-də konqresmen Bayron Donalds açıqlamasında bildirib ki, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris və sabiq prezidentin həyat yoldaşı Cill Bayden konqresə çağırılmalı və keçmiş dövlət başçısının iddia edilən kognitiv sağlamlıq problemləri ilə bağlı istintaq çərçivəsində ifadə verməlidirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1094   Tarix: 01 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərində

12:38 142
.

Daşlara yazılan tarix: Gəncəsərdə Qarabağın irsinə müdaxilə necə aparılıb?

"Qarabağın tarixi abidələri yalnız dini tikililər deyil, həm də Azərbaycan ərazisinin çoxəsrlik tarixini əks etdirən mühüm mədəni irs nümunələridir. Bu baxımdan Kəlbəcər rayonunda yerləşən Gəncəsər məbədi xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında tarixçi Azər Ələkbərov bildirib

17:49 128
.

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını

17:11 162
.

İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. "Qafqazinfo" -a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub. Videoda qız şagirdin uzun, manikurlu dırnaqları da diqqə

17:55 338
.

"Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır"

"Azərbaycanla Türkiyə arasındakı əlaqələr bənzəri olmayan münasibətlərdir". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, türkiyəli həmkarının bugünkü səfər

14:43 145
.

Əhalinin borclanması: Problem nə vaxt başlayır?

"Sovet dövründə insanların banklara kütləvi şəkildə borclanması indiki kimi geniş yayılmış deyildi. Çünki həmin dövrdə bank sistemi və kredit münasibətləri tamamilə fərqli idi. Bu gün isə kredit iqtisadiyyatın normal maliyyə alətlərindən biridir. Burada əsas məsələ borcun mövcudluğu deyil, onu

14:18 157
.

Ucuz evin arxasında nə dayanır? - Alıcılar üçün vacib xəbərdarlıq

"Maklerlərin ucuz qiymətə torpaq sahələri alaraq üzərində fərdi yaşayış evləri tikib satışa çıxarması bazarda rast gəlinən praktikadır. Lakin burada əsas məsələ evin ucuz və ya yeni tikilmiş olması deyil, həmin əmlakın hüquqi statusunun və sənədlərinin nə dərəcədə qaydasında olmasıdır". Bun

15:09 163
.

Ançelotti Neymarın Braziliya millisinə qayıtmaq şansından DANIŞDI

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın milliyə qayıtmaq planının olmadığını bildirib. xarici mediaya istinadən bildirir ki, italiyalı məşqçinin sözlərinə görə, Braziliya indi 2030-cu il Dünya çempionatında komandanı təmsil edə biləcək yeni nəsil oyunçuların yetişdirilməsinə diqqə

19:15 41
.

Yeməyi sevən aşpaz olmaq istəyir, dişi ağrıyan isə diş həkimi... - Video - Fotolar

Bu gün Azərbaycanda Bilik Günü ilə əlaqədar paytaxtın müxtəlif yerlərində çantası özlərindən böyük, ağ bantlı birincilərə rast gəlmək mümkündür. Sinif otağına daxil olmamışdan əvvəl xoşbəxt görünən balacalar valideynlərinin onlarla dərsə girməyəcəyini biləndə hönkür-hönkür ağlayırlar. Hətta ağlamaq onları

11:23 220
.