Ədliyyə Nazirliyindən üzərliklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Ədliyyə Nazirliyindən üzərliklə bağlı vətəndaşlara XƏBƏRDARLIQSon zamanlar bəzi ölkələrin hüquq-mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları artmaqdadır. Nəticədə həmin şəxslər barəsində inzibati və ya cinayət məsuliyyəti tədbirləri görülür.

Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr - xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr - bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan olunmuş maddələr siyahısına daxildir.

Bununla əlaqədar olaraq, xarici ölkələrə səfər edən, eləcə də həmin ölkələrdən respublikamıza gələn vətəndaşlara üzərlik bitkisini, toxumlarını, ekstraktlarını və ya digər formalarını üzərilərində daşımamaq tövsiyə olunur. Bu, həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulan hüquqi məsuliyyət risklərindən yayınmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən üzərlik bitkisinin mənşəyi, kimyəvi tərkibi, hüquqi statusu və məsuliyyət doğuran halları ilə bağlı profilaktik tövsiyə hazırlanıb. Tövsiyənin hazırlanmasında məqsəd vətəndaşların təhlükəsizliyini təmin etmək, üzərlik bitkisi ilə xarici ölkələrə səfər edərkən, eləcə də həmin ölkələrdən respublikamıza gələrkən hüquqi məsuliyyət doğura biləcək halların qarşısını qalmaq üçün ictimai maarifləndirmə aparmaqdır.

Məlumatla linkə keçid etməklə tanış ola bilərsiniz.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1390   Tarix: 30 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda taksi qiymətləri niyə artır? Problemi tarifdə yox, xərclərdə axtarmaq lazımdır

"Bakıda son günlər taksi qiymətlərində müşahidə olunan kəskin artımı yalnız tıxac, yanacaq və digər xərclərlə izah etmək düzgün deyil. Bunlar artıq nəticələrdir. Biz çox vaxt, həmişəki kimi, nəticənin üzərində baş sındırırıq, amma nəticəni yaradan səbəbləri kifayət qədər araşdırmırıq. İqtisadiyyatd

11:17 132
.

"Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin"

Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüş çərçivəsində Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadə ilə söhbətləşib. "Qafqazinfo" xəbər verir ki, onların arasında səmimi dialoq yaşanıb. Həmin dialoqu təqdim edirik:. Şeyxülislam Allahşükür Paşazadə: Mən də siz

17:01 136
.

Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərində

12:38 141
.

Ucuz evin arxasında nə dayanır? - Alıcılar üçün vacib xəbərdarlıq

"Maklerlərin ucuz qiymətə torpaq sahələri alaraq üzərində fərdi yaşayış evləri tikib satışa çıxarması bazarda rast gəlinən praktikadır. Lakin burada əsas məsələ evin ucuz və ya yeni tikilmiş olması deyil, həmin əmlakın hüquqi statusunun və sənədlərinin nə dərəcədə qaydasında olmasıdır". Bun

15:09 162
.

İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmas

18:55 37
.

Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəy

15:22 205
.

"Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz, doğma və dəyərli bir hissəsidir" - millət vəkili Bəhruz Məhərrəmov

"Obyektiv mövqeli və regionla bağlı ciddi araşdırmalar aparmış tarixçilər də təsdiq edər ki, Qafqazın çoxəsrlik tarixi-siyasi mənzərəsi nəzərdən keçirildikdə, Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün xristian irsinin birbaşa Qafqaz Albaniyasının dövlətçilik və mədəniyyət salnaməsinə aid olduğ

18:13 107
.

"Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq"

"Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi". "Qafqazinfo" xəbə

17:08 120
.

"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

"Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb". "Qafqazinfo"

17:18 128
.