Bakıda oğlan sevgilisini daşla öldürdü – Məhkəmədə ŞOK ETİRAFLAR
Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandırıb.
Təqsirləndirilən İgid Rəcəbzadə hadisəni belə nəql edib:
"Əvvəlcədən razılaşmışdıq, paltar almaq istəyirdi. Buna görə Maştağadakı ticarət mərkəzinə getmişdik. Sonra o evə qayıtmaq istədi, taksiyə mindik yola düşdük. Anidən dedi ki, mən düşmək istəyirəm soruşdum ki, niyə? Cavab vermədi. Mən də onun arxasınca getdim və qışqıraraq soruşdum ki, niyə düşdün, hara gedirsən? Yenə cavab vermədi.
Öz-özünə danışır, məni açıq-aşkar təhqir edirdi. Ağzına gələn sözləri deyirdi. Dedim, axı biz bu qədər vaxtdır bir yerdəyik, gəzmişik niyə belə davranırsan? O, təhqirlərini davam etdirdi. Birdən telefonuna zəng gəldi, danışdı və yenidən qışqırmağa başladı. Mənə qarşı müqavimət göstərdi. Yanımda olan daşla bir dəfə vurdum, yerə yıxıldı. O an nə etdiyimi anlamadım. Hadisə yerindən uzaqlaşdım. Sonra geri qayıdanda gördüm ki, o artıq ölüb. Hadisə yerində heç kim yox idi. Sonra 15-ci Polis Bölməsinə gedərək təslim oldum".
Dövlət ittihamçısının suallarını cavabladıran təqsirləndirilən şəxs zərərçəkəni Zabratdan tanıdığını bildirib:
"Hər gün qarşılaşırdıq. Təxminən bir ilə yaxın münasibətimiz olub. Bacısının evində qalırdı, biz də orada tez-tez görüşürdük. Əslində, ilk dəfə işlədiyi restorandan tanımışam. Oradan ünsiyyətimiz başlayıb. Hadisəyə səbəb mənə nalayiq ifadələr işlətməyi olub".
Prosesdə təqsirləndirilən şəxsin ilkin ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyət olub. Belə ki, ilkin ifadəsində qadını 20 kiloqramlıq daşla vurduğunu bildirsə də, hazırkı ifadəsində onu kiçik ölçülü daşla öldürdüyünü qeyd edib.
O, ifadəni oxumadan imzaladığını bildirib.
Zərərçəkmişin hüquqi varisinin ifadəsinin alınması məqsədilə növbəti məhkəmə iclası sentyabrın 16-na təyin olunub.
Qeyd edək ki, 2024-cü ilin dekabrın 17-də Sabunçu rayonu ərazisində 33 yaşlı Elnarə İbrahimovanın ölməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalara əsasən qadının qeyri-rəsmi nikah münasibətində yaşadığı 29 yaşlı İgid Rəcəbzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı baş nahiyəsinə daş parçası ilə xəsarət yetirilərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İgid Rəcəbzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Fidan Fərmanlı
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1140 Tarix: 29 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda taksi qiymətləri niyə artır? Problemi tarifdə yox, xərclərdə axtarmaq lazımdır
"Bakıda son günlər taksi qiymətlərində müşahidə olunan kəskin artımı yalnız tıxac, yanacaq və digər xərclərlə izah etmək düzgün deyil. Bunlar artıq nəticələrdir. Biz çox vaxt, həmişəki kimi, nəticənin üzərində baş sındırırıq, amma nəticəni yaradan səbəbləri kifayət qədər araşdırmırıq. İqtisadiyyatd
11:17 132 "Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin"
Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüş çərçivəsində Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadə ilə söhbətləşib. "Qafqazinfo" xəbər verir ki, onların arasında səmimi dialoq yaşanıb. Həmin dialoqu təqdim edirik:. Şeyxülislam Allahşükür Paşazadə: Mən də siz
17:01 136 Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərində
12:38 141 Ucuz evin arxasında nə dayanır? - Alıcılar üçün vacib xəbərdarlıq
"Maklerlərin ucuz qiymətə torpaq sahələri alaraq üzərində fərdi yaşayış evləri tikib satışa çıxarması bazarda rast gəlinən praktikadır. Lakin burada əsas məsələ evin ucuz və ya yeni tikilmiş olması deyil, həmin əmlakın hüquqi statusunun və sənədlərinin nə dərəcədə qaydasında olmasıdır". Bun
15:09 162 İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmas
18:55 37 Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəy
15:22 205 "Udi icması Azərbaycanın çoxmədəniyyətli cəmiyyətinin ayrılmaz, doğma və dəyərli bir hissəsidir" - millət vəkili Bəhruz Məhərrəmov
"Obyektiv mövqeli və regionla bağlı ciddi araşdırmalar aparmış tarixçilər də təsdiq edər ki, Qafqazın çoxəsrlik tarixi-siyasi mənzərəsi nəzərdən keçirildikdə, Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün xristian irsinin birbaşa Qafqaz Albaniyasının dövlətçilik və mədəniyyət salnaməsinə aid olduğ
18:13 107 "Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq"
"Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi". "Qafqazinfo" xəbə
17:08 120 "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"
"Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb". "Qafqazinfo"
17:18 128