Hesabat: Zəngəzur marşrutu Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışını asanlaşdıracaq
Zəngəzur dəhlizinin istismara verilməsi bu marşrut boyunca yerləşən ölkələr üçün mühüm iqtisadi və logistik üstünlüklər yaradacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Report" Özbəkistan Nəqliyyat Nazirliyinin layihəsi çərçivəsində hazırlanmış analitik hesabata istinadən xəbər verir.
Sənəddə bildirilir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin yükünü azaltmaq üçün ən optimal variantlardan biri Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək 43 kilometrlik dəmir yolu hissəsi - Zəngəzur dəhlizidir.
Hesabatda qeyd olunur ki, dəhlizin istifadəyə verilməsi Azərbaycan ilə Türkiyə arasındakı marşrutu əhəmiyyətli dərəcədə qısaldacaq. Hazırda BTQ xətti üzrə yük qatarları Gürcüstan ərazisindən keçməklə təxminən 250 km yol qət edir. Yeni marşrut isə sərhədyanı Ağbənd kəndinə qədər yolların tikintisinin tamamlanmasından sonra iki ölkə arasındakı məsafəni 343 km azaldacaq. Bu isə həm daşınma müddətinə, həm də nəqliyyat xərclərinə ciddi qənaət edilməsinə imkan verəcək, Gürcüstan üzərindən keçən marşrutla müqayisədə yük çatdırılma vaxtını təxminən bir gün azaldacaq.
Bununla yanaşı, hesabatda vurğulanır ki, Zəngəzur dəhlizinin açılması BTQ marşrutunun əhəmiyyətini azaldan deyil, əksinə, onu tamamlayan bir alternativ kimi çıxış edəcək. Hər iki istiqamət birgə şəkildə regionun tranzit potensialını artıracaq, hesabatda deyilir.
Tədqiqat müəlliflərinin fikrincə, bu dəhliz Asiya ilə Avropa arasında uzanan nəqliyyat-logistika zəncirinin bütün iştirakçıları üçün fayda təmin edəcək. Yeni marşrut Asiya ölkələrinin Avropa bazarlarına quru yolu ilə daha asan və sürətli çıxışını təmin etməklə yanaşı, regionun logistik imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu isə tranzit xidmətlərinə olan tələbatı artıracaq.
Xüsusilə Mərkəzi Asiya ölkələri üçün Zəngəzur dəhlizi, Azərbaycan ərazisi üzərindən Türkiyə, Rumıniya və Bolqarıstan kimi Avropa ölkələrinin bazarlarına çıxışı təmin edən strateji alət kimi qiymətləndirilir.
Hesabatda qeyd olunur ki, dəhlizin tam fəaliyyətə başlaması Azərbaycan üçün hazırda prioritet istiqamətlərdən biridir. Bu layihə Ermənistan da daxil olmaqla bütün region ölkələrinin maraqlarına cavab verir. Dəhlizin işə düşməsi ilə yanaşı, Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi yaradılacaq, eyni zamanda Naxçıvandakı Culfa qovşağı vasitəsilə Azərbaycan, Ermənistan və İran arasında sovet dövründə fəaliyyət göstərmiş nəqliyyat əlaqələri bərpa ediləcək.
Sənəddə, həmçinin vurğulanır ki, Qars-Gümrü-Naxçıvan-Mehri-Bakı marşrutunun formalaşması Türkiyə ilə region ölkələri arasında birbaşa dəmir yolu əlaqəsinin qurulmasına imkan verəcək. Bu isə regionlararası əməkdaşlığın inkişafına və iqtisadi inteqrasiyaya əlavə təkan verəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 706 Tarix: 25 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəmin sertifikatı Prezidentə təqdim etdi
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamın əvvəlki görüşləri məmnunluqla xatırlanıb. Ölkəmizlə Müsəlman Ağsaqqalları Şuras
12:52 135 Rusiya səfiri İrəvanda Paşinyanın partiyası ilə görüşdü
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyasının və müxalif Güclü Ermənistan partiyasının nümayəndələri ilə görüşüb. xəbər verir ki, bu barədə "Sputnik Armenia" Telegram kanalında mənbələrə istinadən məlumat yayıb. Bildirili
11:00 144 NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər
Dünyanın bir sıra alimləri hesab edirlər ki, süni intellekt texnologiyasının gələcəkdə bəşəriyyəti məhv edəcəyi ilə bağlı narahatlıqlar "həddindən artıq şişirdilib". "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb. Nəşr qeyd edib ki, texnologiy
13.09.2026 214 Alimlər Yerin dərinliklərində suyun hələ 3 milyard il əvvəl mövcud olduğunu aşkar ediblər
Beynəlxalq geoloqlar qrupu suyun Yer kürəsinin dərin qatlarına nüfuz etdiyini və təxminən 3,1 milyard il əvvəl artıq vulkanik fəaliyyətə təsir göstərdiyini sübut edən dəlillər aşkar edib. "Report"un verdiyi məlumata görə, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub. Adelaid
13.09.2026 259 "Hər kəs iş adamı ola bilər, amma işi idarə edə bilməz" - iş adamı Elşad Qoqayev
"Bu gün biznes qurmaq, şirkət yaratmaq və fəaliyyətə başlamaq əvvəlki illərlə müqayisədə daha asandır. Lakin əsas məsələ biznesi qurmaq deyil, onu böyütmək, bazarda mövqeyini qorumaq və uzunmüddətli perspektivdə həmin sahədə qala bilməkdir. Əsl çətinlik də məhz bundan sonra başlayır". Bun
14:13 127 Bəhruz Quliyev: "Husilər məsələsi artıq yalnız Yəmən problemi deyil"
"Hesab edirəm ki, ABŞ-ın Səudiyyə Ərəbistanının husilərə qarşı birbaşa hərbi zərbə tələbini qəbul etməməsi çox ciddi geosiyasi mesajdır. Vaşinqton əvvəlki mərhələdə Britaniya ilə birlikdə husilərə qarşı əməliyyatlar aparırdı, amma bu gün Tramp administrasiyası ikinci bir genişmiqyaslı cəbhənin açılmasınd
11:58 222 Hörmüz boğazında tanker vuruldu: Ölən var
Hörmüz boğazında tanker mərmi ilə vurulub. TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "Hazırda heyətin vəziyyəti, dəymiş ziyanın qiymətləndirilməsi və ətraf mühitə təsiri barəd
13.09.2026 281 Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. H. Fidan Suriyanın və İraqın bütün ərazilərində sabitliyi
13.09.2026 210 Üçüncü dəfə qeyd edəcəyimiz Dövlət Suverenliyi Günü
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqını
10:57 154