Ermənistanda saxlanılan rusiyalı iş adamı Karapetyan hakimiyyətə qarşı məhkəmə işində qalib gəlib
İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyan və ailəsi Ermənistan Respublikası hökumətinə qarşı başlatdıqları təcili arbitraj işində qalib gəliblər.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Karapetyan ailəsi Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunda (Stokholm TPI) Ermənistan Respublikası Hökuməti ilə Kipr Respublikası Hökuməti arasında 18 yanvar 1995-ci ildə imzalanmış İnvestisiyaların təşviqi və qorunması haqqında Sazişdə müəyyən edilmiş qaydada arbitraj işi başladıb. İşin baxılmasında Ermənistan Respublikası Hökumətinin nümayəndəsi də iştirak edib.
22 iyul 2025-ci ildə Stokholm Ticarət Palatasının Arbitraj İnstitutu tərəfindən təyin edilmiş təcili məhkəmə iclası Ermənistan Respublikasına son qəbul edilmiş "Energetika haqqında" və "İctimai xidmətlərin tənzimlənməsi orqanı haqqında" qanunlarının müddəalarını "Ermənistan Elektrik Şəbəkələri" (EEŞ) Qapalı Səhmdar Cəmiyyətinə (QSC) tətbiq etməkdən, həmçinin həmin QSC-nin müsadirəsi üzrə növbəti addımlardan çəkinmək barədə göstəriş verib.
Arbitraj belə qənaətə gəlib ki, təcili müdafiə tədbirlərinin tətbiqi zəruridir: çünki Ermənistan Respublikasının hərəkətləri "Ermənistan və Kipr arasında qüvvədə olan investisiyaların qarşılıqlı qorunması haqqında sazişə riayət edilməsi ilə bağlı ciddi şübhələr doğurur".
Arbitraj, həmçinin qeyd edib ki, təcili müdafiə tədbirləri tətbiq olunmadığı təqdirdə iddiaçılar şirkət üzərində nəzarəti itirsələr və ya daha da pisi, onun sahibləri olmaqdan çıxsalar, dəymiş ziyana görə tam kompensasiya əldə etmələri çətin olacaq.
Fövqəladə arbitrajın qərarı Ermənistan Respublikası hökuməti tərəfindən məcburi qaydada icra olunmalıdır.
Xatırladaq ki, rusiyalı milyarder Samvel Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi üzrə - hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina və konstitusiya quruluşunun zorakılıqla devrilməsində ittiham olunub və iyunun 18-də iki ay müddətinə həbs edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 603 Tarix: 23 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya səfiri İrəvanda Paşinyanın partiyası ilə görüşdü
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyasının və müxalif Güclü Ermənistan partiyasının nümayəndələri ilə görüşüb. xəbər verir ki, bu barədə "Sputnik Armenia" Telegram kanalında mənbələrə istinadən məlumat yayıb. Bildirili
11:00 134 Dövlətçiliyə, hüquqa və milli suverenliyə verilən dəyər
Qalib xalqımız ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun ildönümünü Zəfər sevinci və xoş bayram ovqatı ilə qeyd edir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, Əsa
11:02 149 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalq
10:59 144 Gənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13.09.2026 312 Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13.09.2026 312 Rusiyada sabiq nazir axtarışa verildi
Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkənin sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu axtarışa verib. xəbər verir ki, bu məlumatı "RIA Novosti" agentliyi nazirliyə istinadən yayıb. Daha əvvəl verilən xəbərlərdə Nikiforova qarşı cinayət işinin açıldığı bildirilirdi
13.09.2026 250 Cevdet Yılmaz Cənubi Qafqazdakı sülh prosesində Türkiyənin rolunu qabardıb
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin inkişaf hədəflərinə mane olan terror problemini daimi şəkildə gündəmdən çıxarmaq istədiklərini bildirib. "Report" "Anadolu Ajansı"na istinadən xəbər verir ki, vitse-prezident bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) toplantısındak
13.09.2026 238 Üçüncü dəfə qeyd edəcəyimiz Dövlət Suverenliyi Günü
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, işğallar, müharibələr xalqımızın milli iradəsini sınamışdır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqını
10:57 141 Vuçiç: Seçki siyahısında bir saatdan az vaxtda on minlərlə imza toplanıb
Serbiyada oktyabrın 25-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri üçün hakim koalisiyanın irəli sürdüyü "Aleksandar Vuçiç - Birləşmiş Serbiya" seçki siyahısına dəstək məqsədilə bir saatdan az müddətdə on minlərlə şəxs imza atıb. "Report"un Balkan bürosu xəbər verir ki, b
13.09.2026 238