Yerli icra nümayəndəliyinin sənədi əsasında vətəndaşlar mülkiyyət hüququna yiyələnə biləcəklər

Yerli icra nümayəndəliyinin sənədi əsasında vətəndaşlar mülkiyyət hüququna yiyələnə biləcəklərYerli icra nümayəndələri tərəfindən verilən əmlaka dair sənədlər əsasında vətəndaşlar mülkiyyət hüququna yiyələnə biləcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin sədri Nigar Alimova Prezident İlham Əliyev tərəfindən iyulun 16-da imzalanan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə olunmasını təsdiq edən sənədlərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə" Fərmanının mahiyyəti və üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə təşkil olunan brifinqdə məlumat verib..

O bildirib ki, təhlillər onu göstərdi ki, Bakı və ətraf rayonlarda, regionlarda icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən də torpaq ayrılma sənədləri vətəndaşlara verilib:

"2001-ci ilədək ölkədə yeri icra hakimiyyətlərinin yaşayış kateqoriyalı torpaq ayırmaq səlahiyyətləri var idi. Torpaq ayırmaq səlahiyyəti icra hakimiyyətləri orqanlarının özlərində idi. Təhlillər onu göstərdi ki, Bakı və ətraf rayonlarda, regionlarda icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən də torpaq ayrılma sənədləri vətəndaşlara verilib. Bu sənədlərin sayı çoxdur.

Nəzərə alsaq ki, vətəndaşlar uzun müddətdir həmin torpaq sahələri və onun üzərində olan tikililəri mübahisəsiz istifadə edirlər artıq bu dəyişiklik onlara icra nümayəndələrinin sənədləri əsasında da həm torpağa, həm də tikiliyə hüquq tanıma imkanı verəcək.

Önəmli məsələ odur ki, müvafiq icra hakimiyyəti strukturlarının səlahiyyəti ötürmə barədə qərarları olmadan belə yalnız nümayəndəlik qərarı əsasında mülkiyyət hüququnu əldə edə biləcəklər".

Burada bir məsələni vurğulamaq lazımdır ki, həm 439 nömrəli fərmanın tətbiqi zamanı, həm də yeni fərmanın tətbiqi zamanı vətəndaşların əllərində olan sənədlərin arxiv əsasları mövcud olmalıdır.

Aygün Mirakif


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 651   Tarix: 23 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya səfiri İrəvanda Paşinyanın partiyası ilə görüşdü

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyasının və müxalif Güclü Ermənistan partiyasının nümayəndələri ilə görüşüb. xəbər verir ki, bu barədə "Sputnik Armenia" Telegram kanalında mənbələrə istinadən məlumat yayıb. Bildirili

11:00 134
.

Dövlətçiliyə, hüquqa və milli suverenliyə verilən dəyər

Qalib xalqımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun ildönümünü Zəfər sevinci və xoş bayram ovqatı ilə qeyd edir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, Əsa

11:02 149
.

20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalq

10:59 144
.

Gənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda

Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır

13.09.2026 312
.

Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?

Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki

13.09.2026 312
.

Rusiyada sabiq nazir axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkənin sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu axtarışa verib. xəbər verir ki, bu məlumatı "RIA Novosti" agentliyi nazirliyə istinadən yayıb. Daha əvvəl verilən xəbərlərdə Nikiforova qarşı cinayət işinin açıldığı bildirilirdi

13.09.2026 250
.

Cevdet Yılmaz Cənubi Qafqazdakı sülh prosesində Türkiyənin rolunu qabardıb

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin inkişaf hədəflərinə mane olan terror problemini daimi şəkildə gündəmdən çıxarmaq istədiklərini bildirib. "Report" "Anadolu Ajansı"na istinadən xəbər verir ki, vitse-prezident bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) toplantısındak

13.09.2026 238
.

Üçüncü dəfə qeyd edəcəyimiz Dövlət Suverenliyi Günü

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqını

10:57 141
.

Vuçiç: Seçki siyahısında bir saatdan az vaxtda on minlərlə imza toplanıb

Serbiyada oktyabrın 25-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri üçün hakim koalisiyanın irəli sürdüyü "Aleksandar Vuçiç - Birləşmiş Serbiya" seçki siyahısına dəstək məqsədilə bir saatdan az müddətdə on minlərlə şəxs imza atıb. "Report"un Balkan bürosu xəbər verir ki, b

13.09.2026 238
.