"Azərsun Holdinq"ə məxsus müəssisə ilə bağlı inzibati araşdırma başladıldı
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) əməkdaşları tərəfindən suların istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə növbəti nəzarət tədbiri keçirilib.
Oxu.Az SİMDNX-yə istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Hacı Zeynəlabdin qəsəbəsi ünvanında fəaliyyət göstərən "Bakı Qida və Yağ Fabriki" Məhdud Məsuliyyətli Cəmiyyətində istehsalat zamanı formalaşan tullantı sularının xüsusi çəkilmiş boru xətti vasitəsilə Sumqayıtçay çayına axıdılması faktına rast gəlinib.
Müəssisə tərəfindən tullantı sularının təmizlənmə prosesindən keçərək axıdıldığı bildirilsə də, ərazidə müşahidə olunan kəskin iy-qoxu və tullantı suyunun vizual görünüşü suların heç bir təmizlənmə prosesindən keçməməsinə əsaslı şübhələr yaradır. Axıdılan tullantı sularının bioloji və kimyəvi tərkibinin müəyyən olunması məqsədilə Agentliyin Mərkəzi Laboratoriyası tərəfindən su nümunələri götürülüb və faktla bağlı tərəfimizdən inzibati araşdırma başlanılıb.
İnzibati araşdırmanın yekununda iş üzrə materiallar məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.
Qeyd edək ki, "Bakı Qida və Yağ Fabriki" MMC "Azərsun Holdinq" MMC-ə tərkibində fəaliyyət göstərən, qida məhsullarının istehsalı işə məşğul olan müəssisədir.
"Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti müəssisə və təşkilatları fəaliyyətləri nəticəsində formalaşan tullantı sularını mövcud qanunvericiliyin tələblərinə uyğun idarə etməyə çağırır və vətəndaşlardan su obyektlərinin çirkləndirilməsinə dair hallarla rastlaşdıqda qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edir", - məlumatda bildirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 619 Tarix: 23 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir tiktoker həbs olundu
Sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən daha bir nəfər tutulub. xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində "TikTok" platformasında canlı yayım açaraq ictimai əxlaq normalarına zidd ifadələr işlədən və nalayiq davranışlar sərgiləyən Sənur Əzizo
06.04.2026 314 Sürüşməyə görə 6 marşrutun hərəkət istiqaməti dəyişdirildi
Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Bu barədə -a Azərbaycan Terüstü Nəqliyyat Agentliyindən (AYNA) məluma
06.04.2026 261 "Kontakt Home" köhnə məhsullar satır - "Şeş-Qoşa" layihəsi ifşa edildi
"Kontakt Home" mağazalar şəbəkəsi yenidən müştəri şikayətləri ilə gündəmə gəlib. xəbər verir ki, alıcılar mağazada satılan bəzi məhsulların öncədən istifadə edildiyini iddia edirlər. Belə iddialardan biri Aybəniz Ramazanova adlı istifadəçinin sosial şəbəkədə paylaşımında yer alıb. O bildiri
06.04.2026 277 Çində yoxa çıxmış qədim insan xəttinin izləri aşkarlandı
Çində alimlər indiyədək məlum olmayan və sonradan yoxa çıxmış qədim insan xəttinin izlərini müəyyən ediblər. xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının genetikləri məlumat yayıb. Tədqiqatın nəticələri Current Biology jurnalında dərc olunub. Məlumata görə, alimlər Pekin yaxınlığındakı Dunxuli
06.04.2026 161 İpək Tuzcuoğlu "Kıskanmak"la vidalaşır
Ay Yapımın prodüserliyi ilə yayımlanan məşhur "Kıskanmak" serialında hər kəsi təəccübləndirən ayrılıq yaşanacaq. Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda "Şaziyə" rolunu canlandıran aktrisa İpək Tuzcuoğlu layihədən ayrılacaq. Ssenaridəki süjet xətti bitən Tuzcuoğlunu
06.04.2026 195 Gündə 1 stəkan içsəniz, insult riskiniz azalacaq
Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər. xarici mediaya istinadən bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlər müəyyən ediblər ki, gündə təxminən 180 qram (bir standar
06.04.2026 219 Çin Polşa boyda səhrada 66 milyard ağac əkib: Nə dəyişib?
Çoxsaylı onilliklər ərzində aparılan ağac və kol əkini nəticəsində Çinin şimal-qərbində yerləşən son dərəcə quraq Takla-Makan səhrasının kənar hissəsi xalis karbon udan zonaya çevrilib və bu ərazi indi atmosferə buraxdığından daha çox karbon qazı udur. Qaynarinfo xəbər verir ki, bu barədə "Rconews"
06.04.2026 152 ABŞ və İsrail İranı bombaladı
Yaxın Şərqdə gərginlik kəskin şəkildə artıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, ABŞ və İsrail tərəfindən İran ərazisində bir sıra hərbi hədəflərə hava zərbələri endirilib. Məlumatlara əsasən, hücumların əsas hədəfi kimi İranın raket sistemləri və hərbi obyektləri göstərilir. Müəllif: İlkin Məmmədkərimo
06.04.2026 248 Niyə bəzi insanlar həmişə şanslı, digərləri daim şanssızdırlar
Bəzən elə görünür ki, dünya iki düşərgəyə bölünüb: bəziləri sanki xoşbəxt ulduz altında yaşayır, digərlərinin isə payına yalnız çətinliklər düşür. Belə insanları nə qədər çox müşahidə edirsənsə, bir o qədər hiss edirsən ki, "uğur" təsadüf deyil, həyat tərzidir. xarici mediaya istinadən xəbə
06.04.2026 217