Xəstələrin dərman dərdi - Xərcləri artıran səbəblər nələrdir?

Xəstələrin dərman dərdi - Xərcləri artıran səbəblər nələrdir?Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərclər ilbəil artır. Bu ilin yanvar-iyun aylarında ölkəmizə 259 milyon 390 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.6 faiz çoxdur. Hesabat dövründə Azərbaycan həmçinin 1.712 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə bir il əvvələ nisbətən 23.4 faiz azdır. Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2.25 faizini, ixrac isə ümumi ixracın 0.01 faizini təşkil edib.

Maraqlıdır, dərmana çəkilən xərclər niyə davamlı olaraq artır? Getdikcə daha çox xəstələnirikmi, yoxsa qiymətlər bahalaşır? Ümumiyyətlə, mövcud bazarda vəziyyəti necə qiymətləndirmək olar?

Milli.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Yerli istehsalın genişləndirilməsinə ehtiyac var"

İqtisad elmləri doktoru, professor Rüfət Quliyevin sözlərinə görə, Azərbaycanda dərman vasitələrinin 90-95 faizi xaricdən gətirilir. Bu vəziyyət hər il çəkilən xərclərin artmasına səbəb olur: "Ona görə yerli istehsala ciddi diqqət ayrılmalıdır. Məsələn, Türkiyə dünyada tanınmış dərman istehsalçısı ölkələrindəndir. Bu ölkənin şirkətlərini Azərbaycana dəvət etmək olar ki, burada öz şəbəkələrini açsınlar. Bazar genişdir, 10 milyondan çox əhalimiz var. Eyni dərmanları gəlib burada istehsal etsinlər". R.Quliyev qeyd edir ki, dövlət artıq bu sahədə əlverişli imkanlar yaradıb. İndi isə sahibkarların təşəbbüs göstərməsi vacibdir: "Hər şeyi dövlət etməməlidir. İran şirkətləri artıq burada istehsala başlayıblar. Türkiyə şirkətləri də gəlib həm istehsal, həm də satışla məşğul ola bilərlər. Yerli istehsalın inkişafı dərman qiymətlərinə də təsir edə bilər. Əgər bu baş tutsa, bir çox dərman vasitələrinin qiymətində 40-45 faizədək azalma müşahidə oluna bilər".

Xərcləri artıran üç əsas amil

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə dərman bazarındakı dəyişikliklərin yalnız ölkədaxili deyil, qlobal proseslərlə bağlı olduğunu vurğulayır: "Dərmanların çeşidi artır, ayrı-ayrı ölkələrdən gələn dərmanların sayında da artım var. Bu, qiymətlərə təsir edir. Eyni zamanda, inflyasiyaya uyğun olaraq artım var. Digər tərəfdən, müəyyən qədər əhali artımı var və dərmanlara olan tələbat getdikcə artmaqdadır. Bu üç amil dərmanların qiymətinə təsir edir. Dərmanlarda qiymət artımı Avropa ölkələrində də müşahidə edilir. Biz bu barədə məlumatlıyıq. Sadəcə, orada bütün tibbi xərcləri icbari tibbi sığorta qarşıladığına görə vətəndaşlar qiymət artımını o qədər hiss etmirlər. Bizdə də bu modelə keçid vacibdir".

"Vergi yükü problemlər yaradır"

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev hesab edir ki, dərman idxalına çəkilən xərclərin artması sahibkarların üzləşdikləri çətinliklərdən qaynaqlanır. Onun sözlərinə görə, əsas problem isə Tarif Şurasının müəyyən etdiyi qiymət siyasətidir: "Xarici istehsalçılar Azərbaycan bazarını kiçik və qeyri-cəlbedici hesab etdiklərindən məhsullarını aşağı qiymətlə təqdim etmək istəmirlər. Əgər bir dərmanın satış qiyməti bir manatdırsa və istehsalçının təklif etdiyi qiymət də bir manata bərabərdirsə, bu, sahibkar üçün sərfəli deyil. Nəticədə həmin məhsulun idxalı dayandırılır və bazarda qıtlıq yaranır. Eyni zamanda, qeydiyyatsız və qeyri-legitim dərman vasitələrinin artmasına səbəb olur. Xəstələr ehtiyac duyduğu dərmanları apteklərdə tapa bilmirlər. İmkanı olanlar onları xaricdən gətizdirir, olmayanlar isə vasitəçilərə müraciət edir. Bu isə qanuni ticarətin zəifləməsinə və nəzarətsiz bazarın formalaşmasına gətirib çıxarır".

A.Xudiyev onu da bildirir ki, qeydiyyat prosedurlarının çətin və uzunmüddətli olması yeni dərman məhsullarının Azərbaycana daxil olmasını əngəlləyir: "Bu həm də bazarda rəqabəti azaldır".

Assosiasiya rəhbəri dərman vasitələrinin ƏDV-dən azad edilməsini vacib sayır. O, bu yükün həm sahibkar, həm də vətəndaş üçün ciddi problem olduğunu vurğulayır: "Dərman strateji məhsuldur, bir çox ölkələrdə ƏDV-dən azaddır. Bizdə isə həm vətəndaş, həm də sahibkar bu yükü daşıyır. İcbari tibbi sığorta dərmanları ƏDV-siz alırsa, vətəndaş niyə ƏDV ödəməlidir? Bu təzad aradan qaldırılmalıdır".

Yeni dərmanlara çıxış məhduddur

Hazırda qeydiyyat və vergi problemləri səbəbindən bir çox əczaçılıq şirkətləri dərman idxalından çəkinərək qida əlavələrinə üstünlük verməyə başlayıblar. Assosiasiya rəhbəri bu meyili təhlükəli hesab edir: "Qida əlavələri dərman deyil və xəstənin müalicəsində effektiv nəticə vermir. Sadəcə prosedur baxımından daha rahat olduğu üçün şirkətlər ora yönəlirlər. Bu, həm həkimləri, həm xəstələri səhv yola aparır. Bu hal birbaşa olaraq vətəndaşın sağlamlığına təsir göstərir. Çünki düzgün dərman müalicəsi əvəzinə, effektivliyi elmi əsaslarla sübut olunmamış qida əlavələrindən istifadə artır".

A.Xudiyev bildirir ki, dünya dərman sənayesi sürətlə inkişaf etsə də, Azərbaycan bu proseslərdən kənarda qalır: "Dünyada hər ay onlarla yeni dərman qeydiyyata alınır. Lakin biz bu məhsullara çıxış əldə edə bilmirik. Nə istehsalçı, nə idxalçı üçün bu bazar cəlbedici deyil. Bu vəziyyət həm səhiyyə sisteminə, həm də ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Çünki nəzarətsiz şəkildə daxil olan məhsullar həm keyfiyyət baxımından şübhəlidir, həm də vergi və rüsum ödəmədən daxil olurlar".

Assosiasiya rəhbəri qeyd edir ki, bu problemlərlə bağlı dövlət qurumları ilə müxtəlif görüşlər keçirilib, lakin konkret nəticə yoxdur: "Müzakirələr masa arxasında qalır. Strateji qərarlar verilmir. Məsələn, hələ də gözləyirik ki, icbari tibbi sığorta ambulator müalicə alan xəstələrin dərman vəsaiti ilə təchizatını həyata keçirəcək. Verilən qərarlar icra olunsa, vətəndaşlara çox böyük dəstək olar. Hələ ki, icra olunmur. Biz istəyirik ki, sözlərlə yox, real addımlarla dəyişiklik olsun. Sahibkar razı qalarsa, vətəndaş da razı qalacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 839   Tarix: 27 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun əsası

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-c

11:05 165
.

Erməni siyasətçidən xəbərdarlıq: Rusiya bazasının yerini Türkiyə tuta bilər

Ermənistanın "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan bildirib ki, 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasından sonra Türkiyə dərhal Rusiyanın yerini tuta bilər. xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. "Biz taleyin ümidinə buraxılacağıq

11:11 178
.

Həmin sertifikatı Prezidentə təqdim etdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamın əvvəlki görüşləri məmnunluqla xatırlanıb. Ölkəmizlə Müsəlman Ağsaqqalları Şuras

12:52 158
.

28 May ərazisində 1 və 2 saylı marşrutlarla bağlı problem: sərnişinlər uzun müddət gözləyir

Bakının "28 May" metro stansiyası ərazisində 1 və 2 nömrəli marşrut avtobuslarının hərəkət intervalı ilə bağlı narazılıq yaranıb. Xüsusilə səhər saatlarında, işə və təhsil müəssisələrinə gedən sərnişinlərin çox olduğu pik vaxtlarda avtobusların uzun müddət gözlənilməsi ciddi çətinlik yaradır

10:50 180
.

Rusiya Ukraynaya kütləvi hücum etdi: Polşa sərhədinə yaxın ərazidə qatar vuruldu

Rusiya ordusunun Ukraynaya növbəti genişmiqyaslı hücumu zamanı Polşa sərhədinə yaxın ərazidə sərnişin qatarına zərbə endirilib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, hadisə Ukraynanın Yahodin stansiyası yaxınlığında, Polşa sərhədindən təxminən 2 kilometr məsafədə baş verib. Zərbə nəticəsində Kiyev-Varşav

15:57 127
.

Güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlərin həyata keçirilir. Birliyin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində monitoringlər həyata keçirilir və qurumuş

12:19 193
.

"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində "Kyrgyzaltyn" ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov ilə görüş keçirilib. Bişkek şəhərində keçirilən görüşdə "AzerGold"

14:02 150
.

Yəməndə husilərin güclənməsi regionda yeni qarşıdurma yarada bilər

Yəməndə vəziyyət getdikcə gərginləşir. Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlasalar da, proses qısa müddətdə husilərin xeyrinə dəyişib. Husilə

11:28 170
.

Dövlətçiliyə, hüquqa və milli suverenliyə verilən dəyər

Qalib xalqımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun ildönümünü Zəfər sevinci və xoş bayram ovqatı ilə qeyd edir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, Əsa

11:02 170
.