Məsciddə yatarkən bıçaqlanaraq qətlə yetirilən şəxsin qohumu: "Bütün kənd onun başına and içirdi"

Məsciddə yatarkən bıçaqlanaraq qətlə yetirilən şəxsin qohumu: "Bütün kənd onun başına and içirdi"Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində məsciddə dəhşətli qətl hadisəsi baş verib.

1990-cı il təvəllüdlü Nadir Səfər oğlu Səfərov yatdığı vaxt kəsici-deşici alətlə qətlə yetirilib. Ona 30-a yaxın bıçaq zərbəsi endirilib.

"Aralarında heç bir problem olmayıb. Bəzən deyirlər ki, günah öləndə olur. Amma bu, belə deyil. 35 yaşı var idi, ailə həyatı qurmamışdı", - mərhumun qohumu bildirib.

N.Səfərovun qonşusu isə onun hörmətli şəxs kimi tanındığını söyləyib:

"Sakit adam idi. Bütün kənd onun başına and içirdi".

Daha ətraflı Baku Tv-nin videomaterialında:

11:41

İyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən "İmamzadə" məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Oxu.Az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

"İlkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub", - məlumatda qeyd edilib.

09:41

İyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində 32 bıçaq zərbəsi ilə qətlə yetirilən Nadir Səfərovun fotoları ortaya çıxıb.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, gecə saat 4 radələrində 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə qətlə yetirilib.

Qeyd edək ki, keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Məmmədov artıq polis tərəfindən saxlanılıb.

Qətlə yetirilən N.Səfərovun Bülbülədə xeyriyyəçi kimi tanındığı qeyd edilir.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Məsciddə yatarkən bıçaqlanaraq qətlə yetirilən şəxsin qohumu: "Bütün kənd onun başına and içirdi"Məsciddə yatarkən bıçaqlanaraq qətlə yetirilən şəxsin qohumu: "Bütün kənd onun başına and içirdi"Məsciddə yatarkən bıçaqlanaraq qətlə yetirilən şəxsin qohumu: "Bütün kənd onun başına and içirdi"00:52

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən İmam Məhəmməd Sadiq İmamzadə məscidində, iyulun 26-da, saat 16 radələrində baş verib.

Ərazidə yaşayan sakinlər bildiriblər ki, qətlə yetirilən şəxs qəsəbədə nüfuzlu insan olub.

1990-cı il təvəllüdlü Nadir Səfər oğlu Səfərov həmin gün namazını qıldıqdan sonra elə məsciddə dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda yatıb. O, yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib. Ona 30-a yaxın bıçaq zərbəsi vurulub.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Elşad oğlu Məmmədovu saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Ətraflı süjetdə:

https://www.youtube.com/watch?v=L8YzCTM_Q6U


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2608   Tarix: 28 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlərin həyata keçirilir. Birliyin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində monitoringlər həyata keçirilir və qurumuş

12:19 193
.

Asahi: Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər

Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər. "Report"un "Asahi"yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir. Yaxı

13.09.2026 259
.

"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində "Kyrgyzaltyn" ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov ilə görüş keçirilib. Bişkek şəhərində keçirilən görüşdə "AzerGold"

14:02 150
.

Dövlət Suverenliyi Günü - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin rəmzi

Dövlət Suverenliyi Günü Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan, milli iradənin, ərazi bütövlüyünün və müstəqil dövlətçilik prinsipinin təntənəsini ifadə edən mühüm tarixi gündür. Bu günün mahiyyətində Azərbaycan dövlətinin öz ərazisi üzərində tam hakimiyyətinin təmin olunması

11:10 195
.

Erməni siyasətçidən xəbərdarlıq: Rusiya bazasının yerini Türkiyə tuta bilər

Ermənistanın "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan bildirib ki, 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasından sonra Türkiyə dərhal Rusiyanın yerini tuta bilər. xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. "Biz taleyin ümidinə buraxılacağıq

11:11 178
.

"Endirimə qoyulan məhsulların istifadə müddəti bitib" - "Adore"dan şikayət

Nərmin adlı müştəri "Adore" mağazasında vaxtı keçmiş məhsulların satıldığını iddia edib. Axşam.az xəbər verir ki, Nərmin mağazadan 50 faiz endirimlə bir neçə məhsul aldığını, evdə isə onların istifadə müddətinin keçdiyini gördüyünü deyib. Onun sözlərinə görə, məhsullardan istifadə etdikdə

10:34 199
.

"Hər kəs iş adamı ola bilər, amma işi idarə edə bilməz" - iş adamı Elşad Qoqayev

"Bu gün biznes qurmaq, şirkət yaratmaq və fəaliyyətə başlamaq əvvəlki illərlə müqayisədə daha asandır. Lakin əsas məsələ biznesi qurmaq deyil, onu böyütmək, bazarda mövqeyini qorumaq və uzunmüddətli perspektivdə həmin sahədə qala bilməkdir. Əsl çətinlik də məhz bundan sonra başlayır". Bun

14:13 178
.

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb. "Report"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə KDR hakimiyyəti məlumat yayıb. Qeyd olunur ki, mayın ortalarında "Bundibugyo" virusunun nadir ştammını

13.09.2026 264
.

David Seliverstov qarayaxma kampaniyası ilə bağlı Samir Nuriyevə və Əhməd İsmayılova MÜRACİƏT ETDİ

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri. cənab Samir Nuriyevə. Azərbaycan Respublikasının Media və Yayım Şurasının sədri. cənab Əhməd İsmayılova. MÜRACİƏT. Hörmətli cənablar,. Mən, David Seliverstov, son dövrlərdə adım, fəaliyyətim və şəxsi həyatımla bağlı müxtəlif media resurslarınd

11:08 201
.