Hikmət Hacıyev: "Zəngəzur dəhlizində hər hansı xarici ölkənin və ya şirkətin iştirakı Ermənistanın seçimidir"

Hikmət Hacıyev: "Zəngəzur dəhlizində hər hansı xarici ölkənin və ya şirkətin iştirakı Ermənistanın seçimidir"Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə verdiyi müsahibədə ABŞ şirkətinin Zəngəzur dəhlizindəki roluna dair yayılan xəbərlərə münasibət bildirib.

Hacıyev vurğulayıb ki, bu məsələnin həlli Ermənistanın qərarına bağlıdır: "Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz Transqafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq" – deyə o, əlavə edib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Hacıyevin bu sözləri, Bakının birbaşa İrəvana, dolayı yolla isə Vaşintona cavabı kimi qiymətləndirilə bilər. Məlum olduğu kimi, qısa müddət öncə İspaniyanın "Periodista Digital" nəşrində yayılan mübahisəli məqalədə Ermənistan hökumətinin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinə nəzarəti ABŞ-a verməyə razılaşdığı iddia edildi. Nəşr yazır ki, hətta bu istiqamətdə memorandum imzalanıb və sənəd Ermənistanın Sünik rayonu (Zəngəzur-.red) ərazisindən keçməklə, Azərbaycanın Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Marşruta da müvəqqəti olaraq "Tramp körpüsü" adı verilib:
Hikmət Hacıyev: "Zəngəzur dəhlizində hər hansı xarici ölkənin və ya şirkətin iştirakı Ermənistanın seçimidir""Ən diqqətçəkən məqam isə dəhlizin özəl Amerika şirkəti tərəfindən idarə olunması iddiasıdır. Burada söhbət nizami ordudan yox, 1000-ə yaxın döyüşçüdən ibarət özəl hərbi şirkətdən gedir. Bu qüvvələr dəhlizin təhlükəsizliyini təmin edəcək və marşrutdan əldə olunan gəlirin yalnız 30%-i İrəvana veriləcək.
Nəşrin iddiasına görə, memorandum artıq Ermənistan, Azərbaycan və ABŞ tərəfindən təsdiqlənib. Lakin Hikmət Hacıyevin açıqlamasından belə nəticə çıxarmaq olar ki, ortada təsdiqlənmiş bir sənəd yoxdur. İstisna deyil ki, Vaşinqton tərəflərə bu məzmunda memorandum təklif edib və müəyyən təzyiqlər də göstərib. Ancaq bütün bunlara rəğmən, İrəvandan fərqli olaraq Bakının belə bir təklifi qəbul etməsi gözlənilmir.
Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı siyasəti praqmatik və çoxvektorlu xarakter daşıyır. Bakı regional iqtisadi inteqrasiyanı təşviq edir, eyni zamanda təhlükəsizlik risklərini qabaqcadan nəzərə alaraq ehtiyatlı addımlar atır. ABŞ və Ermənistan arasında imzalanmış memorandumun detallarına rəsmi təsdiq verilməsə də, belə bir gediş Azərbaycanın maraqlarına uyğun deyil. Xüsusilə də 1000 nəfərdən ibarət özəl hərbi şirkətin dəhlizə nəzarət etməsi məsələsi…
ABŞ-ın layihəyə hərbi komponent əlavə etməsi, regionda güc balansını dəyişməyə yönəlməsi Azərbaycanın maraqlarına uyğun gəlmir. Əgər Bakı dəhlizə nəzarəti başqa ölkəyə vermək niyyətində olsaydı, Rusiya ilə əməkdaşlığı davam etdirərdi. Bu baxımdan, Hikmət Hacıyevin açıqlaması Azərbaycanın ABŞ təklifinə birbaşa "yox" demədən, məsafəli və ehtiyatlı yanaşdığını göstərir.
Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, Ermənistanın dəhlizdə kiminlə işləmək istəməsi onun seçimidir. Bakı isə enerji və nəqliyyat siyasətini suverenlik prinsipi əsasında həyata keçirir.
Bakı alternativ marşrutlar üzərində işləməklə həm siyasi çevikliyini qoruyur, həm də İrəvanla aparılan müzakirələrdə təzyiq imkanlarını artırır. Hacıyevin, "Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz Transqafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq", – sözləri bunu təsdiqləyir.
Hacıyev açıqlamasında İran və Gürcüstanı xüsusi olaraq qeyd edir ki, bu da təsadüfi deyil. Azərbaycan Zəngəzur dəhlizinin alternativ marşrutlarını məhz bu iki ölkə istiqamətində inkişaf etdirir. İran vasitəsilə Naxçıvanla quru bağlantının gücləndirilməsi, eləcə də Gürcüstan üzərindən Avropa bazarlarına çıxış imkanı ölkəmizin manevr sahəsini genişləndirir. Prezidentin köməkçisi hələ 2023-cü ildə "Politico" nəşrinə müsahibəsində demişdi: "Tərəflər Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gələ bilmədikdən sonra, layihə bizim üçün cəlbediciliyini itirib. Biz bunu İranla yerinə yetirə bilərik Məsələ hələ də masanın üstündədir, lakin Ermənistan tərəfi bununla həqiqətən maraqlandıqlarını göstərmək üçün tələb edəcək."
Bakı həmçinin bilir ki, İran ABŞ-ın regiondakı hərbi varlığına qarşı sərt reaksiya verəcək. Bu səbəbdən "topu" İrəvana ataraq bir daha alternativ marşrutlara üstünlük verdiyi mesajını çatdırır. Bununla da İran və Rusiyanın ehtimal olunan reaksiyalarından özünü sığortalayır.
Nəticə etibarilə, Hikmət Hacıyevin açıqlaması göstərir ki, Bakı üçün əsas məsələ suverenliyə hörmət, regional əməkdaşlıq və uzunmüddətli sabitliyin təmin olunmasıdır. ABŞ-Ermənistan memorandumu olsun, ya da olmasın, Azərbaycan öz yolunu seçir. Zəngəzur dəhlizinin hansısa xarici ölkə və ya beynəlxalq şirkətin nəzarətinə verilməsinə isə isti yanaşmır. Hətta belə şərtlərlə dəhlizin açılması məsələsi gündəmdən çıxarıla və prosesdə arxa plana keçə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1031   Tarix: 28 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlərin həyata keçirilir. Birliyin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində monitoringlər həyata keçirilir və qurumuş

12:19 193
.

Asahi: Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər

Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər. "Report"un "Asahi"yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir. Yaxı

13.09.2026 259
.

"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində "Kyrgyzaltyn" ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov ilə görüş keçirilib. Bişkek şəhərində keçirilən görüşdə "AzerGold"

14:02 150
.

Dövlət Suverenliyi Günü - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin rəmzi

Dövlət Suverenliyi Günü Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan, milli iradənin, ərazi bütövlüyünün və müstəqil dövlətçilik prinsipinin təntənəsini ifadə edən mühüm tarixi gündür. Bu günün mahiyyətində Azərbaycan dövlətinin öz ərazisi üzərində tam hakimiyyətinin təmin olunması

11:10 195
.

Erməni siyasətçidən xəbərdarlıq: Rusiya bazasının yerini Türkiyə tuta bilər

Ermənistanın "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan bildirib ki, 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasından sonra Türkiyə dərhal Rusiyanın yerini tuta bilər. xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. "Biz taleyin ümidinə buraxılacağıq

11:11 178
.

"Endirimə qoyulan məhsulların istifadə müddəti bitib" - "Adore"dan şikayət

Nərmin adlı müştəri "Adore" mağazasında vaxtı keçmiş məhsulların satıldığını iddia edib. Axşam.az xəbər verir ki, Nərmin mağazadan 50 faiz endirimlə bir neçə məhsul aldığını, evdə isə onların istifadə müddətinin keçdiyini gördüyünü deyib. Onun sözlərinə görə, məhsullardan istifadə etdikdə

10:34 199
.

"Hər kəs iş adamı ola bilər, amma işi idarə edə bilməz" - iş adamı Elşad Qoqayev

"Bu gün biznes qurmaq, şirkət yaratmaq və fəaliyyətə başlamaq əvvəlki illərlə müqayisədə daha asandır. Lakin əsas məsələ biznesi qurmaq deyil, onu böyütmək, bazarda mövqeyini qorumaq və uzunmüddətli perspektivdə həmin sahədə qala bilməkdir. Əsl çətinlik də məhz bundan sonra başlayır". Bun

14:13 178
.

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb. "Report"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə KDR hakimiyyəti məlumat yayıb. Qeyd olunur ki, mayın ortalarında "Bundibugyo" virusunun nadir ştammını

13.09.2026 264
.

David Seliverstov qarayaxma kampaniyası ilə bağlı Samir Nuriyevə və Əhməd İsmayılova MÜRACİƏT ETDİ

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri. cənab Samir Nuriyevə. Azərbaycan Respublikasının Media və Yayım Şurasının sədri. cənab Əhməd İsmayılova. MÜRACİƏT. Hörmətli cənablar,. Mən, David Seliverstov, son dövrlərdə adım, fəaliyyətim və şəxsi həyatımla bağlı müxtəlif media resurslarınd

11:08 201
.