"Formula-1" üzrə Azərbaycan Qran-prisinə cəmi iki ay qaldı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinə cəmi iki ay qaldıSentyabrın 19-21-də Bakıda baş tutacaq "Formula-1" üzrə Azərbaycan Qran-prisinə cəmi iki ay qalıb.

Oxu.Az xəbər verir ki, yarışın startına sayılı günlər qaldıqca, şəhərdə motor sədalarının və böyük idmanın nəfəsi hiss olunmağa başlayıb.

Bakı Şəhər Halqası (BŞH) ilk dəfə 2016-cı ildə dünya çempionatının bir mərhələsinə ev sahibliyi edib və bu tarixdən etibarən hər il yaddaqalan anlara imza atıb. Azərbaycan Qran-prisi təkcə mübarizə və sürət yox, həm də şəhər və mədəniyyətin birləşdiyi unikal tədbirə çevrilib.

Milli mərhələmiz ilk dəfə 2016-cı ildə Avropa Qran-prisi adı ilə baş tutub və bu tarixdən etibarən həm yarış gərginliyi, həm də şəhər atmosferi ilə "Formula-1" azarkeşlərinin sevimli yarışlarından birinə çevrildi. Hər il Bakıda baş verən hadisələr bir çox hallarda mövsümə təsir edən dönüş nöqtələri kimi tarixə düşüb.

2017-ci ildə "Ferrari"nin pilotu Sebastyan Fettellə "Mercedes"in sürücüsü Lyuis Hemilton arasında yaşanan insident, 2018-ci ildə Valtteri Bottasın son döngədə təkərinin partlaması səbəbi ilə əldən verdiyi qələbə və 2021-ci ildə həm Maks Ferstappenin qəzası, həm də Hemiltonun finişə iki dövrə qalmış buraxdığı səhv bu yarışın gözlənilməz və dramatik ruhunu bir daha göstərib.

2023-cü ildə Bakıda yarış həftəsonu fərqli formatda təqdim olunub - iki il əvvəl çempionatda debüt etmiş sprint formatlı həftəsonu yenilənmiş tərzdə keçirilib. Cümə günü sprint sıralanma turunun, şənbə günü sprint yarış və əsas sıralanma turunun, bazar günü isə əsas yarışın keçirilməsi həftəsonunu azarkeşlər üçün daha maraqlı edib. Həmin il "Red Bull" komandasının sürücüsü Serxio Peres burada ikinci dəfə qalib gələrək Bakı yarışının uğurlu pilotuna çevrilib.

Azərbaycan Qran-prisi təkcə yarış deyil, həm də şəhərin mədəni həyatında mühüm rol oynayan tədbirə çevrilib. Müxtəlif illərdə yarışla paralel olaraq keçirilən konsert proqramlarında dünya ulduzları çıxış ediblər. Kris Braun, Enrike İqlesias, "The Black Eyed Peas", Dua Lipa, Cemiroquay və Kardi Bi kimi sənətçilər Bakı səhnəsində onminlərlə insan qarşısında çıxış edərək yarış həftəsonuna unudulmaz əyləncə bəxş ediblər.

Bu il keçiriləcək Qran-pri həm idman baxımından, həm də təşkilati yeniliklərlə daha da fərqli olacaq. Paytaxtın mərkəzində - İçərişəhər, Azadlıq meydanı və Dənizkənarı bulvar kimi ərazilərdən keçən Bakı Şəhər Halqası sürət, strategiya və texniki bacarığın birləşdiyi unikal mübarizə məkanıdır. Azarkeşləri isə fan-zonalarda interaktiv tədbirlər, musiqi proqramları və sürpriz dolu yarış həftəsonu gözləyir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 723   Tarix: 23 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.