Son 30 ildə insanların küçədə yerimə sürəti niyə artıb?
1980-ci illərdən bu yana böyük şəhərlərdə insanlar daha sürətlə yeriyir və ictimai məkanlarda daha az vaxt keçirir. ABŞ və Asiyanın aparıcı universitetlərinin alimləri bu sakit dəyişimi sübut edən genişmiqyaslı tədqiqat aparıblar.
Qaynarinfo xəbər verir ki, tədqiqat nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.
Sürət artdı, sosiallaşma azaldı
MIT və digər nüfuzlu universitetlərin dəstəyi ilə aparılan araşdırma göstərib ki, 1980–2010-cu illər arasında Boston, Nyu-York və Filadelfiya kimi metropollarda piyadaların yerimə sürəti 15% artıb, ictimai məkanlarda vaxt keçirənlərin payı isə 14% azalıb. Yəni şəhər sakinləri küçələrdən keçid yolu kimi istifadə etməyə başlayıb, əvvəlki kimi dayanmır və ünsiyyət qurmağa meylli deyillər.
1980-lərin videoları ilə 2010-cu illər qarşılaşdırılıb
Bu nəticələr, şəhər həyatını araşdıran sosioloq Uilyam Uaytın 1980-ci illərdə Boston, Nyu-York və Filadelfiyada çəkdiyi videoların MIT, Harvard, Yale, Michigan State və Honkonq Universitetlərinin mütəxəssisləri tərəfindən yenidən həmin məkanlarda çəkilmiş müasir görüntülərlə müqayisə olunması əsasında əldə edilib.
Karlo Ratti: "İctimai məkanlar yalnız keçid üçün istifadə olunur"
MIT-dəki Senseable City Lab laboratoriyasının direktoru Karlo Ratti bildirir:
"Son 40 ildə çox şey dəyişib. İctimai məkanlar artıq qarşılaşma və söhbət məkanları deyil. İndi insanlar bu yerlərdən yalnız keçmək üçün istifadə edirlər".
Məlumatlara əsasən, 1980-ci ildə küçədə yalnız yeriyənlərin faizi 67% idi, bu göstərici 2010-cu ildə 68%-ə qalxıb. Digər insan qruplarına qoşulanların faizi isə 5,5%-dən 2%-ə enib. Bu da göstərir ki, insanlar artıq tanımadığı şəxslərlə qarşılıqlı əlaqə yaratmaqdan çəkinirlər.
Telefonlar və texnologiya təsir göstərir
Alimlər bu dəyişimin əsas səbəblərindən biri kimi mobil texnologiyaların yayılmasını göstərirlər. Əgər 1980-ci illərdə insanlar küçədə təsadüfən rastlaşıb söhbət edirdilərsə, bu gün hər şey bir mesajla planlaşdırılır. Ratti bunu belə izah edir:
"Uaytın çəkdiyi görüntülərdə insanlar bir-birinə baxır, söhbətə başlayırdı. İndi isə təsadüf anlayışı demək olar ki, yox olub".
Sosial həyat açıq məkanlardan qapalı məkanlara keçib
Tədqiqat həm də göstərib ki, sosiallaşma daha çox qapalı məkanlara – kafelərə, restoranlara və alış-veriş mərkəzlərinə köçüb. 1980-ci illərdə bu tip məkanlar bu qədər çox deyildi, insanlar daha çox küçədə, skamyada oturaraq vaxt keçirirdilər.
Planlaşdırma üçün bələdçi rolunda
Yale Universitetindən tədqiqatçı Arianna Salazar-Miranda bildirir ki, bu məlumatlar gələcəyin şəhərlərini planlaşdırmaq üçün olduqca dəyərlidir:
"Rəqəmsal dövrdə artan qütbləşmə ilə mübarizə aparmaq üçün ictimai məkanlar indi daha önəmlidir. Bu məkanları daha inklüziv və yaşanılır hala gətirmək, birlikdə yaşamağın yollarını yenidən qurmağa kömək edə bilər".
Son nəticə: Məsələ təkcə sürət deyil
Alimlər vurğulayırlar ki, bu dəyişikliklər sadəcə yerimə sürətinin artması ilə məhdudlaşmır. Memarlıq trendləri, texnoloji alışqanlıqlar, təhlükəsizlik hissi və mədəni fərqlər birlikdə nəzərə alındıqda, bu dəyişikliyin şəhər həyatında dərin bir dönüşüm yaratdığı görünür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1183 Tarix: 31 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
15.11.2026 218 Konfet kişinin ağzında partladı, öldü
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya
15.11.2026 243 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
15.11.2026 195 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il
15.11.2026 169 Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa
15.11.2026 149 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi
15.11.2026 148 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15.11.2026 176 Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər
15.11.2026 183 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
15.11.2026 154