"Akula dişləri" olan 5 it cinsi

"Akula dişləri" olan 5 it cinsiBu it cinsləri mehriban və şirin görünə bilər, amma onların dişləri olduqca təhlükəli təsir bağışlaya bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, itlər, ümumiyyətlə, güclü diş quruluşuna malikdirlər və qarşılarına çıxan hər şeyi gəmirə bilirlər. Lakin məlum olub ki, bəzi kiçik ölçülü it cinslərində bir neçə sıra "akula dişlərinə bənzər" dişlər ola bilər.

Kiçik cins itlərdə tez-tez rast gəlinən bir problem "saxlanmış süd dişləri" dir. Bu, süd dişlərinin tökülməyərək böyüklərlə birlikdə ağızda qalması deməkdir. Bu da ağız boşluğunda sıxlıq və ikiqat diş sırası yaradır, nəticədə dişlər daha iti və nəzərəçarpacaq dərəcədə görünür.

Yorkşir Teryeri

Bu cinsin dişləri akula dişlərini xatırladır. Bu dişlər onların sevimli və tüklü bığlarının altında gizlənir. Eyni zamanda bu itlər balaca bədənlərində böyük xarakter daşıyırlar.

Lovet Pet Health Care klinikasının baytar həkimi Kerri Tarr deyir:

"Onların enerjisi və çılğınlığı bu cinsin cazibəsinin bir hissəsidir".

Çihuahua

Digər bir miniatür cins olan Çihuahua da qarşısına çıxan hər şeyi gəmirə bilir. Ancaq onların "akula" dişlərinin çox kiçik olması, zərər vermə ehtimalını azaldır.

Baytar Eymi Uorner əlavə edir

"Çihuahua balacadır, amma son dərəcə sədaqətlidir. Onlar bir insana dərin şəkildə bağlanır və olduqca etibarlı dostlardır".

Taksa

Taksa, kiçik ölçüsünə baxmayaraq, möhkəm və kəskin dişlərə sahibdir. Kinoloq Sara Rütten taksaları belə təsvir edir:

"Onlar çox maraqlıdır və ətrafı kəşf etməyi sevirlər. Lakin bu balaca dostlar çox yaxşı tərbiyə oluna bilir və ətrafdakılarla tez ünsiyyət qururlar. Onları divan gəmirəcəkləri yerinə gəzməyə təşviq edə bilərsiniz. Üstəlik, onlar əla yoldaşlardır".

Staffordşir Bullteryer

Bu cinsin akula dişləri və qaranlıq rəngli tükləri ilk baxışda qorxuducu görünə bilər. Amma əslində staffilərin olduqca mehriban və sahibinə sadiq itlər olduğu bildirilir.

Baytar həkim Keytlin Conson bildirir:

"Əgər evinizdə staffi varsa və ya bu cinsdən bir it almağı düşünürsünüzsə, onun gəmirə biləcəyi çoxlu maraqlı əşyalarınız olduğuna əmin olun. Əks halda ayaqqabınız və digər vacib əşyalarınız gözlənilmədən oyuncağa çevrilə bilər. Amma bu cinsin təbii sakit xasiyyəti onlara uzun müddət qəzəblənməyi mümkünsüz edir".

Bigl

Bigllar fitri ov itləridir və onların da dişləri akula dişlərini xatırladır. Lakin mütəxəssislər bildirir ki, onların dişlərindən qorxmağa dəyməz, çünki bigllar olduqca mehriban və dostcanlı balalardır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 915   Tarix: 25 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.