Hədiyyə kartlarının etibarlılıq müddəti ilə bağlı məhkəmə qərarı HÜQUQİ PRESEDENT YARATDI

Hədiyyə kartlarının etibarlılıq müddəti ilə bağlı məhkəmə qərarı HÜQUQİ PRESEDENT YARATDI"Sabina" və "Adore Parfumeriya" mağazalar şəbəkəsinə məxsus hədiyyə kartlarının altı ay və ya bir ilə kimi məhdud etibarlılıq müddəti ilə satışa çıxarılması və müddət bitdikdən sonra etibarsız sayılması məsələsinə məhkəmə qaydasında hüquqi qiymət verilib.

Oxu.Az xəbər verir ki, bu barədə vəkil Hikmət Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, "Ador Kompani" MMC-nin "Sabina" və "Adore Parfumeriya" mağazalar şəbəkəsinə məxsus hədiyyə kartlarının altı ay və ya bir ilə kimi məhdud etibarlılıq müddəti ilə satışa çıxarılması və vaxt bitdikdən sonra etibarsız sayılması səbəbindən kart sahibləri heç bir məhsul əldə etmədən istifadədən məhrum olur, şirkət isə gəlir əldə edirdi:

"Problemin ictimai əhəmiyyətini nəzərə alaraq ilk instansiya olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət etsəm də, iddiam rədd edilmişdi. Lakin apellyasiya şikayəti verdim və Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə məsələ araşdırıldı. Nəticədə şikayət təmin olunub".

Məhkəmə prosesində göstərdiyi peşəkarlığa görə hakim Fərrux Qasımova təşəkkürünü bildirən iddiaçı, bu qərarın həm hüquqi, həm də sosial əhəmiyyətini vurğulayıb.
Hədiyyə kartlarının etibarlılıq müddəti ilə bağlı məhkəmə qərarı HÜQUQİ PRESEDENT YARATDI"Apellyasiya məhkəməsinin qərarı yalnız fərdi halda hüququ bərpa etməklə kifayətlənməyib, eyni zamanda "iki ulduzlu qərarlar" sırasına daxil edilərək vahid məhkəmə təcrübəsinin formalaşmasına töhfə verib.

Bu qərar yalnız bir hədiyyə kartı ilə bağlı hüquqi nəticə doğurmadı. O, gələcəkdə minlərlə insanın hüquqlarının pozulmasının qarşısını alacaq, vətəndaşların əsassız zərərə məruz qalmasının, şirkətlərin isə hüquqa zidd şəkildə əsassız qazanc əldə etməsinin qarşısını alacaq",- deyə vəkil qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 690   Tarix: 23 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya səfiri İrəvanda Paşinyanın partiyası ilə görüşdü

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyasının və müxalif Güclü Ermənistan partiyasının nümayəndələri ilə görüşüb. xəbər verir ki, bu barədə "Sputnik Armenia" Telegram kanalında mənbələrə istinadən məlumat yayıb. Bildirili

11:00 134
.

Dövlətçiliyə, hüquqa və milli suverenliyə verilən dəyər

Qalib xalqımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun ildönümünü Zəfər sevinci və xoş bayram ovqatı ilə qeyd edir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, Əsa

11:02 149
.

20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalq

10:59 144
.

Gənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda

Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır

13.09.2026 312
.

Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?

Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki

13.09.2026 312
.

Rusiyada sabiq nazir axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkənin sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu axtarışa verib. xəbər verir ki, bu məlumatı "RIA Novosti" agentliyi nazirliyə istinadən yayıb. Daha əvvəl verilən xəbərlərdə Nikiforova qarşı cinayət işinin açıldığı bildirilirdi

13.09.2026 250
.

Cevdet Yılmaz Cənubi Qafqazdakı sülh prosesində Türkiyənin rolunu qabardıb

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin inkişaf hədəflərinə mane olan terror problemini daimi şəkildə gündəmdən çıxarmaq istədiklərini bildirib. "Report" "Anadolu Ajansı"na istinadən xəbər verir ki, vitse-prezident bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) toplantısındak

13.09.2026 238
.

Üçüncü dəfə qeyd edəcəyimiz Dövlət Suverenliyi Günü

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqını

10:57 141
.

Vuçiç: Seçki siyahısında bir saatdan az vaxtda on minlərlə imza toplanıb

Serbiyada oktyabrın 25-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri üçün hakim koalisiyanın irəli sürdüyü "Aleksandar Vuçiç - Birləşmiş Serbiya" seçki siyahısına dəstək məqsədilə bir saatdan az müddətdə on minlərlə şəxs imza atıb. "Report"un Balkan bürosu xəbər verir ki, b

13.09.2026 238
.