İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib

İlham Əliyev Şavkat Mirziyoyevə zəng edibİyulun 24-də Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.

Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Azərbaycan və Özbəkistan prezidentləri yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunublar. Bu xüsusda iyulun əvvəlində Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri çərçivəsində aparılmış səmərəli müzakirələr və imzalanmış sənədlər, həmçinin Özbəkistan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən Zirvə toplantısında iştirakı qeyd edilib.

Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında qardaşlıq, dostluq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə uğurlu inkişafına əminliklərini bildirib, ikitərəfli gündəliklə bağlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 801   Tarix: 24 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həmin sertifikatı Prezidentə təqdim etdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamın əvvəlki görüşləri məmnunluqla xatırlanıb. Ölkəmizlə Müsəlman Ağsaqqalları Şuras

12:52 135
.

Rusiya səfiri İrəvanda Paşinyanın partiyası ilə görüşdü

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyasının və müxalif Güclü Ermənistan partiyasının nümayəndələri ilə görüşüb. xəbər verir ki, bu barədə "Sputnik Armenia" Telegram kanalında mənbələrə istinadən məlumat yayıb. Bildirili

11:00 144
.

NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər

Dünyanın bir sıra alimləri hesab edirlər ki, süni intellekt texnologiyasının gələcəkdə bəşəriyyəti məhv edəcəyi ilə bağlı narahatlıqlar "həddindən artıq şişirdilib". "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb. Nəşr qeyd edib ki, texnologiy

13.09.2026 214
.

Alimlər Yerin dərinliklərində suyun hələ 3 milyard il əvvəl mövcud olduğunu aşkar ediblər

Beynəlxalq geoloqlar qrupu suyun Yer kürəsinin dərin qatlarına nüfuz etdiyini və təxminən 3,1 milyard il əvvəl artıq vulkanik fəaliyyətə təsir göstərdiyini sübut edən dəlillər aşkar edib. "Report"un verdiyi məlumata görə, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub. Adelaid

13.09.2026 259
.

"Hər kəs iş adamı ola bilər, amma işi idarə edə bilməz" - iş adamı Elşad Qoqayev

"Bu gün biznes qurmaq, şirkət yaratmaq və fəaliyyətə başlamaq əvvəlki illərlə müqayisədə daha asandır. Lakin əsas məsələ biznesi qurmaq deyil, onu böyütmək, bazarda mövqeyini qorumaq və uzunmüddətli perspektivdə həmin sahədə qala bilməkdir. Əsl çətinlik də məhz bundan sonra başlayır". Bun

14:13 127
.

Bəhruz Quliyev: "Husilər məsələsi artıq yalnız Yəmən problemi deyil"

"Hesab edirəm ki, ABŞ-ın Səudiyyə Ərəbistanının husilərə qarşı birbaşa hərbi zərbə tələbini qəbul etməməsi çox ciddi geosiyasi mesajdır. Vaşinqton əvvəlki mərhələdə Britaniya ilə birlikdə husilərə qarşı əməliyyatlar aparırdı, amma bu gün Tramp administrasiyası ikinci bir genişmiqyaslı cəbhənin açılmasınd

11:58 222
.

Hörmüz boğazında tanker vuruldu: Ölən var

Hörmüz boğazında tanker mərmi ilə vurulub. TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "Hazırda heyətin vəziyyəti, dəymiş ziyanın qiymətləndirilməsi və ətraf mühitə təsiri barəd

13.09.2026 281
.

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. H. Fidan Suriyanın və İraqın bütün ərazilərində sabitliyi

13.09.2026 210
.

Üçüncü dəfə qeyd edəcəyimiz Dövlət Suverenliyi Günü

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqını

10:57 154
.