"Monetri" və "TBC Kredit" BOKT-un birləşməsi ilə bağlı müqavilə imzalanıb
Mikromaliyyə sektorunun iki əsas iştirakçıları olan "Monetri" bank olmayan kredit təşkilatı (BOKT) və "TBC Kredit" BOKT-un birləşməsi üzrə müqavilə imzalanıb. Birləşmə "TBC Kredit Azərbaycan"ın səhmdarı olan "TBC Bank" (Gürcüstan) tərəfindən səhmlərin "Monetri" BOKT-a satılması ilə baş verib. 29 iyul 2025-ci il tarixdə Tbilisi şəhərində "TBC Bank Gürcüstan"ın baş direktoru Vaxtanq Butsxiridze və "Monetri" BOKT-un müşahidə şurasının üzvü Yusif Abdullayev arasında səhmlərin alqı-satqısı üzrə müqavilə imzalanıb.
"TBC Kredit" isə 1999-cü ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərir və mikromaliyyə bazarının ilk iştirakçılarından və yaradıcılarından biri hesab olunur. 2013-cü ildən etibarən ölkədə fəaliyyət göstərən "Monetri" BOKT 25 milyonluq aktivlərinin həcminə görə mikromaliyyə bazarında öncül mövqelərdən birini tutmaqdadır.
Bu iki BOKT-un aktivlərinin birləşməsi nəticəsində "Monetri BOKT" MMC mikro maliyyə sektorunda təxminən 40 milyon manata yaxın aktiv portfeli ilə fəaliyyət göstərəcək və bazar payını əhəmiyyətli dərəcədə artıracaqdır. Birləşmənin əsas məqsədi resursların birləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması və müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Bu addım həmçinin regionlarda daha geniş maliyyə əlçatanlığı təmin edəcək və mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verəcək. Eyni zamanda, birləşmiş komanda təcrübə və peşəkarlıq baxımından mikro maliyyə sektorunda güclü sinerji yaradaraq innovativ məhsul və xidmətlərin inkişafına təkan verəcək.
"TBC Kredit" müştəriləri kredit öhdəliklərini rahat şəkildə "TBC Kredit"in baş ofisinə və ya "Monetri" BOKT-un bütün filial və nümayəndəliklərinə yaxınlaşaraq yerinə yetirə və kreditlərini yeniləyə bilərlər. Eyni zamanda, "Monetri" BOKT-un "*0525" qısa nömrəli qaynar xəttinə zəng edərək, "TBC Kredit" müştəriləri cari kreditləri və digər məhsul və xidmətlər haqqında ətraflı məlumat əldə edə bilərlər. Bu yanaşma birləşmədən sonra müştəri məmnuniyyətini qorumağa və xidmətlərin fasiləsizliyini təmin etməyə yönəlib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 835 Tarix: 29 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda taksi qiymətləri niyə artır? Problemi tarifdə yox, xərclərdə axtarmaq lazımdır
"Bakıda son günlər taksi qiymətlərində müşahidə olunan kəskin artımı yalnız tıxac, yanacaq və digər xərclərlə izah etmək düzgün deyil. Bunlar artıq nəticələrdir. Biz çox vaxt, həmişəki kimi, nəticənin üzərində baş sındırırıq, amma nəticəni yaradan səbəbləri kifayət qədər araşdırmırıq. İqtisadiyyatd
11:17 132 "Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin"
Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüş çərçivəsində Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadə ilə söhbətləşib. "Qafqazinfo" xəbər verir ki, onların arasında səmimi dialoq yaşanıb. Həmin dialoqu təqdim edirik:. Şeyxülislam Allahşükür Paşazadə: Mən də siz
17:01 136 Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərində
12:38 141 Ucuz evin arxasında nə dayanır? - Alıcılar üçün vacib xəbərdarlıq
"Maklerlərin ucuz qiymətə torpaq sahələri alaraq üzərində fərdi yaşayış evləri tikib satışa çıxarması bazarda rast gəlinən praktikadır. Lakin burada əsas məsələ evin ucuz və ya yeni tikilmiş olması deyil, həmin əmlakın hüquqi statusunun və sənədlərinin nə dərəcədə qaydasında olmasıdır". Bun
15:09 162 İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmas
18:55 37 Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəy
15:22 205 "Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz, doğma və dəyərli bir hissəsidir" - millət vəkili Bəhruz Məhərrəmov
"Obyektiv mövqeli və regionla bağlı ciddi araşdırmalar aparmış tarixçilər də təsdiq edər ki, Qafqazın çoxəsrlik tarixi-siyasi mənzərəsi nəzərdən keçirildikdə, Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün xristian irsinin birbaşa Qafqaz Albaniyasının dövlətçilik və mədəniyyət salnaməsinə aid olduğ
18:13 107 "Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq"
"Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi". "Qafqazinfo" xəbə
17:08 120 "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"
"Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb". "Qafqazinfo"
17:18 128