Məşhur "qanuni oğru" həbsxanada insult keçirdi

Məşhur "qanuni oğru" həbsxanada insult keçirdiVasya Bandit ləqəbli "qanuni oğru" İqor Kokunov həbsxanada insult keçirib.

Lent.az xəbər verir ki, iylun 24-də kriminal avtoritetin səhhəti qəfil pisləşib, ona təcili yardım çağırılıb və o, Moskva klinikalarından birinin reanimasiya şöbəsinə aparılıb.
Kokunovun vəziyyətini sabitləşdirmək mümkün olub və artıq bu gün, iyulun 25-də o yenidən istintaq təcridxanasına qaytarılıb.

Həkimlər onun beynində xroniki işemiya (qan dövranının pozulması) aşkar ediblər. Bundan əlavə, Kokunovun ayaq damarlarında problemlər və böyrəklərində də ciddi pozuntular müəyyən edilib.

Vasya Bandit adı ilə tanınan İqor Kokunov kriminal dairələrdə əfsanəvi şəxsiyyət hesab olunur. Onu "köhnə məktəb"in "qanuni oğru"larından hesab edirlər. O, uşaq yaşlarından etibarən cinayət aləminin qayda və ənənələrinə sadiq qalaraq yaşayıb.

İlk dəfə 15 yaşında oğurluq üstündə məhkum olunub. Daha sonra isə daha ağır maddələrlə bir neçə dəfə mühakimə edilib. Lüks həyatı sevən biri kimi tanınıb. Müstəntiqlər və xüsusi təyinatlı dəstələr dəfələrlə onun yaşadığı ünvanlarda axtarış aparıblar.

2022-ci ildə cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda şübhəli bilinərək saxlanıldıqdan sonra Vasya Bandit ev dustaqlığından qaçmağı bacarıb. O, naməlum yollarla Avropaya gizli şəkildə keçib. Lakin 2024-cü ildə Monteneqro ilə Albaniya arasındakı sərhədi qeyri-qanuni yolla keçərkən saxlanılıb və Rusiyaya ekstradisiya edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1016   Tarix: 25 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şimali Koreya raket atışlarının döyüş atışlarının bir hissəsi olduğunu bildirir

Dövlət mediası KCNA-nın məlumatına görə, Şimali Koreya bazar ertəsi günü bildirib ki, şənbə günü bir neçə raket buraxması uzaq mənzilli artilleriya və raket bölmələrinin iştirak etdiyi döyüş atışlı təlimin bir hissəsidir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, KCNA-nın verdiyi məlumata görə, "birg

12:35 146
.

Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi

Xəzər TV yeni mövsümə start verib. Axşam.az xəbər verir ki, kanal ötən mövsümdə tamaşaçıların marağına səbəb olan "Xəbər ertəsi", "Qonaqcanlı", "Evdəkilərə salam", "Xəzər axşamı" və "Təsir dairəsi" proqramlarının yeni mövsümdə də yayımlanacağını açıqlayıb

15:03 94
.

Alimlər Yerin dərinliklərində suyun hələ 3 milyard il əvvəl mövcud olduğunu aşkar ediblər

Beynəlxalq geoloqlar qrupu suyun Yer kürəsinin dərin qatlarına nüfuz etdiyini və təxminən 3,1 milyard il əvvəl artıq vulkanik fəaliyyətə təsir göstərdiyini sübut edən dəlillər aşkar edib. "Report"un verdiyi məlumata görə, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub. Adelaid

13.09.2026 260
.

Sakit okeanda onlarla insanın olduğu bərə batıb

Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat

13.09.2026 281
.

David Seliverstov qarayaxma kampaniyası ilə bağlı Samir Nuriyevə və Əhməd İsmayılova MÜRACİƏT ETDİ

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri. cənab Samir Nuriyevə. Azərbaycan Respublikasının Media və Yayım Şurasının sədri. cənab Əhməd İsmayılova. MÜRACİƏT. Hörmətli cənablar,. Mən, David Seliverstov, son dövrlərdə adım, fəaliyyətim və şəxsi həyatımla bağlı müxtəlif media resurslarınd

11:08 188
.

Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?

Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki

13.09.2026 321
.

Süni intellekt insanlığın sonunu hazırlayır? - 10 faizlik risk həyəcan yaradır

Son günlər texnologiya dünyasının diqqət mərkəzində olan Anthropic şirkətindən gələn açıqlamalar bizə çox ciddi bir sual verir: Biz öz əllərimizlə öz sonumuzu hazırlayırıq?. Problemi və proqnozlaşdırılması çətin olan riskləri nəzərə alsaq, məsələyə daha ciddi və sistemli yanaşmaq lazımdır. Mövzu il

15:11 75
.

Güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlərin həyata keçirilir. Birliyin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində monitoringlər həyata keçirilir və qurumuş

12:19 173
.

Asahi: Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər

Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər. "Report"un "Asahi"yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir. Yaxı

13.09.2026 256
.