Yuxulu sürücülər 1 ayda 21 qəza törətdi

Yuxulu sürücülər 1 ayda 21 qəza törətdiSon günlər respublika əhəmiyyətli magistral yollarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında yuxulaması ilə bağlıdır. Təkcə son bir ay ərzində bu səbəbdən ölüm və xəsarətlə nəticələnən 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilir:

"Hadisələrin təhlili göstərir ki, isti hava şəraitində səhhətində problemi olan, yuxu gətirən dərman preparatları qəbul edən, yaşı 60-dan yuxarı olan, gecə və uzun növbəli iş rejimində çalışan, uzaq məsafələrə fasiləsiz səfər edən, yuxu pozuntularından əziyyət çəkən, xroniki yorğunluğu olan, eləcə də alkoqol qəbulundan sonra psixofizioloji baxımdan hələ tam bərpa olunmamış sürücülər arasında sükan arxasında yuxulama hallarına daha tez-tez rast gəlinir. Belə vəziyyətdə avtomobil idarə etmək qəza riskini dəfələrlə artırır və nəticələr çox zaman ağır olur".

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri

– yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə,

– soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə günün daha sərin saatlarında yola çıxmağa,

– uzaq məsafələrə səfər zamanı hər 2 saatdan bir qısa müddətli fasilə verməyə,

– alkoqoldan istifadə etmiş sürücülərin, bədənlərində qalıq təsirlər davam etdiyi müddətdə avtomobil idarə etməməyə çağırır.

"Unutmayın, sükan arxasında bir anlıq yuxululuq bir ömürlük peşmançılığa səbəb ola bilər", - DYP-dən bildirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 693   Tarix: 29 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ebolanın cənginə aldığı şəhərə BASQIN: 30 dinc sakin öldürüldü

Konqoda Ebola virusunun yayıldığı əsas bölgələrdən biri olan Beni şəhəri ətrafında silahlıların hücumları nəticəsində 30-dan çox insan ölüb. xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb. Məlumata görə, çərşənbə günü səhər tezdən Beni ətrafındakı üç kəndə edilən basqınlar zaman

04.06.2026 208
.

Dünyanın ən xoşbəxt şəhərləri açıqlandı (SİYAHI)

Hər il dərc olunan "Xoşbəxt Şəhər İndeksi" hesabatının 2026-cı il nəticələri açıqlanıb. Qaynarinfo xəbər verir ki, reytinq şəhərlərin idarəetmə, vətəndaş iştirakçılığı, iqtisadiyyat, səhiyyə, ətraf mühit və nəqliyyat kimi sahələrdəki göstəricilərinə əsasən tərtib olunub. Siyahıya görə dünyanı

04.06.2026 121
.

İşlədiyi istixanada cərəyan vurdu, vəziyyəti ağırdır

Salyan rayonunda istixanaların birində bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, iyunun 3-ü saat 13 radələrində Qəbələ rayon sakini 1975-ci il təvəllüdlü Şahnəzər Şahverən oğlu Hafizovu işlədiyi Qaraçala qəsəbəsinin ərazisindəki istixanada elektrik cərəyanı vurub. Xəstəxanaya yerləşdirilmi

04.06.2026 227
.

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.80% artaraq 4.502 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.03% bahalaşaraq 73.71 ABŞ dolları təşkil edib

04.06.2026 138
.

"Fənərbaxça"nın prezidenti həbs olundu

Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Sadettin Saran barəsində qanunsuz mərc oyunlarının təşviqi ittihamı üzrə məhkəmə qərarı elan olunub. yerli mediaya istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən, o, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə qərarını

04.06.2026 201
.

"Dünyanın ən zəngin pişiyi" mirasını ala bilmədi

Moda dünyasının ikonası Karl Lagerfeldin 2019-cu ildə vəfatından sonra 1,7 milyon avroluq mirasla "dünyanın ən zəngin pişiyi" kimi tanınan Choupettein əslində bu mirasdan bir qəpik belə ala bilmədiyi məlum olub. Lagerfeldin vəsiyyətinin yerinə yetirilməsi üçün bahalı vəkillər tutduğunu bildirə

04.06.2026 197
.

Mariya Zaxarova Qərbin Ermənistanla bağlı planlarından danışdı

Qərbin Ermənistanın nadir torpaq ehtiyatlarına marağı var. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a açıqlamasında bildirib. Diplomatın sözlərinə görə, "təəssüf ki, Qərbdə hələ də 'ələ keçirmək, soymaq, mənimsəmək, alçaltmaq və məh

04.06.2026 188
.

Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb

Ermənistan və ABŞ TRIPP layihəsi üzrə çərçivə sazişini imzalayıb. "Armenpress" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Xarici İşlər Nazirliyi sənədin ilkin olaraq mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflandığını xatırladıb

04.06.2026 125
.

Vikinqlər haqqında təəccübləndirən fakt: Buynuzlu dəbilqələr əfsanə imiş

Populyar filmlərdə və seriallarda vikinqlərin ən tanınan simvollarından biri kimi təqdim olunan buynuzlu dəbilqələrin tarixi gerçəkliklə uyğun gəlmədiyi elmi araşdırmalarla bir daha təsdiqlənib. Danimarkada aşkarlanan və uzun müddət Vikinq dövrünə aid olduğu güman edilən bəzi dəbilqələrin aparılan analizlə

04.06.2026 101
.

TOP MP3