"Tələbə təqaüdlərinin növbəti dəfə artırılması, dövlətin təhsilə və gənclərə olan qayğısının növbəti bariz nümunəsidir"-EKSPERTDƏN AÇIQLAMA

"Tələbə təqaüdlərinin növbəti dəfə artırılması, dövlətin təhsilə və gənclərə olan qayğısının növbəti bariz nümunəsidir"-EKSPERTDƏN AÇIQLAMAPrezident İlham Əliyevin imzaladığı son qərarla 2025-ci il sentyabrın 1-dən tələbə təqaüdlərinin növbəti dəfə artırılması, dövlətin təhsilə və gənclərə olan qayğısının növbəti bariz nümunəsidir. Bu, sadəcə rəqəmlərin yenilənməsi deyil – bu, Prezidentin Azərbaycan gəncliyinə verdiyi yüksək dəyərin, onların sosial rifahını yaxşılaşdırmaq və elmi-intellektual potensialını dəstəkləmək istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin real nəticəsidir.

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu gün dünyanın bir çox ölkəsində tələbələr təhsil xərclərini qarşılamaq üçün həm təhsil alır, həm də çalışmaq məcburiyyətində qalırlar. Halbuki Azərbaycan dövlətinin rəhbəri tələbələrin sosial təminatını gücləndirməklə onların yalnız və yalnız oxumağa, elmə və inkişaf etməyə fokuslanmasını təmin edir. Təqaüdlərin bu şəkildə artımı dünya miqyasında nadir hallarda rast gəlinən bir yanaşmadır və bu, Prezident İlham Əliyevin gənclərə verdiyi strateji dəyərin bariz təzahürüdür:

"Yeni məbləğlər həm bakalavr, həm magistratura, həm də doktorantura pillələrində təhsil alan tələbələr üçün nəzərəçarpacaq bir artımdır. Məsələn, bakalavriat səviyyəsində 200 manat təqaüd alan tələbə, orta aylıq xərclərinin əhəmiyyətli hissəsini qarşılaya biləcək. Magistrantlar üçün 240 manatlıq təqaüd, onların həm təhsil resurslarına çıxışını, həm də elmi-tədqiqatla məşğul olmasını dəstəkləyəcək. Doktorantlara ayrılan 450 manatlıq təqaüd isə gənc alimlərin elmi fəaliyyətini stimullaşdırmaq baxımından əhəmiyyətli irəliləyişdir.
"Tələbə təqaüdlərinin növbəti dəfə artırılması, dövlətin təhsilə və gənclərə olan qayğısının növbəti bariz nümunəsidir"-EKSPERTDƏN AÇIQLAMABu təqaüd siyasəti eyni zamanda təhsildə motivasiya və rəqabət mühitini gücləndirir. Akademik göstəricilərlə fərqləndirilmiş təqaüd sisteminin tətbiqi tələbələri daha məsuliyyətli olmağa, yüksək nəticələr göstərməyə təşviq edir. Bu da son nəticədə ali və orta ixtisas təhsili müəssisələrində tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Təhsildə bu cür nəticəyönümlü yanaşma, tələbənin bilik və bacarığının sosial rifahla birbaşa əlaqələndirilməsi müasir dünyanın ən qabaqcıl təhsil sistemlərində belə hələ tam şəkildə tətbiq olunmur.

Prezident İlham Əliyev gənclərə, təhsil alanlara sadəcə sosial qrup kimi deyil, ölkənin gələcəyini daşıyan strateji resurs kimi yanaşır. Onun təhsil islahatlarında əsas məqsəd savadlı, düşünən, innovativ, vətənpərvər və rəqabətə davamlı vətəndaşların yetişdirilməsidir. Bu təqaüd artımı da bu məqsədə xidmət edən ardıcıl siyasətin bir hissəsidir.

Nəticə etibarilə, bu qərar bir daha göstərir ki, Prezident İlham Əliyev təhsili və gəncləri yalnız siyasi ritorikada deyil, konkret qərar və maliyyə dəstəyi ilə prioritet mövqeyə çıxarır. Təhsilə bu qədər dəyər verən, tələbəni bu səviyyədə dəstəkləyən dövlət başçısı dünyada azdır. Bu, təkcə maddi yardım deyil, gənclərə inamın, etimadın və gələcəyə sərmayənin göstəricisidir. Azərbaycan gəncliyi bu diqqəti dəyərləndirəcək, ölkənin inkişafında öz rolunu daha da gücləndirəcək. Prezident İlham Əliyevin təhsilə qayğısı bir daha sübut edir ki, bu dövlətin əsas dayağı insan kapitalı, onun da əsas təminatçısı isə vicdanlı və strateji düşüncəli rəhbərlikdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1132   Tarix: 24 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada sabiq nazir axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkənin sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu axtarışa verib. xəbər verir ki, bu məlumatı "RIA Novosti" agentliyi nazirliyə istinadən yayıb. Daha əvvəl verilən xəbərlərdə Nikiforova qarşı cinayət işinin açıldığı bildirilirdi

13.09.2026 252
.

Vuçiç: Seçki siyahısında bir saatdan az vaxtda on minlərlə imza toplanıb

Serbiyada oktyabrın 25-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri üçün hakim koalisiyanın irəli sürdüyü "Aleksandar Vuçiç - Birləşmiş Serbiya" seçki siyahısına dəstək məqsədilə bir saatdan az müddətdə on minlərlə şəxs imza atıb. "Report"un Balkan bürosu xəbər verir ki, b

13.09.2026 240
.

Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd

13.09.2026 235
.

"Şadlıq evində 28 kamera olsa da, cinayətin görüntüləri çıxarılmadı" - Toyda öldürülən İlkinin ailəsi

Ağdaş şəhərində yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törədən 1970-ci il təvəllüdl

11:51 240
.

Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq - VIDEO

Sosial şəbəkələrdə son vaxtlar qarşımıza çıxan yeni prosedurlardan biri də sinə dolğusudur. Kiçik süd vəzilərinə sahib qadınlara əməliyyata ehtiyac olmadan sinə həcminin artırılması təklif edilir. Proseduru həyata keçirən kosmetoloqlar isə bunun qısa müddətdə nəticə verdiyini və gələcəkdə insan sağlamlığ

13.09.2026 300
.

"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun

13.09.2026 242
.

"Endirimə qoyulan məhsulların istifadə müddəti bitib" - "Adore"dan şikayət

Nərmin adlı müştəri "Adore" mağazasında vaxtı keçmiş məhsulların satıldığını iddia edib. Axşam.az xəbər verir ki, Nərmin mağazadan 50 faiz endirimlə bir neçə məhsul aldığını, evdə isə onların istifadə müddətinin keçdiyini gördüyünü deyib. Onun sözlərinə görə, məhsullardan istifadə etdikdə

10:34 193
.

Azərbaycanda süni intellekt fənni tədris olunmalıdırmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Süni intellekt texnologiyaları təhsil sistemi də daxil olmaqla müxtəlif sahələrdə sürətlə tətbiq olunur. Bir sıra Qərb ölkələrində və Çində süni intellekt artıq tədris proqramlarına daxil edilərək şagirdlərə fənn kimi öyrədilir. Azərbaycanda da rəqəmsal bacarıqların inkişafı və təhsilin müasir texnologiyalar

13:23 204
.

Ermənistan Polşa ilə müdafiə sazişini ratifikasiya edir

Ermənistan hökuməti Polşa ilə müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyasını təsdiqləyib. xəbər verir ki, bu barədə " məlumat yayıb. "Sazişin ratifikasiyası Ermənistan və Polşa arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsinə yönəlib", - materialda qey

10:50 144
.