Planetin ən yaşlı pişiyi 30 yaşını qeyd etdi

Planetin ən yaşlı pişiyi 30 yaşını qeyd etdiPişiklər aləmində gerçək sensasiyaya çevrilən Milly adlı pişik bu il tam 30 yaşını qeyd etdi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin Stokport şəhərində yaşayan 70 yaşlı Lesli Qrinhaff əmindir ki, 1995-ci ildə doğulan üçrəngli sevimlisi Milly hazırda Yer kürəsinin ən yaşlı pişiyidir. Bu təsirli yubileyi qeyd etmək üçün Lesli Milly üçün ad günü tortu ilə xüsusi bayram təşkil edib.

Millynin uzunömürlülük sirri nədir?

Lesli Qrinhaff Milly-nin uzun ömrünün çox qeyri-adi səbəbləri olduğunu deyir:

Milly sakit həyat tərzi sürür və yalnız günorta yuxudan oyanır.

O, yalnız "Buxton" markalı su içir.

Qidalanmasında isə ləzzətli yeməklər yer alır

Losos balığı, krevet, toyuq və ton balığı.

Sahibi deyir ki, Milly diqqətə və insanlara qarşı sevgilidir. Hər səhər oyandıqdan sonra əvvəlcə oynayır, sonra isə sahibinin dizində və ya günəş altında uzanaraq dincəlir. Lesli zarafatla deyir: "Ona saat lazım deyil – onun daxili saatı dəqiq işləyir!"

Milly və Leslinin həyat hekayəsi

Millynin hekayəsi Leslinin şəxsi həyatı ilə də sıx bağlıdır. Əslində, Milly ilk olaraq Leslinin mərhum həyat yoldaşı Pola məxsus idi. Pola 1995-ci ildə pişiyi 3 aylıq olarkən evə gətirmişdi. Lesli Milly ilə 2012-ci ildə tanış olub – tanışlıq saytında Pola ilə danışarkən pişiyin miyoltusunu eşidib. 2020-ci ildə Pola COVID-19-dan vəfat etdikdən sonra, həm Lesli, həm də Milly çətin dövr keçiriblər. Milly yeməkdən imtina edirdi. Lakin sevimli krevet və toyuq yeməklərinin sayəsində yenidən öz normal ritminə qayıdıb.

Xarakteri və rekord arzusu

Leslinin fikrincə, Milly-nin bu qədər uzun yaşamasına onun xarakteri də təsir edib. Qonşu pişiklərlə toqquşmalardan sonra Milly tam bir ev pişiyinə çevrilib, daha ehtiyatlı və sakit xasiyyət qazanıb.

Hazırda Lesli sadəcə bir arzusu olduğunu deyir:

Millynin yaşını rəsmi olaraq Ginnesin Rekordlar Kitabında qeyd etdirmək. Lesli deyir ki, Millynin doğumunun əsas sübutu yalnız həyat yoldaşı Pola ola bilərdi. Amma bu arzu reallaşmasa belə, Milly divan arxasında və ya sahibinin yatağında dincələrək sübut edir ki, pişiklər üçün 30 yaş heç də son deyil.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 842   Tarix: 29 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

15.11.2026 182
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

15.11.2026 270
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

15.11.2026 200
.

Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi

15.11.2026 148
.

İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk

15.11.2026 166
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

15.11.2026 204
.

Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd

15.11.2026 202
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15.11.2026 176
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

15.11.2026 169
.