Zəngəzur dəhlizi və İranın davakar ritorikası
Zəngəzur dəhlizi ətrafında son proseslərdən, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda verdiyi açıqlamalardan və İspaniyanın nüfuzlu "Periodista Digital" nəşrinin nəqliyyat xətti ilə bağlı səs-küylü iddiasından sonra mövzu İranda yenidən fəal şəkildə müzakirə olunmağa başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan süjetdə bəhs edilir.
Bildirilir ki, ölkənin daxilində və xarici əlaqələrində ciddi problemlərin olmasına baxmayaraq, dəhlizlə bağlı hər gün dərc olunan çoxsaylı məqalələr və müxtəlif ekspertlərin çıxışları belə təəssürat doğurur ki, sanki İranın taleyi Zəngəzurda həll olunur.
SEPAH-a bağlı "Fars" informasiya agentliyi elə belə də yazıb: "Zəngəzur dəhlizi İran üçün sadəcə nəqliyyat yolu deyil, əslində həyati bir məsələdir".
Hətta rəsmi İrəvanın İspaniya nəşrinin yaydığı məlumatı təkzib etməsi də aranı sakitləşdirməyib:
"Həmin məlumat kontekstində bilavasitə İran hakimiyyətinə bağlı media resursları "təhlükə zəngi" ifadəsinin yer aldığı başlıqla çoxsaylı yazılar dərc etməyə davam ediblər. Diqqəti çəkən məqam budur ki, həmin yazılar içərisində təhlükənin böyüklüyünü qabartmağa və bir növ ehtirasları coşdurmağa xidmət edən konspiroloji yanaşmalar əksəriyyət təşkil edir və bütövlükdə Zəngəzur dəhlizi İrana qarşı qəsd kimi qələmə verilir.
İddia olunur ki, bu layihənin məqsədi İranı mühasirəyə almaq, onun geosiyasi boğulmasına nail olmaq, son nəticədə ölkənin ərazi bütövlüyünə qəsd edərək onu parçalamaqdır. Bu yanaşmada ilk növbədə işin arxasında İsrailin durduğu bildirilir və İran əleyhinə planlarda guya onun əsas müttəfiqi kimi Azərbaycan hədəfə alınır. Ümumiyyətlə, belə görünür ki, Zəngəzur dəhlizi mövzusundan İranda anti-Azərbaycan təbliğatın "təndirini isti saxlamaq" üçün sui-istifadə olunur və rəsmi Bakıya ünvanlanan çeşidli böhtanların formalaşdırdığı isterik atmosferdə hətta hərbi addımlar atılmasına da çağırışlar edilir".
Ətraflı süjetdə:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 818 Tarix: 26 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olub
"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstana işgüzar səfər çərçivəsində "Altynken" qızıl mədəni və "Kyrgyzaltyn" şirkətinin Kara-Balta şəhərində yerləşən affinaj zavodunu ziyarət edib. Nümayəndə heyəti Qırğızıstanı
15:15 76 Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb. "Report"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə KDR hakimiyyəti məlumat yayıb. Qeyd olunur ki, mayın ortalarında "Bundibugyo" virusunun nadir ştammını
13.09.2026 262 "Hər kəs iş adamı ola bilər, amma işi idarə edə bilməz" - iş adamı Elşad Qoqayev
"Bu gün biznes qurmaq, şirkət yaratmaq və fəaliyyətə başlamaq əvvəlki illərlə müqayisədə daha asandır. Lakin əsas məsələ biznesi qurmaq deyil, onu böyütmək, bazarda mövqeyini qorumaq və uzunmüddətli perspektivdə həmin sahədə qala bilməkdir. Əsl çətinlik də məhz bundan sonra başlayır". Bun
14:13 151 "Endirimə qoyulan məhsulların istifadə müddəti bitib" - "Adore"dan şikayət
Nərmin adlı müştəri "Adore" mağazasında vaxtı keçmiş məhsulların satıldığını iddia edib. Axşam.az xəbər verir ki, Nərmin mağazadan 50 faiz endirimlə bir neçə məhsul aldığını, evdə isə onların istifadə müddətinin keçdiyini gördüyünü deyib. Onun sözlərinə görə, məhsullardan istifadə etdikdə
10:34 195 David Seliverstov qarayaxma kampaniyası ilə bağlı Samir Nuriyevə və Əhməd İsmayılova MÜRACİƏT ETDİ
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri. cənab Samir Nuriyevə. Azərbaycan Respublikasının Media və Yayım Şurasının sədri. cənab Əhməd İsmayılova. MÜRACİƏT. Hörmətli cənablar,. Mən, David Seliverstov, son dövrlərdə adım, fəaliyyətim və şəxsi həyatımla bağlı müxtəlif media resurslarınd
11:08 188 Üçüncü dəfə qeyd edəcəyimiz Dövlət Suverenliyi Günü
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqını
10:57 154 "İsrailin hərbi-texnoloji dəstəyi Qarabağ müharibəsində həlledici rol oynayıb" - İqor Roytapel ilə EKSKLUZİV MÜSAHİBƏ
Azərbaycan Jewish Media-nın İsraildəki büro rəhbəri, politoloq və beynəlxalq ekspert İqor Roytapel Bakı və Qüdsün strateji alyansı və Qarabağ müharibəsinin geopolitik yekunları ilə bağlı BİG.AZ-a müsahibə verib. Sual: Beynəlxalq mətbuatın materiallarında, ölkə mediasında və AJM-in ekspert nəşrlərind
11:14 287 Yəməndə husilərin güclənməsi regionda yeni qarşıdurma yarada bilər
Yəməndə vəziyyət getdikcə gərginləşir. Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlasalar da, proses qısa müddətdə husilərin xeyrinə dəyişib. Husilə
11:28 156 Azərbaycanda bankların sayı niyə azalır? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda bank sektorunda son dövrlərdə birləşmə və struktur dəyişiklikləri yenidən gündəmə gəlib. Son olaraq Bank Respublika-nın AccessBank-ın 100 faiz səhmlərini almağı nəzərdə tutan strateji sövdələşmənin əsas şərtləri təsdiqlənib. Satışın 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır
11:46 187